(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”ın hədəfi

“Qarabağ”ın hədəfi

Ardıcıl 5 mövsümdü Avropa səhnəsində “Qarabağ” rüzgarı əsir. Bu dəfə Lissabonda, qitənin sayılan komandalarından olan “Sportinq”lə matçda çempionumuzun qrup yürüşü start götürür.
 
Əslində, tarix çoxdan yazılıb. Futbolu bərbad gündə olan, klub futbolu müstəqillik dövrünün ən zəif dönəmini yaşayan Azərbaycanın belə bir təmsilçisinin olması özü möcüzədi. Paradoksdu, normalda 8 komandalı çempionatın təmsilçisi qrupda olmamalı. Lakin klub rəhbərliyinin düzgün strategiya seçimi, məşqçi heyətinin işə doğru yanaşması və uğurlu futbolçu seçimi, niyyət təmizliyi “Qarabağ”ın ənənə yaratmasına səbəb olub.
 
İştah diş altındadı, reallığı unudub daha bir möcüzə gözləyir, hətta tələb edirik. Ağdamlıların bu qrupdan çıxmasını, daha da irəli getməsini istəyənlər var. Arzu kimi çox yaxşıdı, reallıq isə fərqlidi. “Arsenal”, “Sportinq” kimi favoritlərin, futbol ənənələri olan Ukrayna kimi ölkənin təmsilçisinin olduğu Avropa Liqası qrupundan 1/16 finala adlamaq demək olar, mümkünsüzdü.
 
“Qarabağ”ı hətta Bakı Olimpiya Stadionunda baş tutacaq finalda da görmək istərdik. Amma xarabazar içində bitən gülün ömrü qışa kimidi, yaza çıxmaq ehtimalı, şansı yoxdu. Rəqiblər çox güclüdü. Bu gün “Sportinq”lə, “Arsenal”la, sabah “Keşlə”ylə, “Səbail”lə oynamaqla qitə nəhəngi olmaq mümkün deyil. Futbol ölkəsi olaraq böyüməyincə “Qarabağ”dan tələb etdiklərimiz reallığı əks etdirməyəcək.
 
Ağdamlılar üçün də hədəf olmalıdı. Qrupdan çıxmaq qarşıya vəzifə kimi qoyula bilər, ancaq bu, reallaşmasa, faciə deyil. Klub rəhbərliyi sabit çıxış edən komandanın Avropada bir az da möhkəmlənməsi, təcrübə yığması, daha da peşəkarlaşması ilə öyünməlidi. Təbii ki, reytinq xallarını daha da artırmaq, daha çox xal yığmağa cəhd edilməlidi. “Qarabağ”ın ən böyük qazancı isə futbolçularını yarmarkaya çıxarmaqdı. İllərdi azərbaycanlı futbolçulara diqqət göstərməyən əcnəbi skautlar əvvəl-axır sabit çıxış edən Qara Qarayevə, Maksim Medvedevə, Bədavi Hüseynova nəzər yetirəcək.
 
Riçard Almeyda, Dino Ndlovu məhz avrokubok oyunlarından sonra başqa klublara getdi. İndi bu sıraya Abdulla Zubir, Donald Gerye və başqaları qoşula, “Qarabağ” onların satışından pul qazana bilər. Yerli futbolçuların xaricə getməsi isə həm də millinin baş məşqçisi olan Qurban Qurbanov üçün ikiqat qazanca çevriləcək. Ona görə də ağdamlılar təzyiq altına düşmədən rahat oynamalı, daha böyük perspektivi düşünməlidi. Bu gün qrupdan çıxmaq təsadüfi nəticə sayılacaq, hansısa oyunçumuzun satışı isə hadisəyə çevriləcək.
 
Bu qrupdan çıxmaq həm də ona görə çətindi ki, hamı “Qarabağ”ın başında dəlləklik edir. AFFA komandaya dəstək olmaq əvəzinə, öz maraqları naminə onun uğurlarından faydalanır. Ev oyunlarının BOS-a salınması “Qarabağ”a arxadan vurulan zərbədi, komanda evdə də azarkeş dəstəyini hiss etməyəcək. Belə şəraitdə “Arsenalı, “Sportinq”i qabaqlamaqdan, ümumiyyətlə, söhbət gedə bilməz. Ən yaxşısı rahat oynamaq, mümkün olduğu qədər xal toplamaq və klub kimi böyüməkdi.
 
AĞA

 
tarix: 20-09-2018 12:14


 
Xəbər lenti
23.04.2019

18:42   Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38   “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:30   “Zirə” “Sumqayıt”la üz-üzə - YENİLƏNİR

18:26   “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19   Ramin Musayev möcüzə gözləyir

18:09   “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53   “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54   Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18   Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59   “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34   Bundesliqa klubunda yeni baş məşqçi

15:00   “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26   Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52   AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31   Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17   25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08   “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53   AFFA Divizion klublarını cəzalandırdı

12:37   Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33   Tərlan Əhmədovun cəzası açıqlandı

12:27   Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16   Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58   “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24   Birinci Divizion: 24-cü turun bütün təyinatları

11:06   Premyer Liqada 26-cı turun hakim təyinatları

10:30   Vaqif Cavadovun sabiq klubu yenidən elitaya qayıtdı

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az