qaynar xətt
İsgəndər Cavadov: “Həmin qol mənim üçün unudulmazdı”
Bu gün “Neftçi”nin veteran futbolçusu İsgəndər Cavadovun doğum günüdü.
Futbolinfo.az xəbər verir ki, 1956-cı ildə dünyaya gəlmiş sabiq hücumçu 1977-1988-ci illər ərzində "Neftçi”nin heyətində 303 oyun keçirib, 61 qol vurub.
Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.
- Doğum gününüz mübarək, İsgəndər müəllim!
- Çox sağ olun! Təşəkkür edirəm ki, unutmursuz, yad eləyirsiz.
- Karyeranız boyu doğum gününüzdə meydana çıxmısızmı?
- Xeyr, doğum günümə təsadüf edən oyunum olmayıb.
- İndiyə qədər aldığınız ən gözlənilməz hədiyyə hansıdı?
- 50 yaşımda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə mükafatlandırılmağım və 60 yaşımda Prezident təqaüdünə layiq görülməyim mənim üçün ən gözlənilməz hədiyyələr olub.
- "Neftçi”nin heyətində 61 qol vurmaqla yanaşı, hər mövsüm çoxlu sayda məhsuldar ötürmənin müəllifi olmusuz və komandamıza penaltilər qazandırmısız. Yəni komandanın qollarının bir çoxunda sizin böyük rolunuz olub. Bununla belə, məhz özünüzün vurduğunuz qollardan hansı sizin üçün unudulmazdı?
- 1986-cı ildə Bakıda "Çernomorets”in qapısına başım üzərindən qayçıvari zərbə ilə vurduğum qol mənim üçün unudulmazdı. Ümumiyyətlə, çox şadam ki, "Neftçi” kimi klubun tarixinə düşmüşəm. Həmişə çalışmışam öz oyunumla sübut edim ki, Azərbaycanda yaxşı futbolçular var. Arzu edirəm ki, Azərbaycanda Əbdülqəni Nurməmmədovdan, Maşallah Əhmədovdan, İqor Ponomaryovdan, Səməd Qurbanovdan, Səmədağa Şıxlarovdan, Asim Xudiyevdən, Asif Əliyevdən, məndən daha yaxşı futbolçular yetişsin. "Neftçi”yə uğurlar arzulayıram!
02:51 Çempionlar Liqasında qolsuz gecə
22:55 Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”
22:19 Ramil Şeydayev üçün 77 dəqiqə
20:50 Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu
18:10 AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə
17:21 “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır
17:04 “Sportinq”də daha bir erkən vida
16:24 “Espanyol”dan La Liqada yeni rekord
15:57 Premyer Liqa klubunun forvardı sıraya döndü
15:19 İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”
14:55 Braziliya millisinin kapitanı “Barselona”da
14:34 Şeydayevsiz qələbə
13:51 AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi
13:32 Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar
13:03 Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”
12:57 İngiltərə klubuna casusluğa görə cəza verildi
12:36 Kapitan 220 gün sonra qayıdır
11:51 Stuxlikin tələbi VAR
11:45 Rauf 10 gündən sonra qayıdacaq
11:40 Dadaşovun oynamamasının səbəbi
11:02 Paşayev ermənilərə qarşı oynadı
10:51 Şeydayev yenidən Türkiyədə
10:39 1/4 final cütlükləri bilindi
10:31 Erat oynadı, komandası məğlub oldu
10:23 Vengerin favoriti
10:12 De Xeaya yeni təklif
10:01 AFFA-nın faydalı limiti: daha nələr etmək olar?
09:47 Milli komandada yeni baş məşqçi
09:30 Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü
09:21 Nani rəsmən ABŞ klubunda
09:14 “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”