qaynar xətt
Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi
Futbol üzrə Azərbaycan milli komadasının və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best" adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.
Futbolinfo.az "Report"a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ" ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib.
O, V tur qarşılaşmasında komandasının yanında olmağı məqsədəuyğun sayıb.
Məlumatı "Report"a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla da təsdiqləyib. O bildirib ki, FIFA-dan aldıqları dəvətə əsasən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yollanacaq.
Qeyd edək ki, FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransı sentyabrın 23-də Londonda start götürəcək. "The Best" mükafatı isə sentyabrın 24-də təqdim olunacaq. Tədbirə FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb. FIFA-nın ayrı-ayrı nominasiyalar üzrə təsis etdiyi "The Best" mükafatında 2018-ci ilin ən yaxşı futbolçusu adına Luka Modriç ("Real Madrid", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştianu Ronaldu ("Yuventus", Portuqaliya) namizəddir. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa), Zlatko Daliç (Xorvatiya) və ya Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) seçiləcək.
00:14 “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı
23:12 Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ
21:01 “Qəbələ”dən məktəblilərlə növbəti görüş
20:53 “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir
19:11 Avroliqada həftənin ən yaxşısı bəlli oldu
18:55 Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı
17:58 Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi
17:04 “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı
16:18 Avroliqada 1/8 finalın püşkü atıldı
15:32 ÇL-də həftənin ən yaxşısı bəlli oldu
14:48 FİFA “Çelsi”yə transfer qadağası qoydu
14:25 Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
14:09 “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü
13:44 Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə
13:05 “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi
12:53 Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş
12:43 Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
12:33 “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi
12:25 Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”
12:12 Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"
11:55 Millimizin heyəti açıqlandı
11:42 Millimizin oyunlarının təqvimi açıqlandı
11:31 Klublar Komitəsində yeni sədr
11:23 Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”
11:01 “İnter”dən 4 cavabsız qol - VİDEO
10:42 “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO
10:31 Fellaininin gedişində Mourinyonun rolu
10:17 “VAR-ın öhdəsindən gəldik”
10:00 “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO
09:51 Klublar Komitəsi sədr seçir