(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

FİFA 2018-ci il üçün “The Best” mükafatının qaliblərini elan edib.

Futbolinfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda baş tutan mükafatlandırma mərasimində əvvəlcə ilin ən yaxşı qolunun müəllifi açıqlanıb. Bu, İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah olub. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Fransa millinə rəhbərlik edən Didye Deşam 2018-ci ilin ən yaxşı məşqçisi elan olunub. Onun rəhbərlik etdiyi komanda Rusiyada keçirilmiş son dünya çempionatının qalibi olub. Deşam İspaniyanın “Real” klubuna Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

İlin ən yaxşı qapıçısı Belçika yığmasının və Madrid “Real”ının qapısını qoruyan Tibo Kurtua seçilib. O, Fransa millisinin və İngiltərənin "Tottenhem" klubunun qapıçısı Huqo Loris, eləcə də "Lester"in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyxeli üstələyib.

Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransanın “Olimpik” (Lion) klubuna Çempionlar Liqasını qazandırıb. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.

Ən yaxşı fanat nominasiyasında Peru azarkeşləri birinci yeri tutub.

"Feyr pley" mükafatına Türkiyənin "Ərzurumspor" klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb.

Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, Nqolo Kante, Luka Modriç, Kriştiano Ronaldo, Kilian Mbappe, Lionel Messi. Ronaldo və Messi mükafatlandırma mərasimində iştirak etməyib.

Ən yaxşı qadın futbolçu adına 6-cı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın "Orlando Prayd" klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq ("Olimpik”, Lion, Fransa, Norveç) və Cenifer Marojanı ("Olimpik”, Lion, Fransa, Almaniya) üstələyib.

Nəhayət, ilin ən yaxşı futbolçusu açıqlanıb. FİFA prezidenti Canni İnfantino mükafatı İspaniyanın "Real” klubunun və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriçə təqdim edib. Modriç İngiltərə "Liverpul"unun misirli hücumçusu Məhəmməd Salah və hazırda İtaliya "Yuventus"unda çıxış edən portuqaliyalı forvard Kriştiano Ronaldodan üstün hesab edilib.


 
tarix: 25-09-2018 01:14


 
Xəbər lenti
12.12.2018

02:03   “Liverpul”la “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

08:45  Reynaldo təkzib etmədi: “Bir şey olacaq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az