(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurbanov: “Üstünlük onların tərəfindədi, çünki...”

Qurbanov: “Üstünlük onların tərəfindədi, çünki...”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portiqaliyanın “Sportinq” klubuyla oyun öncəsi bu gün mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, "Joze Alvalade" stadionunun konfrans zalında jurnalistlər qarşısına xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə birgə çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı matç haqda fikirlərini bildirib:

- Bizi ciddi rəqiblə matç gözləyir. Böyük təcrübəyə malikdilər. Bir az problemlərimiz olsa da, hər bir halda oyuna pis hazırlaşmamışıq. Rəqibi öyrənmişik. Düşünürəm ki, maraqlı qarşılaşma olacaq. 

- Sabahkı matçdan gözləntiləriniz necədi? Rəqibin hansı güclü tərəflərini qeyd edərdiniz?
Q.Q: Gözləntilər deyəndə, bugünkü gündə üstünlük “Sportinq” tərəfdədi. Çünki öz meydanlarında oynayır və evdə aqresssiv, aktiv çıxış edirlər. Çox qol vurmağı xoşlayırlar. Bilirik ki, bizə ağır olacaq. Ancaq rəqibi yaxşı tanımışıq və fikrimcə, futbolçular meydanda ən yaxşı tərəflərini göstərəcklər. 
F.O: “Sportinq” yaxşı heyətə malik yaxşı komandadı. Baş məşqçimiz rəqibin güclü tərəflərini deyib. Düşünürəm ki, onun dediklərini matçda etsək, yaxşı nəticə qazanacağıq. 

- Bizi əsas narahat edən Rəşad Sadıqovla Miçel Maderanın oynayıb-oynamayacağıdı. Son vəziyyətləri necədi?
- Rəşadla bağlı qərar verildi. O, meydanda olmayacaq. Ancaq Miçellə bağlı qərar vermək üçün hələ sabahadək vaxtımız var. Qərar verməmişik.

- Bakıya xalla qayıtmaq üçün “Qarabağ”ın tərəfində nə var var ki, o, bizə inam versin?
F.O: Bilirik ki, “Sportinq” çox yüksək səviyyəyə malikdi. Sonadək mübarizə aparacağıq. Yaxşı oyun göstərib Bakıya müsbət nəticəylə qayıtmaq istəyirik. 

- Rəqibin komandanız haqda məlumata malik olmamağı bizə üstünlük verə bilər?
Q.Q.: Düşünmürəm ki, məlumatlı deyillər. Bəlkə də “Qarabağ”ın adıyla bağlı yanlışlıqlar oldu, bəzən Ukrayna təmsilçisi kimi təqdim olundu. Ancaq əlbəttə, belə hallar olmamalıdı. Hər bir klub bilməlidi ki, hansı ölkənin hansı klubuna qarşı oynayır. Baş məşqçilərinin açıqlamlarından görünür ki, bizim oyun üslübü, heyətlə bağlı yaxşı məlumatlıdılar. İnanmıram ki, məlumatsız olsun. Böyük klublar bunu asanlıqla həyata keçirirlər. Onların informasiya toplayan işçiləri həddən çoxdu. Açıqlamalarından başa düşürəm ki, bizi yaxşı analiz ediblər. 

- Siz eyni zamanda milli komandanın baş məşqçisiniz. Bunlara necə vaxt tapırsınız? “Sportinq”i analiz etmək üçün kifayət qədər vaxtınız olub?
- Bəli, çətindi. Mənə bu sual dəfələrlə verilib. Ancaq borcumdu ki, hər iki yerdə böyük məsuliyyətlə çalışım. Nə qədər vaxt azlığı olsa da, rəqib haqda informasiya toplamaq və futbolçularımla bölüşmək üçün maksimal çalışıram. İşimi böyük həvəslə görürəm. 

