(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Zaurların bitirdiyi “Keşlə”

Zaurların bitirdiyi “Keşlə”

Tanışlıqla vəzifə sahibi olmağın mükafatıdı. İmkanın, himayədarın, mənsəb yiyəsi ağan varsa, bu, hələ sənin özünün futbol adamı sayılmağın demək deyil. İş səriştəsiz birinə tapşırılıbsa, gec-tez aqibətin bacarığına uyğun olur.
 
“Keşlə” turnur cədvəlinin son pilləsindədi. Komanda ardıcıl 3 ev oyununda uduzub və səfərdə özü kimi autsayder olan “Zirə”dən aldığı yeganə xalla təsəlli tapır. Büdcə AFFA-dan maliyyələşən digər klublarla müqayisədə ən yaxşılardandı, hətta daha yaxşıdı. Heyətdə kifayət qədər legioner varsa və onların əksəriyyəti 5-7 min dollar aralığında maaş alırsa, deməli, vəziyyət kritik deyil. Nəticə isə hamıdan pisdi, çünki klubun idarə olunmasında ciddi yanlışlar var.
 
“Sumqayıt”la dünənki oyun futbol adına rəzalət idi. Qonaqların baxımlı oyunu qarşısında meydanda ruhsuz, nə etdiyini bilməyən komanda var idi. Oyunçuların ustalıq səviyyəsi o qədər aşağı idi ki, nəticənin böyük olmamasına görə meydan sahibləri 1-2 təcrübəli futbolçusuna minnətdar olmalıdı.
 
Baş məşqçi Mladen Milinkoviç mətbuat komfransında çarəsiz görünürdü. O, mümkün istefası haqda suala cavab verərkən klub rəhbərliyi ilə danışacağını dilə gətirdi. Lakin serbin gedişi nəyisə dəyişəcəkmi? Axı, bu heyəti klub rəhbərliyi Milinkoviçdən əvvəl yığıb və o da əlində olan futbolçulara güvənməyə məcburdu. Bu futbolçularla isə hətta Region Liqasında da qalib gəlmək olmaz.
 
Andre Klennon, Ebrima Sohna, Edvinas Girdvainis, Herve Tçami ölkənin ən səviyyəsiz legionerləridi, Bahodir Nasimovla Denis Silva karyeralarının ikinci dairəsini vururlar. Məşqçilərin “şikəst” adlandırdıqları Klennon hücumda keyfiyyətli bircə hərəkət edə, boş qapını nişan ala bilmir, Sohnanın hər iki hərəkətindən biri qayda pozuntusudu, Denis Silva oyunu başlamağı bacarmır, Nasimov qarın şişirtməklə məşğuldu və s. “Keşlə azarkeşləri isə bu futbolçulardan qələbə gözləyir.
 
Bakılıların yerli oyunçu seçimi də yaxşı deyil. Başqa klublara lazım olmayanlardan qurulan heyətlə sonuncu pillə elə “Keşlə”yə layiq olan yerdi. Səviyyəsiz oyunçular o qədər çoxdu ki, az-çox bacarığı olanlar da ümumi ansambla uyğunlaşıb. Vaqif Cavadov, Tərlan Quliyev, Sərtan Taşkın xeyli geriləyib, Kamran Ağayev aktyorluq etməklə, boş-boş danışıqla, komandası hücum edərkən meydanın kənarına gəlib su içməklə, məşqçiyə ağıl öyrətməklə məşğuldu.
 
Bir sözlə, “Keşlə” xaos içindədi. Və bu başıpozuqluğun səbəbi məşqçi deyil, birbaşa rəhbərlikdi. Adrian Skarlatake kimi müqaviləsi davam edən səviyyəli oyunçunun gedişinə şərait yaradırsansa, deməli, nəticə səni maraqlandırmır. Klennon, Sohna kimi ayağı top tutmayan ən ödənişli oyunçuların bərbad gündə olduğunu görə-görə yeni müqavilə imzalanması da səriştəsizliyin nəticəsidi. Nasimov kimi futbolu 5 il əvvəl atmış birisinin transferinə razılıq vermək də ağılsızlığın nümunəsidi.
 
Bütün bunlara klubun rəhbəri Zaur Axundov yol verib. Dost-tanış menecer dəstəsinə yersiz güvən, komandanın ayağının altını qazan, Pablo Podio olayının qəhrəmanı Zaur İsmayılova hələ də etibar edilməsi indi Müşahidə Şurasının sədrinin başında çatlayır. Futbolçular, məşqçilər dəyişir, hamı günahkar çıxır, amma gələnləri qarşılayan, sonra da yola salan İsmayılov Axundovun ən güvəndiyi adam kimi iş başındadı. Bəlkə də başqa “bacarığı” olduğu üçün... Halbuki heyətdə olan bütün futbolçuların transferinə razılığı məhz o verib, faizini götürür, Axundov da çəpik çalır.
 
“Keşlə” turnir cədvəlinin son pilləsindədisə, bunun səbəbkarı məşqçi və futbolçular yox, onların səviyyəsinə yox, qazandırdıqları pula diqqət edən menecer İsmayılov və səriştəsiz klub rəhbəri Axundovdu. Sədr AFFA-nın ayırdığı pulları havaya sovurmaqla, layiqli olmayanlara paylamaqla özünü də dərin quyuya salıb. Bəlkə də dünənki oyundan sonra yenə futbolçuları söyüb – bacardığı yalnız budur. Amma indi hədə-qorxu, əzələ nümayişi yox, ağıl, düşüncə zamanıdı. Hətta döyməklə də Klennonu futbolçu etmək olmayacaq.
 
Ölkənin klub futbolunun biabırçı vəziyyətə düşməsinin səbəbi məhz belə klub rəhbərləridi. Səriştəsi olmadan, day-day hesabına mənsəb sahibi olanlar ənənəyə malik klubları da beləcə məhv edir. Nə düz-əməlli yeni nəsil yetişdirə bilirlər, nə də əldə olan dövlət vəsaiti düzgün xərclənir.
 
CAVAD

 
tarix: 24-09-2018 10:25


 
Xəbər lenti
25.08.2019

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

10:00   “Sabah” “Keşlə”yə, “Qarabağ” “Qəbələ”yə qarşı - YENİLƏNİR

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin günüə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az