(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
2 liqa arasında: Fuad Musayev də belə səhv etmişdi

2 liqa arasında: Fuad Musayev də belə səhv etmişdi

AFFA-nın Premyer Liqa klublarının əvəzedici heyətlərini diviziona buraxması qərarı yavaş-yavaş fəsadlarını göstərir. Məqsəd gənc futbolçuların oyun praktikasını artırmaq və onların inkişafını təmin etmək olsa da, mütəxəssislərimiz “dərman”ın əks təsirlərini düzgün hesablamayıblar.
 
İlk öncə onu vurğulayaq ki, bu, lisenziya qaydalarının pozulmasıdı. Bir futbolçu faktiki 2 liqada oynayır və belə anormallıq dünyanın heç birində yoxdu. Elitada çıxış edən əsas komandanın bəzi oyunçularını divizionda yarışan ikinci heyətə göndərməsi, həmçinin oradan kimlərisə düşərgəsinə cəlb etməsi doğru deyil. Əvəzedicilərin yarışında qəbulolunan hal idi, həmin çempionat elə bunun üçün keçirilirdi. Amma artıq fərqli liqalardan danışırıq və burada futbolçu barteri qaydaların pozulması deməkdi.
 
Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın baş katibinin müavini, Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyevlə əlaqə saxladıq. O, İcraiyyə Komitəsinin 14 sentyabr iclasında qərar verildiyini, əvəzedicilərlə bağlı tələbin artıq B meyarına çevrildiyini vurğuladı. Hacıyevin dediyinə görə, artıq əvəzedici komanda saxlamaq tövsiyə xarakterlidi. İstəyən oynayacaq, istəməyən yox.
 
Sərxan bəy bu açıqlama ilə məsuliyyəti AFFA-nın üzərindən klubların üstünə atmağa cəhd göstərir. Amma bununla da problem həllini tapmır. Hətta lisenziya şərtləri İcraiyyə Komitəsinin qərarı ilə qismən tənzimlənibsə də, ortada başqa problem var. Futbolçuların 2 müxtəlif liqada oynaması ilə idman prinsipləri pozulur. Hansısa divizion klubunun bəlli sifariş ərizəsi var, amma Premyer Liqanın 2-ci komandalarının imkanları daha genişdi. Elita klubları istənilən futbolçunu əvəzedici heyətə göndərə bilər və bu da rəqiblər üçün qeyri-bərabər şərait yaranmasına səbəb olur.
 
Bu gün “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov “Futbol+ qəzetinə açıqlamasında məhz bu məqamı qabardıb: “Limit bir tərəfdən, əvəzedici komandanın əsas komandadan futbolçu götürməsi bir başqa problem. Bu gün baş məşqçi olduğum kollektivdə 21 oyunçu var. Sabah onlardan 5-i cəza və ya zədə səbəbindən oyunu buraxmalı olsa, məcburam ki, 16 oyunçu ilə meydana çıxım. Premyer Liqa klublarının ikinci komandasında isə belə problem yoxdu. Bundan başqa, mən növbəti tur üçün rəqibi təhlil edirəm və futbolçularıma müəyyən tapşırıqar verirəm. Ancaq oyun günü məlum olur ki, ikinci komanda elitada çıxış eddənlərdən 2-3 futbolçunu həmin oyuna sifariş edib və tam fərqli taktika ilə meydana çıxır. Bu, artıq onlar üçün üstünlükdü. Məncə, bu məsələyə əncam çəkilməli, qaydalara bəzi dəyişikliklər edilməlidi Birinci divizion klubunun elitada komandası yoxdu ki, tez-tez rotasiya etsin. Bu üzdən futbolçularıma da “biz 22 nəfərə yox, 40 nəfərə qarşı hazır olmalıyıq” deyirəm. Çünki Premyer Liqa klubunun istənilən futbolçusu sabah bizə qarşı meydana çıxa bilər”.
 
