(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Elədi, “Gedin, sabah gələrsiz”!

Elədi, “Gedin, sabah gələrsiz”!

“Xəzər Lənkəran”, “Kəpəz”, “Simurq”, “Bakı”, “Karvan” kimi komandaların məhvinə qərar verildikdən və Bakı çempionatı rəsmiləşdikdən sonra boz, mənasız, sönük, ürəksiz, ölü görünən tribunlar ancaq bir neçə halda çiçək açır... Azərbaycan futbolunu həyat tərzi edənlər üçün ölü dənizin yaşayanlarının kimlər olduğunu müəyyənləşdirmək cəmi bir neçə saniyə tələb edir.
 
Azərbaycan çempionatının keçirildiyi stadionların qazonlarında oynamaq bir dərd, boş trubunaların qarşısında oynamaq ondan böyük dərddir. Hamıya məlumdur ki, idmanın şahı olan futbol azarkeş üçün oynanılır. Futbol azarkeşlə, dolu tribunalarla daha gözəldir. Bir az da irəli gedib deyə bilərik ki, azarkeşsiz futbol stolları boş olan toy, balığı olmayan dəniz kimidi.
 
Azərbaycanda bəzən elə hal yaranır ki, azarkeşlərin sayı meydançadakı futbolçuların sayından daha az olur. Dözülməz və həqiqətən də böyük faciələrə, oyunların süniləşməsinə aparan mənzərədir. Stadionların boş, viran qalmasının səbəbləri isə çox sadədir: bölgə klublarının məhvi, çempionatın Bakı buxtasına pərçim edilməsi. Biz hər oyununa 20, 15, 8, 3 azarkeş toplayan komandaları yalnız aşağı yaş qruplarının ümidinə qalan və sadəcə, bir neçə nəfərə aid olan komandalarla əvəzləməklə çox geri addım atmış olmuşuq.
 
Vaxtilə bizim tribunalarımızda gözəl, rəngli görüntülər olub. İndi isə çox az təbiilik qalıb. Vəziyyət o dərəcədə kritikdir ki, şüarları da boş tribunalar deyir. Həqiqətən də elədi. Gedin, sabah gələrsiniz! Mütləq gedin, sabah gələrsiniz! Artıq sentyabrın 15-dən xeyli vaxt keçib, anlayın, gedin, sabah gələrsiniz!
 
AĞA

 
tarix: 25-09-2018 10:15


 
Xəbər lenti
12.12.2018
11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:30  ÇL: Qrup mərhələsində son tur başlayır - YENİLƏNİR

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az