(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Sillələyən, sillələnən “Qəbələ”

Sillələyən, sillələnən “Qəbələ”

Bu mövsümə kimi “Qarabağ” – “Qəbələ” duelləri mövsümün əsas matçları sayılardı. Çempionluğa 2 real namizədin istənilən oyunu qalmaqalsız, söz-sıhbətsiz keçməzdi. Qüvvələr nisbəti təqribən bərabər olar, oyunların taleyini bir qol həll edərdi. Edərdi...
 
İndi ciddi fərq var. Artıq “Qarabağ”ın ikinci heyəti də “Qəbələ”yə rahatca 4 top vura bilir. Həm də rəqibindən o qədər üstün oynayır ki, iddialı klublarımızdan daha biri üçün fatihə oxumağa məcbur olursan. Təəssüf...
 
Dünən Qurban Qurbanovun yetirmələri meydanda gəzə-gəzə qalib gəldi. Və bu futbolçuların əksəriyyəti 2 gün öncə Portuqaliyada meydana çıxmış, ondan sonra isə cəmi bir məşq etmişdilər. Avropa Liqası ilə Azərbaycan çempionatı arasında o qədər bariz fərq var ki, “Sportinq”ə məğlub olanlar “Qəbələ”ni tək ayaqla yendi. Yorulmadan...
 
“Qarabağ” qalibdi və ən yaxşı oyunlarından birini keçirməklə 3 xal qazandı. Hər formada qol vurdular, qonaq müdafiəçilərlə “rəqs etdilər”. Hətta 0:4-dən sonra Sənan Qurbanov 5-ci müdafiəçini meydana buraxdı ki, tarixin ən rüsvayçı yenilgisini almasınlar. Rotasiya üzündən hücumçu kimi oynayan Araz Abdullayev, Con Delarj, Abdullah Zubir hər hoqqadan çıxır, Dmitri Bezotosnıya nəfəs almağa imkan vermirdilər. Meydan sahibləri baxımlı futbol sərgiləyirdi, lakin qarşılarında da şapalağa öyrəşmiş uşaq var idi sanki. Sanki...
 
“Qəbələ” rəhbərliyi hələlik Sənan Qurbanova dözür. Dekabra kimi etimad limiti var, ümid edirik, o, nələrisə dəyişə biləcək. Amma heyəti dəyişmək mümkün deyil. Bu futbolçularla yola davam edilməlidi. Heyət bərbad deyil, müqayisədə çempionatın ən yaxşı 3 kollektivindən biri sayıla bilər. Lakin kollektivin beyni yerində deyil, toparlana bilmirlər. Qurbanova inamsızlıq öz yerində, futbolçular özlərinə güvəni də itirib. Stankoviç, Bezotosnı, Cavid, Monroz, Ürfan - əksəri həmin futbolçulardı, sadəcə, vahid ansambl ola bilmirlər. Bilmirlər...
 
Komandanın ilk öncə psixoloji durumu düzəlməlidi. Sanki meydana barıt çəlləyi çıxır, ani qığılcımla partlaya bilər. Voislav Stankoviçin rəqib futbolçu Araz Abdullayevi sillələdiyi epizodda da bu göründü, Təmkin Xəlilzadənin Hacıağa Hacılını təpiklədiyi anda da. Sanki sabiq komanda yoldaşının cərimə zərbəsindən vurduğu qolu serb, “Qəbələ”nin yetirməsi olan uşağın indi sabiq komandasına qarşı meydan sulamasını Təmkin həzm edə bilmirdi. Daha yaxşı komandaya qarşı kollektiv kimi mübarizə apara bilməyəndə belə təkbətək döyüşlər ön plana çıxırdı. Yazıq...
 
Son dəqiqələrdəki insidentə görə Xəlilzadə 2-3 oyunluq cəza alacaq. Ürfan Abbasovun Ansi Aqolliyə vurduğu sillə hakimlərin gözündən yayınsa da, yəqin ki, İntizam Komitəsi bunu bağışlamayacaq. Hacıağanın müdafiəsinə özünü yetirən Yakub Jezniçakın sərt davranışının cəriməsi də mümkündü. Olmalıdı...
 
Rəşad Sadıqov sarı vərəqə aldı. Zədəli ola-ola, oynamayacağı bilinə-bilinə ehtiyat oyunçular skamyasında əyləşən kapitan qazona çıxmışdı. Hətta idman geyimində də deyildi, sadəcə, adi protokola önə görə yazılmışdı ki, kollektivin içində olsun, məşqçilik təcrübəsini yerindəcə artırsın. Lakin o, meydana dava-dalaşı sakitləşdirmək üçün ağsaqqal kimi daxil oldu, bunu bacardı, vərəqə alan kimi də yerinə qayıtdı. Sakitcəsinə...
 
