(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov isminin 6 halı

Qurban Qurbanov isminin 6 halı

QURBAN QURBANOV adını futbol tariximizə böyük hərflərlə yazdırmış azsaylı şəxslərdəndi. Bugünədək milli komandanın bombardiri olduğuna görə yox. Potensialına görə qardaşı Musa ondan daha yaxşı idi, oğlu Musa da daha böyük gələcək vəd edir. Ancaq şəxsiyyət olaraq Qurban son illərdə çox inkişaf etdi, məşqçi bacarığı ilə futbolçuluğunu unutdurdu.
 
Qurbanov fövqəladə bir şey etmədi, bəlkə də məşqçi kimi heç də ən yaxşı deyil. Amma doğru bildiyi iş üçün bütün bacarığını qoydu, özünü riskə atdı, sistem qurdu və... Və uğurları sıralamağa başladı. Doğrudu, “Qarabağ” çempionluqları iddialıların çox olduğu dönəmdə deyil, yalnız əsas rəqibi “Qəbələ” olarkən əldə etdi. Amma avrokuboklarda xəyal kimi görünən nəticələr də bu dövrün məhsuludu. Bu amil ağız büzənlərə, səbəb axtaranlara cavabdı.
 
QURBAN QURBANOVun bəlli istiqaməti var. Onun ən böyük uğuru sadiqlikdən, dürüstlükdən, niyyət təmizliyindən dönməməsidi. Çirkin oyunlarda, qruplaşmalarda olmadı, bəzən sadəlövhcəsinə üzünə gülümsəyən yalançı dostlara da inandı. Lakin onları tanıyan kimi bütün telləri qırdı. Necə ki, AFFA-nın baş katibi Elxan Məmmədovun səmimiyyətinin saxta olduğunu anlaması üçün Millətlər Liqasındakı zəif start, həmin ərəfədə başverənlər, eləcə də “Qarabağ”ın aldadılaraq Bakı Olimpiya Stadionuna göndərilməsi bəs edib. Qurbanov nəinki FIFA-nın tədbirində, hətta hansısa rəsmi görüşdə də Məmmədovla bir yerdə ola bilməz, olmayacaq.
 
Baxmayaraq ki, müstəqil media aylardı bunu Qurban bəyə anlatmağa çalışırdı. Zaman özü hər şeyi aşkar etdi, Qurbanov 9 ay itirdiyini anladı.
 
QURBAN QURBANOVa təsir etmək çətindi. Möhkəm xarakteri var. Onu nəyəsə inandırmaq üçün qarşısına həqiqəti çıxarmalısan. Bəzən zaman keçir, amma Qurban bəy qəti addım atmaq üçün situasiya ilə şəxsən tanış olmalıdı.
 
Ən pisi odur ki, bizdə öndə gedəni hədəf almaq xəstəliyi var. Sanki böyük hədəfi vurmaqla böyüyəcəyikmiş kimi oxu, yayı ona tərəf tuşlayırıq. Avrokubokda ilk mərhələdəcə uduzanlar yada düşmür, qrupda oynayan klubun məşqçisini gülləbaran edirik. Həm də təkcə onu yox, ətrafında olan, ona dəstək verən hər kəsi. Sanki qol-budağını qırıb ortada tək qoymağa, beləcə sıradan çıxarmağa çalışırıq. O da bunun fərqindədi. Rəşad Sadıqovu da buna görə müdafiə edir, Mahir Mədətovu da. Kimsə ötən mövsümün bombardirlərindən olan Amil Yunanovun niyə yoxa çıxdığını, Qurbanovun imtina etdiyi Elvin Yunuszadəyə niyə heç kimin yiyə durmadığını araşdırmır.
 
QURBAN QURBANOVu çox şeydə qınamaq olar. Amma o, qınanılması gərəkən ən son futboladamıdı. Zəhmət sayəsində hər cür dəstəyi də özü qazanıb, nəticələri də. İqor Ponomaryov, İsgəndər Cavadov, Vəli Qasımov və başqaları kimi onu ölkə rəhbərliyinə kimsə təqdim etməyib, xahişə getməyiblər, əməlləri ilə hörmətə, təyinatlara layiq bilinib.
 
Və bu adama dəstək vermək əvəzinə, hər gün onu baltalayır, nüfuzunu azaltmağa çalışırıq. Ona görə ki, Kaxaber Sxadadze kimi klubunun milyonlarını gürcü dostlara dağıtmayıb, Mustafa Dənizli, Con Toşak kimi ən yüksək maaşla ən zəif nəticə göstərməyib, Berti Foqts kimi “Azərbaycan şahmat ölkəsidi” deyimini yaradaraq arxasında kölgələnməyib? Ona görəmi?
 
