(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Abasovun pis vərdişi

Abasovun pis vərdişi

Samir Abasovu azı 2 oyunluq cəza gözləyir. “Zirə”nin baş məşqçisi dünən “Neftçi” ilə oyunda rəqib həmkarı ilə söz duelinə çıxıb tribunaya göndərildi. Lakin bu dəfə Roberto Bordini də özü ilə apardı.
 
Abasov ötən mövsüm bu baxımdan rekordçu idi. “Sumqayıt”da işləyərkən belə çılğınlığı üzündən cəzaları sıralayırdı. Mətbuat konfransında özü də etiraf etdi ki, əsəblərini cilovlaya bilməyib: “Deyəsən, mən düzəlməyəcəm”. Amma düzəlməsi lazımdı, bu xarakterlə nəvaxtsa daha böyük insidentin səbəbkarı olacaq.
 
Dünənki matçda Bordin də baş rolda idi. Ehtiyat oyunçular skamyasında çılğın olan Roberto hakimlərə təzyiq edir, əsəbini büruzə verirdi. Həmin epizodda isə onun əl-qol hərəkətləri rəqib həmkarına, eyni zamanda 4-cü hakimə yönəlmişdi. Lakin Abasovun cavabı daha kəskin oldu. Görüntülərdə də Samirin söyüş söydüyü və həmkarının üzərinə yeridiyi aşkar görünür.
 
Baş hakim hər iki məşqçini tribunaya göndərdi və haqlı idi. Orada isə Bordin Abasovun yanına gedib barışdı, anlaşılmazlığı yerindəcə həll etdi. Bu, böyüklük nümunəsi idi. Baxmayaraq ki, bu böyüklüyü qovulmamış etmək daha məqsədəuyğun olardı. Məhəccərlərə dırmaşmaq, komandanı başsız qoymaq onların heç birinə yaraşmadı.
 
Abasovun daha böyük cəzaya layiq olduğu aydındı. Həm bu halın dəfələrlə təkrarlanması, həm də daha aqressiv davranması, söyüş söyməsi üzündən Samir Robertodan “bir addım öndədi”. Lakin Abasovu  özündən çıxaran rəqib həmkarı deyildi. O, hakimlər üzündən barıt çəlləyinə çevrilmişdi. Hakimlərin hər xırda epizoda fit çalması, Tellur Mütəllimov və Adrian Skarlatakenin simasında 2 futbolçunu geyim dəstlərini düzəltmək üçün meydanın kənarına göndərməsi qıcıq doğurmuşdu. Və Samir “partlamaq” üçün məqam axtarırdı.
 
İnsidentdə baş rolda olan 4-cü hakim Ömər Paşayev haqlı idi. “Zirə” futbolçularının geyimində problem var idi. Altdan geyinilən paltarların rəngində fərq var idi və pis görünürdü. Tellur bu nöqsanı vaxtında düzəltdisə, Adrian bir neçə dəqiqə itirdi, amma sonda hakimlərə nəyisə sübut edib həç nəyi dəyişmədən geri qayıtdı. Bu qüsura görə “Zirə” rəhbərliyi özlərində günah axtarmalıdı. Klub belə nüanslara diqqət etməlidi. Oyundan sonra komandanı daşıyan avtobusda yaranan problem, futbolçuların onu itələyərək arenadan çıxarması faktı da göstərdi ki, təşkilati məsələlərdə qüsurlar var.
 
Ümumiyyətlə, “Zirə”nin ehtuyat oyunçular skamyasında intizam yaradılmalıdı, Abasov özüylə gətirdiyi köməkçi məşqçilərə nəzarət etməlidi. Seymur Rəhimov da onun kimi çılğındı və az qala hər epizodda ayağa qalxır, irad bildirirdi. Texniki zonada bir nəfərin ayaq üstə durmasına icazə verilir, amma Abasovla yanaşı, Rəhimov da daim özünə əl qatırdı. Bu isə xaosa səbəb olur, 4-cü hakimin daim onların yanında olmasına səbəb verirdi.
 
AFFA İntizam Komitəsi hər 2 məşqçini cəzalandıracaq. Güman ki, Samirin cəzası sadaladığımız səbəblərdən daha böyük olacaq. Klub da onun haqda ölçü götürməlidi, yoxsa o, bunu vərdişə çevirəcək – “Sumqayıt”dakı kimi...
 
FƏRİD
 
 
 

 
tarix: 23-09-2018 12:15


 
Xəbər lenti
22.02.2019

10:42   “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31   Fellaininin gedişində Mourinyonun rolu

10:17   “VAR-ın öhdəsindən gəldik”

10:00   “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az