(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”nin qayıdışı və əsas hədəf

“Neftçi”nin qayıdışı və əsas hədəf

“Neftçi” son illərin ən yaxşı mövsümünü keçirir. 5 turdan sonra komanda hamıdan çox qol vurub və 13 xalla liderdi. Ötən il autsayder komandadan danışırdıqsa, indi tam fərqli mənzərədi və klub futbolunun inkişafı baxımından məhz flaqmanın çempionluq rəqabətində olması müsbət məqamdı.
 
“Ağ-qaralar” indi də tənqid olunur. Komanda baxımlı futbol sərgiləmir, nəticəyə oynayır və xalların bir çoxunu hardasa təsadüfən qazanıblar. “Keşlə” ilə oyunun sonunda qazanılan qələbə, “Qəbələ” və “Zirə”ylə oyunlarda təhlükəli hesabın çətinliklə qorunması azarkeşləri narahat edən məqamlar idi. Ancaq o da var ki, pis oynayıb qələbə qazanmaq özü bir məharətdi. Oyun intizamı düzələndən, yeni qurulan heyət oturuşandan sonra “Neftçi” daha güclü olacaq.
 
Roberto Bordin oyun anlayışını bəyənmədiyim məşqçilərdəndi. Amma italyansayağı praqmatik futbolu gözəl bilir və nəticəni də bunun sayəsində qazanır. İlk tirlarda komanda müdafiə futbolu oynayırdısa, indi qol vurduqdan sonra nəticəni qorumaq üçün meydan boyunca pressinq tətbiq edildiyini görürük. Futbolçular böyük fiziki güc sərf edir və layiq olduqları xalları qazanırlar.
 
“Neftçi” hələ əvvəlki əzəmətni qaytarmayıb, amma bu yolda irəiləyir. Ötən illərdə komanda o qədər çirkaba batıb ki, indi həm təmizləmə prosesi aparılır, həm də yeni eranın bünövrəsi qoyulur. İndiki rəhbərlik sələfləri kimi borclardan gileylənmir, günahı əvvəlkilərin boynuna atmır, sakitcə öz işlərini görürlər. Halbuki buna əsasları da var – Orxan Hüseynzadənin vaxtından qalan kredit borcunu bağlamaq üçün hələ azı bir il də büdcəyə qənaət edilməlidi.
 
Klubun ən böyük uğuru və meydandakı nəticələri gətirən işi ab-havanı sağlamlaşdırmalarıdı. “Neftçi”nin daxilinə uzanan kənar əllər kəsilib və bu, ən mühüm məqamdı. Rəhbərliyin iradəsindən kənar heç bir iş görülmür, hansısa futbolçu və ya məşqçi kimlərsə tərəfindən gətirilmir. Qruplaşmalar böyük ölçüdə ləğv olunub, hamı bir amal uğrunda – “Qarabağ”la rəqabət aparmaq üçün birləşib.
 
Hələlik hər şey alınır. Lakin “Neftçi”nin əsl gücü çətin vəziyyətə düşərkən, oradan necə çıxacaqlarını göstərərkən bilinəcək. Ardıcıl 2-3 uğursuz oyun, komandada normal düşüş mümkündü və gözlənilir. Eyni zamanda bakılılar indiyədək hesabda geri düşməyib və həmin anda necə oynayacaqları naməlumdu. Komandanın psixoloji durumu, mübarizliyi məhz həmin zamanlarda bəlli olacaq.
 
Artıq azarkeşlər də komandaya inanmağa başlayıb. 8-ci kilometr stadionunda cəmi 1 oyun keçirən “Neftçi” didərgin həyatına son qoyub, güman ki, fanat sayında irəliləyişi görəcəyik. Klub həm idman nəticələri, həm də azarkeşlər üçün təşkil etdiyi aksiyalarla buna zəmin hazırlayıb. Yəqin ki, “Neftçi”sevərlər də bunu cavabsız qoymayacaq.
 
Son turda Bordinin etdiyi jest də komandanın tribunalarla bütünləşməsinə hesablanmışdı. Tribunada azarkeşlərlə qələbəni qeyd edən baş məşqçi hərəkəti ilə növbəti oyunlar üçün onlara dəvətnamə göndərdi. Əsas iş isə yenə meydandadı. “Səbail” və “Sabah”a qarşı 2 ardıcıl ev oyunu çox suala aydınlıq gətirəcək.
 
İstənilən halda, “Neftçi” toparlanıb və hədəfə köklənib. Çempion, gümüş medalçı olmaq yeganə məqsəd olmamalıdı. Bakılılar “Qarabağ” kimi dayanıqlı sistem qurmalı, sabitliyə nail olmalı və yenidən markaya çevrilməlidi. Yalnız belə olduqda rəqabət, inkişaf haqda danışa biləcəyik. Ölkə daxilində uğur qazanıb, avrokubokda qapazaltına çevrilmək görülən işlərin üstündən xətt çəkə bilər. Bu səbəbdən “Neftçi” xeyli artırmalı, indiki vəziyyətlə kifayətlənməməlidi. Rəqabətsiz çempionatda qazanılan uğur hələ heç nə demək deyil. Əsas odur ki, komanda relsə düşüb, qalır sürəti artırmaq.
 
CAVAD

 
tarix: 26-09-2018 12:24


 
Xəbər lenti
21.02.2019

13:56   Dünya futbol ulduzları Bakıya gəlir

13:14   Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07   Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57   Milli komandada yeni baş məşqçi

12:31   “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00   17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48   Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:15   Millimizin Türkiyə ilə 2-ci sınağı - YENİLƏNİR

10:58   “Fənərbaxça” “Zenit”ə, “Qalatasaray” “Benfika”ya qarşı - YENİLƏNİR

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az