- Rəqibinizin əsas hücumçusu Bas Dots zədəlidi. Buna görə rahat yatacaqsız?
- Əfsuslar olsun ki, “Sportinq”də yaxşı futbolçular bir yox, çoxdu. Ancaq meydan sahiblərində belə ucaboylu hücumçunun olmamağı müdafiəçiləriniz bir qədər rahat olmasına gətirib çıxara bilər. 

- Bəllidi ki, Simeon Slavçev “Qarabağ”a “Sportinq”dən gəlib. Onunla rəqib haqda söhbətiniz olubmu?
- Çox istərdim ki, Slavçev bu oyunda iştirak etsin. Ancaq əfsuslar olsun ki, zədəli olduğuna görə xidmətindən yararlana bilməyəcəm. Nadir hallarda futbolçulardan informasiya əldə edirəm. Slavçevdən informasiya almağa zərurət duymadım. 

- Ötən mövsüm “Sportinq”də böhran oldu, rəhbərliyinin dəyişilməsinin bizə hansı faydası ola bilər?
- Hər bir dəyişiklikdən sonra yenilik olmalıdı. Bu zaman komanda daha istəkli olur. Böyük klublarda dəyişiklik adətən öz faydasını verir. Ola bilər ki, “Sportinq” yeni rəhbərliyin dönəmində sabah daha istəkli, aqressiv oynayacq ki, bu da bizə mane ola bilər. 

- “Qarabağ” işğal olunan bölgəni təmsil edir. “Qarabağ”ın avrokuboklarda iştirakı Azərbaycanı tanıtmaq baxımından nə dərəcədə əhəmiyyətlidi?
-  Bu günədək bu klubda çox məsuliyyətli işləməyə çalışmışam. “Qarabağ” adının nə olduğunu, bölgənin başına nələrin gəldiyini yaxından dərk etmək lazımdı. Belə turnirlrədə iştirak həm ölkənin, həm də “Qarabağ” adının tanınması üçün böyük dəstəkdi. Bunun üçün klub ilk növbədə daxili çempionatda, sonra Avropa oyunlarında sabit çışxış etməlidi.

- 10 ildir – 36 yaşınızdan bu klubu çalışdırmaq  üzərinizə hansı məsuliyyəti qoyur?
-  Bu klubda işlədiyimə görə çox məmnunnam. Bu klubu tanıtaq üçün əlimə böyük şans düşüb və bundan maksimum yararlanmağa çalışıram. “Qarabağ”la hər yeni ölkədə olmaqla onu daha yaxından tanıtmışıq. Qarabağ toprağı Azərbaycanındı və inşallah, həmişə də olacaq. 

- “Qarabağ” qrupda 5-ci dəfə oynasa da, onu qeyri-peşəkarlıqla Ukrayna klubu kimi təqdim ediblər. Sizə elə gəlmir ki, bu, səhv yox, təxribatdı?
- İnanmazdım ki, bu, təxribatdı. Heç inanmaq da istəmirəm ki, təxribat olsun. Böyük klublarda texniki səhv ola bilər. Portuqaliya ilk dəfə Azərbaycan klubuyla qarşılaşır. Ümid edirəm ki, bu, yalnız texniki səhvdi. 

- Filip, səni "Qarabağ"da adətən Riçard Almeydayla müqayisə edirlər. Belə müqayisə səni sıxmır? Sabah ən yaxşı oyununu görə bilərikmi?
- F.O: Riçard yaxşı futbolçudu, onun oyununu çox sevirəm. Ancaq oyun üslublarımız fərqlidi. Məşqlərdə tam gücümlə çalışıtram. Ümid edirəm ki, sabah yaxşı oyununla komandama kömək edə bilərəm. (Sport24)


 
tarix: 19-09-2018 22:32


 
Xəbər lenti
24.01.2019

10:00   Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

09:30   İquayn rəsmən “Çelsi”də

09:00   “Qəbələ” mükafatçılar sırasına düşmək gücündədir”

08:30   “Qəbələ” Rusiya klubuna qarşı - YENİLƏNİR

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az