(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Kvame Karikari: “İşimiz yalnız qol vurmaqdan ibarət deyil”

Kvame Karikari: “İşimiz yalnız qol vurmaqdan ibarət deyil”

“Neftçi”nin hücumçusu Kvame Karikari klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, "Keşlə” ilə oyun haqda danışan qanalı futbolçu "İnStat” şirkətinin təhlilinə əsasən ikinci dəfə rəmzi komandaya düşməsi ilə bağlı sualı da cavablandırıb:

- "Zirə” ilə oyuna hansı əhval-ruhiyyə ilə hazırlaşırsız?
- Əhval-ruhiyyəm yaxşıdır. Hazırlıq öz axarı ilə gedir. Oyuna çıxıb öz gücümüzü göstərməliyik.

- Rəqibi təhlil edə bilmisizmi?
- Bəli, rəqibin oyunlarını izləmişik. Turnir cədvəlindəki mövqeyinə baxmayaraq, kifayət qədər güclü komandadır. Ümumiyyətlə, aşağı pillələrdə qərarlaşan komandalara qarşı oynamaq həmişə çətindir. Onlar turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq üçün var gücü ilə çalışırlar.

- Sabahkı oyundan nə gözləyirsiz?
- Dediyim kimi, gücümüzü göstərib liderliyimizi davam etdirməliyik. Komandamızın hazırkı vəziyyəti, zirvədə qərarlaşmağı bizi sevindirir, amma rahatlaşmaq olmaz.

- 4 oyunda cəmi 1 qol vurmusuz. "Keşlə” ilə matçda bir neçə qol epizodunu boşa verdiz...
- Deməzdim ki, qol epizodlarının sayı çox idi. Bir epizodda məni müdafiəçi çaşdırdı deyə, topu itirdim. Digərində isə zərbə endirməyimə imkan vermədilər. Fikrimcə, həmin epizodda penalti var idi, amma hakimin rəyi fərqli oldu.

- Bununla belə, ən yaxşı formanızdan uzaqsız...
- Son matçda göstərdiyim oyun mənim də xoşuma gəlmədi. Söhbət təkcə epizodların dəyərləndirilməməsindən getmir. Axı işimiz yalnız qol vurmaqdan ibarət deyil. Lazım olanda topu saxlamaq, komanda yoldaşları üçün epizod yaratmaq tələb olunur. Bir neçə dəfə top itirdim, düz qərar verə bilmədim.

- Bəlkə komandaya tam uyğunlaşa bilməmisiz?
- Deməzdim. Komanda yoldaşlarımla bir-birimizi yaxşı tanıyırıq. Buna baxmayaraq, 4 oyun da azdır. Bir az vaxta ehtiyac var.

- "İnStat” şirkətinin təhlilinə əsasən 4-cü turun rəmzi komandasına "Neftçi”nin 7 futbolçusu daxil edilib ki, onlardan biri də sizsiniz. Rəmzi komandaya düşmək sizin üçün sürpriz olmadı?
- Xeyr, sürpriz olmadı. Bildiyimə görə, bu seçim statistikaya əsaslanır. Mən isə "Keşlə” ilə oyunda çox çalışdım. Ən vacibi komandanın uğurudur ki, buna da nail olduq.


 
tarix: 21-09-2018 18:58


 
Xəbər lenti
19.02.2019

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az