(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sabah”dakı təhlükə mənbəyi

“Sabah”dakı təhlükə mənbəyi

“Sabah” hətta çempion da olsa, avrokuboklara getməyəcək. Klubun 3 yaşı tamam olmadığından, bu, mümkünsüzdü. Elitanın debütantı yalnız gələn mövsümün nəticələrinə görə qitə səhnəsinə çıxa bilər.
 
Hazırda uğurlu çıxış edən və yüksək yer tutmaq potensialı böyük olan komanda üçün bu, mənfi haldı. Lakin əvvəldən hər şey bəlli idi və şikayətlənmək üçün əsas yoxdu. Komanda uğurlu oynayırsa, ümid verir və gələn ilə daha yaxşı kollektiv qurmaq üçün zaman var. Elşad Əhmədov komandanın onurğa sütununu indidən formalaşdırmalı və nəticəni düşünməməlidi. Döyüşkən komanda qurmaq, yeni mövsümdə bir az da artırmaq lazımdı.
 
Amma müşahidələrimiz göstərir ki, “Sabah” həm də bu gün yaxşı nəticəyə çalışır. Baş məşqçinin özünü göstərmək istəyidi, yoxsa rəhbərliyin tələbi – bilmirik, lakin görüntü belədi. Bakılılar transferlərə pul xərcləyir, cari mövsümdəcə nəticə verməyə çalışır. Amma bu, yanlış seçimdi.
 
Dünən Miloş Bosançiçi transfer edən “Sabah” 7-ci əcnəbisinə qovuşdu. Və onlardan 4-nün yaşı 30-u keçib – 30, 31, 33, 35. Bu yaşda olan futbolçularla günü yola vermək olar, amma onurğa sütunu qurmaq, sabaha yönəlik işlər qurmaq olmaz. Gələn mövsüm Marko Deviçin 36, Saşa Stamenkoviçin 34 yaşı olacaq və bəlkə də karyeralarını bitirmək haqda düşünəcəklər. Əhmədov onlardansa, cavan legionerlərə, yerli oyunçulara üstünlük versəydi, “Sabah”ın sabahını daha çox düşünmüş olardı.
 
Təbii ki, bütün bu məsələlər klubun daxili işidi. Bəlkə də təcrübəlilərin yanında gənclərin püxtələşməsini istəyirlər. Deviç bu baxımdan örnək futbolçudu və qoca yaşında ətrafındakılara çox şey öyrədir. Doğru yol olub-olmadığını zaman göstərəcək. O da var ki, Cavid İmamverdiyevin timsalında kökdən düşənlər də var. 3 ilik müqavilə bağlayan bu yarımmüdafiəçinin inkişafı “Sabah”a daha xeyirli olardı.
 
“Sabah”la bağlı narahatlıq doğuran daha bir məqam legioner seçimi ilə bağlıdı. Bildiyimizə görə, Bosançiçin transferində məhz Deviç və Stamenkoviç israrlı, eyni zamanda vasitəsi olub. Onların həmyerlilərini rəhbərliyə bəyəndirməsi ilk baxışdan qəribə deyil. Amma təcrübə göstərir ki, komandada 2-3 serb futbolçunun olması artıq təhlükədi. Filip İvanoviçi də nəzərə alsaq,debütantda serblərin sayı 4-ə çatdı.
 
Qara fikirlərə əsir olmaq niyyətindən uzağıq. Amma xatırlatmağı vacib bilirik – dünyada totallizator oyunlarında serblərin, Balkan ölkələrinin nümayəndələrinin daha çox iştirak etməsi sirr deyil. Artıq qruplaşma yaranırsa, hansısa matçın başqa yollarla həll edilməsi mümkündü. Ona görə də “Sabah” rəhbərliyi ehtiyatlı olsun. Uğurlu çıxış edən komanda qəflətən evində “Sumqayıt”a 1:4 uduzur və mümkündü ki, belə sensasiyalar qarşıda da olsun. O zaman məğlubiyyətlərin səbəbini axtarmaq üçün ipucu veririk.
 
Rəhbərlik işi bilən, səriştəli adamdısa, bunu müəyyənləşdirməkdə çətinlik çəkməyəcək. Və bütün bunlar yalnız ehtimallardı. Sadəcə, xəbərdarlıq edirik ki, ehtiyat əldən verilməsin, sabahın “Sabah”ını serblərdən qurmaq olmaz. Çox təhlükəlidi!
 
“Sabah” rəhbərliyi yəqin ki, qışda da yeni legionerlər almağa çalışacaq. Amma yaxşı olardı, vəsaitə qənaət edilsin, büdcə yeni mövsüm üçün qorunsun. Yox, xərcləmək üçün pul varsa,bu, daha vacib istiqamətlərə yönəldilsin. Klub akademiyası, infrastruktur, peşəkarlaşma baxımından vacib olan digər sahələrə yatırımlar gələcək üçün daha məsləhətli olar.
 
AĞA

 
tarix: 26-09-2018 11:21


 
Xəbər lenti
24.08.2019

09:47   "Neftçi"nin legioneri Hindistan klubunda

09:21   “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14   Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00   Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi: "Məni bağışlayın"

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az