(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Əsasnaməyə dəyişiklik edilməlidi: “Zirə” yandı, başqaları yanmasın

Əsasnaməyə dəyişiklik edilməlidi: “Zirə” yandı, başqaları yanmasın

“Zirə” texniki məğlubiyyət alacaq. “Səbail”lə oyundakı protokol səhvinə görə şənbə günü baş tutan matçın nəticəsi ləğv olunacaq.
 
Qonaq komanda yaş limiti ilə bağlı oyunun protokolunda səhvə yol verib. "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bu üzdən də matçın nəticəsinin ləğv olunması, “Səbail”ə texniki qələbə verilməsi mütləqdi.
 
İş ondadı ki, komandanın 2000-ci il təvəllüdlü futbolçusu Hüseyn Əhmədovun lisenziyası oyundan əvvəl matçın 4-cü hakiminə təqdim olunub, o, ehtiyat oyunçular skamyasında da əyləşib, amma səhvən adı protokola yazılmayıb. Və bu uşaq istəmədən komandasının meydanda qazandığı xalın itirilməsinin səbəbkarı olacaq.
 
Əsasnamədə bu barədə bənd var. Orada yazılıb ki, 6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) meydana çıxmalıdı. Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun olması mütləqdi.
 
Detallara varsaq, Əsasnamədə çoxlu səhv var. Çünki orada 6+4+1 kimi mütləq şərt mövcuddu. Belə çıxır ki, 5 Azərbaycan vətəndaşı oynadan komandalar da cəzalanmalıdı. PFL-in rəsmi saytında “ən azı” ifadəsi yoxdu. Yaxşı ki, kitabça halında əlimizin altında olan Əsasnamədə bir qədər dəqiq yazılıb. Orada qeyd olunur ki, 6-dan çox əcnəbi meydana çıxa bilməz və bu, vacib nüansdı. Deməli, limit yalnız legionerlər üçündü.
 
1998-ci il təvəllüdlülər üçün nəzərdə tutulan bəndin yazılışında hansısa problem yoxdu – hər şey aydın qeyd edilib. Amma iş ondadı ki, bu bəndi Əsasnaməyə salanlar çox qəddar davranıb. Bu limiti pozanlar üçün texniki məğlubiyyətin nəzərdə tutulması çox sərtdi. Meydandakı oyunçularla bağlı cəzalar qəbulolunandı, amma matçın taleyinə heç bir halda müdaxilə etməyən, müvafiq bəndə əməl olunsun deyə müqəvva kimi ehtiyatda oturdulan uşağa görə məğlubiyyyət verilməməlidi.
 
Meydanda olmayan oyunçu hadisənin iştirakçısı deyil və ona görə oynayanların əziyyətinin puç olması ədalətli sayılmamalıdı. Tələb var, limit olmalıdı, lakin mütləq fərq qoyulmalıdı. Oynayanlar limiti pozarsa və buna görə cəza verilsə, hamı anlayışla qarşılayar. Nəticəyə təsir etməyən birinə görə texniki məğlubiyyətin verilməsi isə doğru deyil.
 
Bunun üçün də cəza lazımdı. Deyək ki, ilk belə halda hansısa miqdarda maliyyə cəriməsi olsun, bu hal təkrarlandıqda texniki məğlubiyyət verilsin. Təkrar hal olduqda aydınlaşacaq ki, klublar məsuliyyətsizdi, buna barmaqarası yanaşır. Amma ilk səhvdəcə belə ağır cəza çox sərtdi.
 
İstənilən halda, “Zirə” texniki məğlubiyyət alacaq. Lakin çempionatın Əsasnaməsinin müəllifləri şərtlərə yenidən baxsa, pis olmaz. Məntiq bunu tələb edir...
 
CAVAD

 
tarix: 18-09-2018 09:00


 
Xəbər lenti
21.02.2019

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az