(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “İki favorit var, amma sonadək mübarizə aparacağıq”

Qurban Qurbanov: “İki favorit var, amma sonadək mübarizə aparacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə (Portuqaliya) səfərdə 0:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 

Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə matç haqda danışıb:

- Öncə rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, çətin olacaq. Ancaq futbolçularımız pis təsir bağışlamadı. Oyunun təşkilində hər şey düşündüyümüz kimi alındı. Sadəcə, birinci qolu əks-hücumlardan istifadə etdilər, ikinci isə kobud səhvdən oldu. Futbolçulardan razı qaldım. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı oynayacağıq. 

- Bu oyundan sonra əmin oldunuz ki, qrupda çıxmağa əsas namizədlər "Arsenal"la "Sportinq"di?
- Əvvəlcədən də belə düşünürdük. Ancaq "Vorskla"nı da yaddan çıxarmaq olmaz. Onlar da 2-ci yer üçün mübarizə aparacaqlar. Təcrübəyə baxanda, görünən odu ki, "Arsenal"la "Sportinq"lə ilk yerə əsas namizəddi. Ancaq sonadək mübarizə aparacağıq. 

- Azərbaycanlı futbolçulardan çəkdiyiniz nədi? Neçə illərdi qrupda oynayırlar...
- Komandada heç kimə ayrıseçkilik etmirəm. Hamısı bizim üçün oynayırlar. Heç kəsə ayrılıqda etirazımı, narazılığımı bildirmək istəmirəm. Ola bilər ki, belə oyunlarda həmin gənclərin təcrübələri çatmır. Hər birindən razıyam və bu futbolçularla "Qarabağ" bu səviyyəyə çatıb. Komandamızın uğurunda hər birinin payı var. 

- Məğlubiyyətin əsas səbəbini nədə görürsüz?
- Oyunun gedişatı haqda məlumat verdim. Səfərdə, "Sportinq"ə qarşı oynayırdıq. Bəlkə 3-cü qol da ola bilərdi, çünki daha çox irəli atılmaq istəyirdik.

- Komanda qollar buraxanda çox zəif təsir bağışladı. Bu, hazırsızlıqla bağlıdı, yoxsa "Sportinq"in sürətli oyununa tab gətirə bilmədi?
- Belə sualı gözləməzdim. Bu oyuna yaxşı hazırlaşmışdıq. Futbolda sadəcə, texniki səhvlərdən qollar vurulur. Ümumi taktika baxımdan futbolçular tam hazır idilər. Mənim də oyuna müdaxiləm, hər şey qaydasında idi. Sadəcə, Maksimin zədələnməsi hücum xəttinin güclənməyinin qarşısını aldı. Hər şey düşündüyüz kimi deyil. 

- Maksimin vəziyyəti nə yerdədi?
- Bu gün cavab verə bilməyəcəm. Dizində problem var. Ümid edək ki, ciddi problem olmayacaq. Sabah Bakıda müayinə ediləndən sonra bəlli olacaq.

- Emeqara əlinə düşən yüzfaizli qol şanslarından yararlana bilsəydi, hər şey fərqli ola bilərdi?
- Fərq yüz faiz olacaqdı, çünki hesab dəyişiləcəkdi. Emeqara ikinci hissədə də şansından istifadə edə bilmədi. Hər qol komandaya özünəinam verir. Ancaq bunu edə bilmədik. Emeqara bu gün çox çalışdı. Oyunundan razı qaldım. 

- Futbolçular psixoloji cəhətdən sanki hazır deyildi. Xüsusilə də buraxdıqları ilk qoldan sonra...
- Əfsuslar olsun, uduzanda suallar çox olur, problemlər üzə çıxır. Bir şeyi düşünək ki, "Sportinq"ə qarşı oynayırdıq və evdə hesabda üstünlük qazanan komanda daha rahat oynayır. Bəzən futbolda elə komponentlər olur ki, hər şeyi 10-15 dəqiqəyə dəyişmək çətindi. Futbolçuları başa düşmək lazımdı. Ola bilər ki, heç nədən qol buraxmağımız psixoloji cəhətdən təsir etdi. Bu, qrupda ilk mövsümümüz deyil. "Arsenal"la Bakıda bizi çətin sınaq gözləyir və bu matça yaxşı hazırlaşmalıyıq. 
(Sport24)


 
tarix: 21-09-2018 01:39


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az