(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 5-ci turunda “Keşlə”ni səfərdə 2:1 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. 

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matç haqda danışıb:

- Qələbə çox yaxşıdı. Hərçənd, ilk hissədə məğlub durumda idik, ancaq ikinci hissədə toparlanmağımız komandanın əzmkarlığını göstərir. "Keşlə"nin qapısında daha çox qol epizodu oldu. Futbolun meyvəsi qoldursa, bu, çatmırdı. Futbolçularımızı əzmkarlığa görə təbrik etmək istəyirəm. Hələ oyunlar qabaqdadı. Daha yaxşı çalışmalı, irəli baxmalıyıq.

- Atillanın zədəsi nə dərəcədə ciddidi?
- Həkimlər onun vəziyyəti ilə məşğuldu. Bir az özünü pis hiss edir. Tam durumu haqda hələ bir şey deyə bilmərəm.

- Səfərdə daha yaxşı nəticəyə imza atırsınız. Çempionat başlamamışdan belə gedişatı gözləyirdiniz?
- "Sumqayıt" yeni futbolçulardan qurulub. Üç ay tamam olmayıb bu komandanın yaranmasından. Düşünməmişdim ki, hadisələrin gedişatı belə olacaq. Nəticə 90 dəqiqədə olur. Bir hücumçuyla hazırlaşmışdıq, Atilla sonradan bizə qoşuldu. İstərdim ki, futbolçularımız daha stabil çıxış etsinlər. Nəticənin həmişə yaxşı olmasını istəyirik. Kim istəyər ki, pis olsun? Meydanda özünü idarə etsən, daha yaxşı oynayacaqsan.

- Nəticələr qənaəbəxşdi. Ancaq protokola baxırsan ki, oyunu gücləndirəcək futbolçunuz yoxdu. Bununla nə qədər uzağa gedə biləcəksiniz?
- Xarici futbolçu götürmürük. Ancaq yerli futbolçularla oynayırq. Komandamız yeni qurulub.

- Kapitan Vurğun Hüseynov ilk turda qırmızı alandan sonra oynamırdı, yalnız bu gün son dəqiqələrdə meydana çıxdı. O, əsas heyətdə yerini itirmişdi, yoxsa başqa səbəb vardı?
- Vurğun son vaxtlar fərdi məşq edirdi. Çünki zədəsi vardı. Az məşq etdiyindən ehtiyatda qalırdı. 

- Sizcə, yarımmüdafiəçiniz Aleksey İsayev millimizə yaxın gələcəkdə dəvət almaq potensialına malikdi?
- Hər bri baş məşqçi istəyər ki, millidə çox futbolçusu olsun. Nə qədər çox futbolçun millidə olsa, bir o qədər yaxşıdı. Bu, hamı üçün yaxşı olar. Hansı baş məşqçi istəməz ki, yığmada çoxlu oyunçusu olmasın? (Sport24)


 
tarix: 23-09-2018 21:16


 
Xəbər lenti
19.08.2019

11:40   Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29   “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39   Balotelli nəhs rəqəmə görə təqdim edilmir

10:27   “Sport Ekspress”: “Ramil Şeydayev “çəkmir”

10:15   “Hakimin qərarı qərəzli idi”

10:00   Kamran Əliyev üçün 62 dəqiqə və 3 xal

09:51   Turun son sınağı - YENİLƏNİR

09:41   “Lap mövsümün ortasında rəsmi təklif olsa, gedəcəm”

09:29   “Zirə” uduzdu, əsəbi azarkeş qapının şüşəsini qırdı - FOTO

09:12   Paşayevin komandasından növbəti qələbə

09:00   Mübahisəli penaltinin fonunda

02:07   “Atletiko” və “Sevilya” yeni mövsümə qələbə ilə başladı

01:33   “Başakşəhər” darmadağın oldu

01:09   PSJ səfərdə məğlub oldu

00:03   “Səbail”in “Zirə” üzərində qələbəsi - VİDEO

18.08.2019

23:45  Şeydayev yenə 90 dəqiqə oynadı, “Dinamo”...

23:10  “Leyptsiq” yeni mövsümə darmadağınla başladı

22:50  “Mən ancaq cibimdəki pulun nə qədər olduğunu deyə bilərəm”

22:39  Samir Abasov: “Kanallar qarışmışdı”

22:11  Premyer Liqada 2-ci turun oyun cədvəli açıqlandı

21:56  “Səbail”ə bir qol bəs etdi

21:33  “Çelsi” doğma meydanda xal itirdi

19:42  Əliyev üçün 62 dəqiqə və 3 xal

19:37  CONCACAF-ın qalibi “Sabah”la müqavilə imzalamağa gəlib

18:51  “Borussiya”dan “Bavariya”ya

17:23  İsrafilovsuz və uğursuz start

16:38  Əli Şirinov oynamadı, komandası uduzdu

16:14  Novruzov “Zimbru”ya qarşı 80 dəqiqə oynadı

15:15  “Neftçi”nin sabiq prezidenti "Astana" - BATE görüşündə

15:07  Fəriddən Çexiyada növbəti qol

14:51  Xavinin məşqçi kimi ilk titulu

14:31  “İdman Azərbaycan”ın şərhçisi Kanteyə görə cəzalandı

11:03  Oyuncaq klub: “Keşlə” yenə həvəskarcasına idarə olunur

10:48  Hasan Şaş “Qalatasaray”dan ayrıldı

10:39  Modriçin “siftə”si

10:27  Qurbanovla itiriləcək daha bir mövsüm

09:59  Frey icarəyə getdi

09:47  Kovaçı məmnun edən transfer

09:39  “Barselona”ya qol vurub, Messiyə şərik oldu

09:25  Balotelli “Breşia”da

09:15  “Keşlə”nin 500-cü məyusluğu

09:00  “Qarabağ” Zubiri satmağın əleyhinə deyil

01:53  Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31  "Monako"nu 3 qolla devirdilər

01:19  "Real" mövsümə qələbə ilə başladı – VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az