(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Müəmmalı transferin təfərrüatı

Müəmmalı transferin təfərrüatı

Əsl bazardı. Bir qrup insan cibini doldurmaq üçün qanunlara tüpürür. Düzdü, rəsmi sənədlə götürsək, hər şey qaydasındadı. Amma həmin sənədin saxtalaşdırıldığını uşaq da bilir.
 
Bu gün “Sabah” serbiyalı yarımmüdafiəçi Miloş Bosançiçlə mövsümün sonunadək müqavilə bağladı. 30 yaşlı futbolçu bir həftə öncə vidalaşdığı “Keşlə”ni digər Bakı klubuna dəyişdi. Əcəba, necə və niyə?
 
Topaz Premyer Liqasında transfer pəncərəsi avqustun son günü bağlanıb. Belədisə, bu oyunçunun sentyabr ayında başqa komandaya keçidi necə mümkün ola bilər?
 
Peşəkar Futbol Liqasının mətbuat xidmətindən sualımıza verilən cavab lakonik oldu: “Bizə hələ heç bir sənəd göndərilməyib. Futbolçu sifariş edilərkən sənədlərinə baxırıq. Əgər “Keşlə” ilə müqaviləsi avqust ayında pozulubsa, bizim onu qeydiyyata almamaq hüququmuz yoxdu. Məsələni klubla aydınlaşdırmanız yaxşı olar”.
 
“Keşlə” ilə də danışdıq. Məlum oldu ki, sən demə, Bosançiçlə anlaşma hələ avqustun 30-da pozulubmuş. Mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun dediyinə görə, avqustun 26-da “Keşlə”də son oyununu keçirən futbolçu ilə müqaviləyə hələ ötən ay qarşılıqlı razılıqla xitam verilib.
 
Təbii ki, Məmmədov rəsmi sənədə əsasən belə danışır. Amma o, belə olduğu halda, Miloşla müqavilənin pozulmasının niyə həmin vaxt yox, sentyabrın 18-də rəsmən bəyan edilməsinin də açıqlamasını verməlidi: “İşin hüquqi tərəfindən xəbərsizəm. Mənə nə vaxt xəbər edilibsə, o zaman da rəsmi sayt vasitəsi ilə bəyan etmişəm. Yəqin ki, rəhbərlik belə məsləhət bilib”.
 
Ortada saxtakarlıq olduğu, xitam müqaviləsinin geri tarixə yazıldığı aydındı. Amma sənədlər elə düzülüb-qoşulub ki, sübut etmək mümkünsüzdü. Bu məsələdə PFL də günahkardı. Deməli, transfer pəncərəsi ilə bağlı mexanizm sağlam deyil və tələblər ciddi olmadığından belə saxtakarlıq mümkünləşir. Qurum pəncərə bitən kimi bütün futbolçularla müqavilələri tələb edə və ya hansısa uyğun variant fikirləşə bilər.
 
Məsələn, futbolçu ilə müqavilə pozulursa, həmin gün PFL-ə məlumat verilməlidi. Əks halda, həmin sənəd qanunsuz sayılır. O zaman bu cür pərdəarxası oyunlar da reallaşmaz. Ya PFL-də bunu düşünəcək başlar yoxdu, ya da belə maxinasiyalarda bu qurumun da marağı var. Həm də bu, “Keşlə”nin cari mövsümdəki ilk “oyun”u deyil. Bir neçə gün öncə Adrian Skarlatake də “Zirə”yə eyni üsulla yollanmışdı.
 
Bəs, “Sabah” tərəfi nə düşünür? Klubun idman direktoru Emin Abbasov da futbolçunun əlində olan sənədə əsasən hərəkət etdiklərini deyir: “Orada müqavilənin avqustun 30-da pozulduğu qeyd olunub. Bu xəbərin niyə sentyabrın 18-də açıqlandığı isə bizi maraqlandırmır. Bosançiç maraqlandığımız oyunçu idi və “Keşlə”dən ayrıldığını bilən kimi danışıqlara start verdik”.
 
“Keşlə”də düz-əməlli oynamayan, daim zədədən əziyyət çəkən Miloşun transferi riskli deyilmi? Paytaxt klubunda 2 dəfə sıradan çıxan serb eyni zamanda başqa məsələyə görə də gündəmdədi. Belə ki, onun gözlərinin zəif gördüyü, bu səbəbdən linza ilə oynadığı deyilir. Oyunçu özü də “Futbolinfo”nun aşkara çıxardığı faktı təsdiqləyib.
 
Abbasov da belə bir problem olduğunu etiraf edir: “Miloş tibbi müayinədən keçdi və heç bir problem yoxdu. Gözündə həqiqətən müəyyən zəiflik var, lakin həkimlər bunun Bosançiçin karyerasını davam etdirməsinə heç bir problem yaratmayacağını dedilər. İndi əzələ yırtığından əziyyət çəkir və 2 həftə komandaya kömək etməyəcək. Lakin bütün bunları gözə almışıq. Zatən bu futbolçunu çoxdan izləyirdik, onu “Keşlə”dəki çıxışına görə yox, daha əvvəlki karyerasına nəzər salaraq transfer etmişik. Tibbi müayinə zamanı da onun problemi olmadığı ortaya çıxdı”.
 
“Sabah”a yalnız “xeyirli olsun” deyə bilərik. Amma haqqında bu qədər söhbət gəzən, zədəli halda transfer edilən birinin keçidi çox risklidi. Orası da var ki, Miloş özünü doğrulda bilməsə, yaya kimi Bakı klubunda qalmağa məhkumdu. “Keşlə”də 2 oyun keçirib, “Sabah”da oynadıqdan sonra mövsüm ərzində 3-cü komandaya transferi mümkünsüzdü. Ümid edirik, debütant üçün artıq yük olmayacaq.
 
Bosançiçi ölkəmizə Erkin İbrahimov gətirib. Lakin tanınan menecer iddia edir ki, Bosançiçin nə bu klubdan ayrılmasından, nə də “Sabah”a keçməsindən xəbəri yoxdu, ümumiyyətlə, onu çoxdan görmür. Halbuki əməkdaşımız ötən həftə onları birlikdə görüb. Klub prezidenti Maqsud Adıgözəlovla uşaqlıq dostu olan, “Sabah”a bir neçə futbolçunun keçidində rol oynamış birinin bu transferdən xəbərsiz olması inandırıcı deyil. Amma Erkin bəydən başqa daha bir neçə nəfərlə danışdıq, eyni zamanda klubdan da aydınlaşdırdıq ki, bu, həqiqətdi.
 
Elə bu fakt özü də təəccüb doğurur. İbrahimov kimi təcrübəli biri bu transferə qol qoymayıbsa, deməli, məsləhət bilinməyən nələrsə var və o, riskə getmək istəməyib.
 
İstənilən halda, zədələr imkan versə, Bosançiçi 22 nömrəli futbolkada “Sabah” üçün çalışan görəcəyik. Ümid edirik, bu transfer kluba xeyir verəcək, kimlərinsə cibini doldurmağa xidmət etməyəcək. 19 gündən sonra açıqlanan və ya 19 gün əvvəl üçün yazılan xitam sənədi haqda beynimizdəki suallara isə cavab tapmaq üçün araşdırmaları davam etdirəcəyik.
 
CAVAD

 
tarix: 25-09-2018 19:23


 
Xəbər lenti
19.02.2019

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az