(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ”də yeni cəza: komanda rayona göndərildi

“Qəbələ”də yeni cəza: komanda rayona göndərildi

Mövsümə uğursuz başlayan “Qəbələ” qara zolaqdan çıxmağa çalışır. Klub rəhbərliyi, məşqçilər daha bir xal itkisinin ciddi fəsadlara yol açacağını gözəl bilir. Bu səbəbdən “Keşlə” ilə növbəti turun ev oyununa hazırlıq ən yüksək səviyyədə aparılır.
 
Futbolinfo.az xəbər verir ki, Bakıda məskunlaşan, məşqlərini də burada keçirən komandada vəziyyət dəyişib. Hər dəfə oyuna bir gün qalmış doğma məkana yollanan “qırmızı-qaralılar” bu dəfə fərqli addım atır. Baş məşqçi Sənan Qurbanovun qərarı ilə komanda bu gün – bir neçə saatdan sonra bölgənin yolunu tutacaq. “Keşlə” ilə sentyabrın 30-da baş tutacaq matça kimi Qəbələdə qalacaq komanda yerli mühitə uyğunlaşmağa çalışacaq.
 
Qurbanovun bu addımını futbolçulara cəza kimi də qəbul etmək olar. Paytaxtda lüks şəraitdə yaşayan oyunçuları rayonda saxlamaqla qulaqburması vermək istəyən məşqçi, uğursuzluq davam edəcəyi təqdirdə komandanı birdəfəlik ora köçürə bilər.
 
Əslində, bu addıma çoxdan gərək var idi. Nəticələrdən asılı olmayaraq, komandanın məşq üçün ideal şərait olan Qəbələdə qalması daha məqsədəuyğundu. Belədə həm əlavə xərclərdən qaçılar, həm də futbolçular məsuliyyətini dərk edərlər. “Bakı”nın bazasında məskunlaşıb özünü paytaxt komandası kimi hiss etmək yalnız futbolçuların işinə yarayır. Əvəzində klub bir sıra əlavə xərclərlə büdcəsinə ziyan vurur.
 
Bölgə komandasının rayona aparılmasının cəza sayılması özü də gülüncdü. Amma fakt belədir.

 
tarix: 26-09-2018 09:00


 
Xəbər lenti
20.02.2019
19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:30  “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az