Futbolçu sosial şəbəkədə “qatıqlayanda” da Qurbanov yada düşür, hansısa oyunçu intizamsızlıq edəndə də, oyunçusunun texniki səhvindən sonra komandası qol buraxanda da. Halbuki sosial şəbəkədə söyüş yazmaq ailə tərbiyəsi, intizamsızlıq mühit, texniki səhv isə uşaq vaxtından bünövrənin düzgün qoyulmaması ilə birbaşa bağlıdı.
 
QURBAN QURBANOVda da səhvlər var. O, özü də hər məsələdə mətbuata, ictimaiyyətə açıq olmaqla müzakirələrin böyüməsinə səbəb olur. Bəzən yersiz inadkarlıq da edir, kimisə müdafiə etmək üçün aşırı davranır. Mənə görə Mədətov bu qədər dəstəklənməsi lazım gələn biri deyil. Mahir bütün futbolçu həyatına görə məhz Qurbana borcludu. Bu məşqçinin əli altına düşməsə, zəif komandalarda sürünən və ya karyerasını bitirən digər həmyaşıdlarından fərqlənməyəcəkdi.
 
Amma Araz Abdullayevin son turda “Qəbələ”yə vurduğu qolu yada salanda tərəddüd içində qalırsan. Hamının siyahıdan sildiyi istedada Qurbanov dəstək durub. Onun üçün komandasında yer axtarır, hətta hücumda oynadır. Arazın həqiqətən böyük potensialı var və dəstək sayəsində özünü göstərə bilər. Qurban da bunu edir. Milli komandada oynatmağa səviyyəli futbolçu tapılmadığı bir zamanda bütün riskləri gözə alıb Abdullayevə yiyə durur, onu qazanmağa çalışır.
 
QURBAN QURBANOVdan belə bir yazıda bəhs etməyimin səbəbi var. Yay boyunca istirahət etməyən və 3 aydı müntəzəm işləyən, müzakirə edilən, psixoloji təzyiq altında olan, bütün problemlərin önünə atdığımız adamdan danışırıq. Fiziki cəhətdən belə yüklənməyə heç kim dözə bilməzdi. O isə tənqidləri qəbul edib doğru bildiyi üçün çarpışır. Avrokubokda ən yaxşı nəticəyə çalışır, ölkə çempionatında hegemonluğa davam edir, milli komandada ən zəif heyətə, AFFA-dan aldığı badalaqlara rəğmən, mümkün olanın ən yaxşısını edir, aşağı yaş qruplarına nəzarət etməyə çalışır, İcraiyyə Komitəsində söz deməyi bacaran azsaylı adamlardan biri kimi təmsil olunur və s. və i.
 
Biz neynirik? “Sportinq”lə oyundan sonra onun hansısa səhvindən danışır, irad tutur, sual veririk. Halbuki kor da görürdü ki, Portuqaliya nəhənginə qarşı Lissabonda bundan daha uğurlu oyun modeli tapmaq olmazdı. Heyətdəki ciddi itkilərə rəğmən, Qurbanov taktiki baxımdan ən doğru addımları atdı, sadəcə, futbolçuların fərdi səhvlərindən 2 qol buraxdıq. O səhvləri rəqib də etdi, amma reallaşma faizində ustalığı daha yaxşı olanlar qalib gəldi.
 
Qurbanovu heç cür həzm edə bilməyənlərin beynindəki sözlər də aydındı. Düşünürlər ki, bu qədər yük altına girməsin, bir işlə məşğul olsun. Hardasa doğrudu, amma həmin dövrləri də görmüşük. Qurbanov milli komanda ilə bağlı bir cümləni yaxına buraxmazdı, ancaq “Qarabağ”ı düşünərdi, ölkə futbolunda işbazlar at oynadardı. Bəs, o dövrdə qazancımız nə oldu? Uşaq futbol təsərrüfatı məhv edilib, milli komandanın nəticəsizliyi bir yana, hətta namizədlər də gözə dəymir. Ölkə başçısı xaosu görüb yığmanı məhz bu adama tapşırmağı məsləhət bilibsə, deməli, yalnız ona ümid edir. Uğurlu modelin yaradıcısına biz niyə ümid etməyək, niyə ona yalnız badalaq vuraq? Bəlkə həqiqətən onun ətrafında birləşmək lazımdı?
 
FƏRİD

 
tarix: 25-09-2018 09:00


 
Xəbər lenti
26.04.2019

11:23   UEFA-dan "Arsenal"a dəstək

11:12   Vaqner üçün “pulsuz bilet”

11:03   Essyenin komanda yoldaşları

10:56   Region Liqasında 30 min manatlıq şübhə

10:42   Təbriz klubundan doğma meydanda heç-heçə

10:31   Bəhlul Mustafazadəyə daha bir müştəri

10:20   Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az