(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Mik Benet: “Burada gördüklərimdən məmnunam” - VİDEO

Mik Benet: “Burada gördüklərimdən məmnunam” - VİDEO

“Neftçi” Futbol Akademiyasının yeni direktoru Mik Benetin təqdimat mərasiminin keçirilməsi ilə bağlı məlumat vermişdik. 

Futbolinfo.az xəbər verir ki, təqdimatdan sonra ingiltərəli mütəxəssis "Neftçi TV”yə açıqlama verib:

"Bir neçə ay bundan öncə Kamran Quliyevlə görüşüm oldu. Akademiya direktoru vəzifəsi ilə bağlı söhbətləşdik. O vaxt "Mançester Yunayted”in Bakıda fəaliyyət göstərən futbol məktəbində çalışırdım. Bununla belə, onun təklifi mənim üçün xoş oldu. Çünki "Neftçi”nin nüfuzuna bələdəm. "Mançester Yunayted Futbol Məktəbi” layihəsinin bu yay başa çatdığını öyrənəndən sonra "Neftçi”nin təklifini dəyərləndirdim. Sözün düzü, bu çoxdan arzuladığım işdir. Bu təklifi qəbul etdiyim üçün çox şadam”.

Bugünlərdə rəsmən işə başlayan Mik Benet qısa müddət ərzində gördüklərindən məmnun qaldığını bildirib: "Bir həftədir buradayam. Hələ ki akademiyanın futbolçularına baxmaq üçün geniş imkanım olmayıb. Amma gördüklərimdən məmnunam. Yeni bazamız fantastik olacaq. Ümid edirəm ki, gələn ilin yayına qədər hazır olar. Gördüyüm komandalar, futbolçular və məşqçilər çox yaxşıdır. Mənim işim onların səviyyəsini daha da qaldırmaqdır. Onlar öz üzərində işləməlidir. Bunun üçün onların gözəl təməli var. Həmçinin, gələcəkdə daha da inkişaf edə biləcək futbolçularımız var. Biz isə həm onlara, həm də məşqçilərə lazım olan bilgiləri verməliyik. Yeni bazada işləməliyik. Şadam ki, bu işə hamı hazırdır”.

O, məşqçilərin öz futbolçularının texnikasını inkişaf etdirmək üçün hazır olmasının ən vacib məqam olduğunu vurğulayıb: "Bakıda 4 ildir çalışıram. Azərbaycan futbolçularının istəyi, futbola böyük maraq və sevgi ilə yanaşması məni valeh edir. Texniki baxımdan futbolçular inkişaf etməlidir. Bu isə artıq bizim, yəni mənim və məşqçilərimizin işidir. Fikrimcə, ən vacib məqam məşqçilərin öz futbolçularının texnikasını inkişaf etdirmək üçün hazır olmasıdır. Bu, bir-iki günün işi deyil, amma iki-üç ilə bizim futbolçularımızın texnikası mütləq artacaq. Ona görə də uşaqlardan başlamalıyıq. Bu istiqamətdə işləyəcəyik. Bu oyunçularının bünövrəsi var və çox gözəldir. Onlara daha yaxşı təhsil lazımdır”.

 


 
tarix: 21-09-2018 19:33


 
Xəbər lenti
25.08.2019

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az