(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Bosançiç sonuncu olmamalıdı

Bosançiç sonuncu olmamalıdı

“Keşlə”nin yayda anlaşdığı Miloş Bosançiçlə vidalaşması gözlənilməz oldu. Bəh-bəhlə gətirilən serb yarımmüdafiəçinin bu qədər erkən yola salınması, həm də müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi isə böyük müəmmadı.
 
Futbolinfo.az olaraq hələ bu transfer reallaşarkən Miloşun görmə qabiliyyətinin zəif olmasını, gözünə linza taxdığını qeyd etmişdik. Lakin həmin vaxt klub rəhbərliyi ictimailəşdirdiyimiz fakta əmin olsa da, futbolçunu qova bilməmişdi. Sonradan az qala hər oyunda zədə alan futbolçu komandaya heç bir fayda vermədi, meydana çıxdığı matçlarda da zəif təsir bağışladı.
 
Nəhayət, dünən onunla yolların ayrılması qərarı verildi. Aldığı son zədədən sonra bir ay oynamayacağı bəlli olan futbolçunu yola salmaq məsləhət bilindi.
 
Klubdan aldığımız məlumata görə, futbolçu özü getməkdə maraqlı olub. Guya ki, o, zədə üzündən komandaya kömək etmədiyindən müqaviləni pozmağı təklif edib. Halbuki bu, inandırıcı deyil. Qışa kimi heç kimlə müqavilə bağlamayacağını bilə-bilə onun hazır anlaşmadan imtina etməsi real görünmür.
 
Kiçik araşdırma apardıq və bəlli oldu ki, Bosançiçi rəhbərlik yola salıb. Onun menecerinə futbolçunu razı salmaq tapşırığı verilib. Komandada başqa müştəriləri də olduğundan və onlara gələcəkdə problem yaradıla biləcəyindən ehtiyatlanan menecer də Miloşu müqaviləni pozmağa razılaşdırıb. Serbə müəyyən məbləğ ödənib və o, vətəninə qayıdıb.
 
Kluba yenicə seleksiyaçı məşqçi təyin olunan Bəxtiyar Musayev yaydan burada olsaydı, yəqin ki, belə problemlər yaranmazdı. Bu baxımdan əla bacarığa malik mütəxəssis belə səviyyəsiz egionerlərin komandaya yerləşdirilməsinə imkan verməzdi. Lakin dərəbəylik dövründə heyət Bosançiç kimi faydasızlarla doldurulub və indi komanda 4 oyuna 1 xal toplayıb. Rəhbərlik güvənsə, Musayev qışda heyəti əhəmiyyətli şəkildə dəyişmək üçün bacarığını ortaya qoyacaq.
 
Qışa kimi isə “Keşlə” Andre Klennon, Ebrima Sohna, Bahodir Nasimov, Herve Tçami kimi faydasızlarla baş girləməyə məcburdu. Rəhbərlik ağıllı tərpənsə, bu oyunçuları da Bosançiçin arxasınca göndərib, klub akademiyasındakı gənclərə güvənmək olar. Belədə gələcək üçün daha faydalı işlər görmüş olarlar. Bu legionerlərlə xoş gələcək onsuz da mümkünsüzdü.
 
FƏRİD

 
tarix: 18-09-2018 10:15


 
Xəbər lenti
19.04.2019

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az