“Qəbələ”nin yaxşı vaxtlarında da “Qarabağ”la oyunlar gərgin keçərdi. Amma o zaman əzələ nümayişi bəlli gücün nəticəsi idi, dünənsə cığallıq görünürdü. Qonaqlar bütün komponentlərdə uduzduqları ağdamlıların bayramını korlamağa çalışırdı. Bacarmadılar...
 
Qurbanovların duelində uduzan Sənanın hələ də vaxtı var. Onun komandası son matç istisna olmaqla, o qədər də pis təsir bağışlamayıb. Xal azdı, amma potensial var. Bircə qələbə ilə böhrandan çıxmaq mümkündü. 4-cü pillədən cəmi 3 xallıq uzaqlıq var. 8 komandadan 4-nün avrokuboka gedəcəyini nəzərə alsaq, mövsümün sonunda fərqli mənzərə də ola bilər. “Sabah”ın məlum qadağa üzündən qitə yarışlarında olmayacağını nəzərə alsaq, vəziyyət faciəvi deyil. Sadəcə, ayılmaq lazımdı. Ayılmaq...
 
FƏRİD

 
tarix: 24-09-2018 09:00


 
Xəbər lenti
13.12.2018

12:10   "Komanda məndən asılı ola bilməz" - Deviç məşqçilik üçün tez olduğunu düşünür

11:41   MS-dən əzmkar qələbə - VİDEO

11:20   “Viktoriya” “Roma”nı qrup liderliyindən etdi - VİDEO

11:00   “Ayaks”la “Bavariya” 3 qol vurub, 1 xal qazandı - VİDEO

10:42   “Yuventus” İsveçrədən məğlub qayıdır - VİDEO

10:20   MY “Valensiya”ya belə məğlub oldu - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   “Real” doğma meydanda biabır oldu - VİDEO

09:20   Çempionlar Liqasında bütün 1/8 finalçılar bilindi

09:00   “Qarabağ” “Arsenal”a qarşı - YENİLƏNİR

03:52   Unay Emeri: “Qarabağ”a hörmətlə yanaşırıq”

02:00   ÇL-in qrup mərhələsinə yekun vuruldu

01:23   “Arsenal” rəsmisi Tahir Gözələ xatirə hədiyyəsi təqdim etdi

00:08   Qurbanov: “Meydana yaxşı oyun göstərmək üçün çıxacağıq”

12.12.2018

21:10  “Sumqayıt” “Neftçi” ilə kubok matçına 3 itki ilə hazırlaşır

17:37  “Neftçi” kubok matçına hazırlığı davam etdirir

17:01  Uels - Azərbaycan matçının keçiriləcəyi stadion məlum oldu

16:44  Het-trik etdi, turun ən yaxşısı seçildi

16:24  Premyer Liqada ilin son turunun rəmzi komandası

16:00  Con Delarj: “Qarabağ”da qalmaq haqqında düşünmürəm”

15:17  “Sumqayıt”ın bu mövsüm vurduğu qollar - VİDEO

14:51  “Sumqayıt”ın 5 əvəzedilməzi

14:34  AFFA daha 4 komandaya texniki məğlubiyyət verdi

14:18  “Oyunlarımızın çoxunu uşaq səhvlərindən uduzmuşuq”

13:50  Birinci Divizionda ilin son cəzaları açıqlandı

13:38  AFFA “Qəbələ”ni 1800 manat cərimə etdi

13:15  “Qarabağ” bu gün “Arsenal”la oyuna hazırlığı tamamlayacaq

12:54  Buskets də 100-ə çatdı

12:26  “Barselona” rekorda şərik oldu

11:47  “Qaradağ Lökbatan”ın qapıçısı milliyə çağırıldı

11:22  Çempionlar Liqasının son oyunları “Topaz”da

11:00  “Monako” “Borussiya”ya da uduzdu - VİDEO

10:45  “İnter” pley-off şansını belə əldən verdi - VİDEO

10:30  Milli komanda Məşqçilər Komitəsinə tapşırılsın!

10:15  “Barselona” “Tottenhem”lə “sülh bağladı” - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  “Liverpul” “Napoli”ni tək qolla üstələdi - VİDEO

09:20  “Qalatasaray” “Portu”ya uduzsa da… - VİDEO

09:00  Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

02:03  “Liverpul”la “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az