(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi”ni yenə Mirabdulla xilas etdi

“Neftçi”ni yenə Mirabdulla xilas etdi

“Neftçi” zirvədən möhkəm yapışıb. Uzun illərdən sonra özünə gələn bakılılar ilk pillədədi. Komandayla klub rəhbərliyinin vahid məqsəd uğrunda birləşməsi nəticələri yaxşılaşdırır.
 
Topaz Premyer Liqasında 4-cü tura yekun vuruldu. Paytaxt derbisindən daha öncə baş tutan digər oyunlar kimi, bu qarşılaşmada da meydan sahibləri üstün oldu. Düzdü, “Qəbələ” “Sabah”la səfər oyununda daha yaxşı görünürdü. Lakin nəticə yaxşı oyunla deyil, vurulan qolların sayı ilə müəyyənləşir. Bu baxımdan isə İlqar Qurbanovun yersiz top itirməsi həlledici oldu.Əks-hücum zamanı Cavid İmamverdiyevə əla sürəti ilə dəstək verən Elşən Abdullayev açar oyunçuya çevrildi. Məhz onun ötürməsindən sonra “Sabah”ın bütün qollarının müəllifi olan Marko Deviç toru silkələdi.
 
8-ci kilometr stadionundakı stadionda da oxşar mənzərə idi. Matça yaxşı başlayan “Neftçi”nin təzyiqləri bəhrə vermədi və fasilə ərəfəsində “Keşlə oyunu bərabərləşdirdi. Fasilədən sonra isə qonaqlar daha yaxşı görünürdü. Heyətin düzgün komplektləşdirilməməsi, sıradan futbolçuların komadaya cəlb edilməsi üzündən bərbad gündə olan “Keşlə”, buna baxmayaraq, təşəbbüsə yiyələndi. “Neftçi” başsız atlı kimi oynayır, qol epizodlarını rəqibi yaradırdı.
 
Amma heyətində Andre Klennon kimi hücumçu varsa, “Keşlə”nin qol vurması mümkün deyildi. Bu legioner hətta 2-3 metrdən boş qapını nişan almağı bacarmırdı. Belədə meydan sahibləri Roberto Bordinin əvəzləmələri ilə matçda dönüş yaratdı. Əsas heyətə layiq olan Mirabdulla Abbasov yenə sonradan oyuna qoşulub komandanın xilaskarına çevrildi. Məhz onun ümidsiz görünən topu qapı xətti üzərindən cərimə meydançasına qaytarması ilə Anton Krivotsyuk hesabı açdı.
 
88-ci dəqiqədəki bu qola kimi “Keşlə” yaxşı müdafiə olunurdu. Mladen Milinkoviç komandanı yenə 5 müdafiəçili sistemə qaytarmışdı və rəqibə qol epizodu vermirdi. Amma ani diqqətsizlik “Neftçi”nin zirvəyə qayıtmasına kömək etdi. Qoldan həmən sonra hesab bərabərləşə bilərdi. Səlahət Ağayev faktiki qarşısıalınmaz zərbənin qarşısını aldı. Bu, qapıçının matç ərzində 3-cü yüzfaizli qol seyvi idi.
 
Əvəzində “Neftçi” əks-hücumda növbəti qolu vurdu. Künc zərbəsi zamanı rəqib cərimə meydançasına gələn Kamran Ağayev qapını boş qoymuşdu. Bundan istifadə edən meydan sahibləri rəqibin müdafiəçisinə qarşı 4 oyunçu ilə hücuma keçib ikinci qolu vurdu. Yenə məhsuldar ötürmə verən Mirabdulla idi.
 
Bu epizodda baş hakim Ramil Diniyev də səhv etdi. Aydın oldu ki, onun adi oyun qaydalarından xəbəri yoxdu. Çünki qapıçı olmadığı halda, 1 oyunçu qarşısında önə ötürmə verilməsi ofsayddı və “Neftçi” qolu məhz belə vurdu. Lakin hakimlər onu hesaba aldılar və səhvə yol verdilər. Həmin anadək “Neftçi” hesabda öndə olduğundan və bu epizod bitən kimi matç yekunlaşdığından, bu, səhv nəticəyə təsir etmədi. Lakin ciddi hakim qüsurudu və Diniyev mütləq cəzalanacaq.
 
Bordin “Neftçi”yə fərqli futbol oynatmadı. O, ənənəvi taktikasına sadiq qaldı, heyədə bir futbolçunu məcburiyyətdən dəyişmişdi. Emin Mahmudovun əvəzinə forma geyən Rəhman Hacıyev müdafiə planında axsasa da, pis görünmürdü və hücumları rəngarəng etmişdi. Amma o da bir hissə yaxşı göründü, ikinci hissədə “Keşlə” futbol oynadı, meydan sahibləri qol vurdu.
 
Emin Mahmudova gəlincə, kapitan yığmanın düşərgəsində zədə alıb və oynamayacağı öncədən bilinirmiş. Baqali Dabo 3 gün məşq etmədən iynə hesabına oyuna çıxmışdısa, Emin bunu da bacarmayıb. Belədə klub zədəni mətbuatdan, həm də rəqibdən gizlətməyi lazım bilib. Belə hiylələr qəbulolunandı və “Neftçi”nin zirvədə olmasına bu kimi amillər də kömək edir.
 
CAVAD

 
tarix: 17-09-2018 11:25


 
Xəbər lenti
17.09.2019

20:47   “Neftçi” “Keşlə” ilə oyunun hazırlığına start verdi

20:37   “Sumqayıt” “Sabah”la oyun üçün hazırlığa başladı

20:00   “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17   Millimizin rəqibinin heyəti açıqlandı

18:24   Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46   Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21   Kokorinlə Mamayev azadlıqda

16:58   “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36   “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15   “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54   Neymarın cəzası azaldıldı

15:35   Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24   Dmitri Nazarova yeni müqavilə təklifi

15:02   “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41   “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20   “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00   Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42   Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21   Birinci Divizionda da cəzalar açıqlandı

13:00   AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41   Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22   Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03   Emil Balayev ən yaxşılar arasında

11:51   “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40   “Qarabağ” Romeronun qardaşını da aldı

11:21   Millimizin heyəti açıqlandı

11:00   “Sabah”da xorvat baş məşqçi?

10:49   “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30   “Real”da daha bir ciddi itki

10:14   “Trabzonspor”un daha bir futbolçusu əməliyyat olundu

10:00   Messi “Borussiya”ya qarşı oynaya biləcək

09:44   Xesus Navas “Futbolinfo”ya danışdı: “Qarabağ”ı “Atletiko” ilə oyunlardan tanıyıram”

09:17   MY-dən De Xea ilə 5 illik müqavilə - RƏSMİ

09:00   Kamran 90 dəqiqə oynadı, “Jonava”...

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az