(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
ÇL-də ilk turun ən yaxşısı adına namizədlər

ÇL-də ilk turun ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçusu və qolu üçün namizədlər bəlli olub.

Futbolinfo.az xəbər verir ki, ən yaxşı oyunçu adına “Barselona”nın hücumçusu Lionel Messi, “Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner, Lion “Olimpik”inin forvardı Nabil Fekir və “Mançester Yunayted” in yarımmüdafiəçisi Pol Poqba namizəd göstərilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Həftənin qoluna isə “Barselona”nın hücumçusu Osman Dembelenin PSV-yə, “İnter”in forvardı Mauro İkardinin “Tottenhem”ə, “Real”ın hücumçusu Mariano Diasın “Roma”ya və “Bavariya”nın yarımmüdafiəçisi Renato Sançesin “Benfika”ya vurduğu qollar namizəd seçilib.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.


 
tarix: 20-09-2018 13:36


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az