Haqlı narazılıqdı və hələ hamısı deyil. İdman prinsiplərinin pozulması başqa məsələdə özünü göstərir. Deyək ki, “Neftçi” və ya “Keşlə”nin əvəzediciləri “Şüvəlan”la oyunda əsas komandanın bir neçə üzvünün xidmətindən istifadə edir, amma “Ağsu”yla oyunda buna ehtiyac duymur. Nəticədə “Ağsu” qələbə qazanır, “Şüvəlan” isə xal itirir. Əvəzedicilər hər nə qədər müsabiqədənkənar iştirak etsələr də, elitaya can atan digər kollektivlərin taleyini müəyyənləşdirir, onların turnir vəziyyətinə təsir edirlər. Bu isə idman prinsiplərinin kobud şəkildə pozulmasıdı.
 
AFFA baş katibinin müavininə vəziyyəti izah etdikdə o, məsələni araşdırmaq üçün vaxt istədi və bir qədər sonra təkrar bizimlə əlaqə saxladı. Sərxan bəy çalışdığı qurumun addımını müdafiə etmək üçün xeyli çalışdı. O, əvəzedicilər yarışının əvvəl də olduğunu xatırlatdı və əsas komandadan bura futbolçu göndərilməsinin anlaşılan olduğunu bildirdi. Həmsöhbətimiz, məsələn, İspaniyada belə praktika olduğunu əlavə etdi.
 
Hacıyev qabartdığımız məsələdə haqlı olduğumuz məqamlarla da razılaşdı, lakin bu addımı məcburiyyətdən atdıqlarını bildirdi. Belə ki, həm komanda sayının azlığı, həm də divizionda danışılmış oyunlarla bağlı problemin həlli üçün İcraiyyə Komitəsinin belə qərar verdiyini bildirdi. Sərxan bəyi anlayışla dinlədik, bir çox problemlərin, məsələn, komanda sayının azlığının fərqli səbəblərdən baş verdiyi bəllidi. Amma hansısa nöqsanı aradan qaldırmaq üçün başqa səhv etmək də yersizdi. İndiki halda da bir qrup oyunçunun 2 liqada mübarizə aparmasının çox ciddi qayda pozuntusu olmasıyla razılaşmalıyıq.
 
Hələ ki, klublar rəsmi şikayət etməyib, narazılıqlarını mətbuat vasitəsi ilə çatdırırlar. Lakin məsələ böyüyə, FIFA-ya, UEFA-ya şikayətlər gedə bilər. O zaman AFFA-nın bu yanlışını ona bağışlamazlar.
 
Bu situasiya 1996-çı ildəki duruma bənzəyir. O vaxt AFFA prezidenti Fuad Musayev heç kimi dinləmədən İcraiyyə Komitəsinə absurd qərar qəbul etdirmişdi. Güclülər dəstəsində çempionun müəyyənləşməsində uşaq komandalarının nəticələri də rol oynayırdı. Və bu səbəbdən elitada qalib olan “Neftçi” yox, uşaq komandaları daha yaxşı nəticə göstərən “Qarabağ” çempion elan edilmişdi. Sonda “Neftçi” beynəlxalq qurumlara şikayət etdi, AFFA-nın ağdamlıların lehinə olan qərarı ləğv edildi və Çempionlar Liqasına bakılılar yollandı.
 
İndiki vəziyyət də oxşardı. 2 fərqli tipli, fərqli imkanları olan komandalar bir liqada yarışır və bu anormallıq mütləq hansısa məqamda narazılıq yaradacaq. Sabah hansısa komanda məhz əvəzedicilərlə oyunların nəticələrinə görə birinci pilləni əldən verdiyini biləndə narazılığını aşkar bildirəcək.
 
FƏRİD

 
tarix: 26-09-2018 16:56


 
Xəbər lenti
25.04.2019

17:25   Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58   “Zirə”nin beş futbolçusu üçün ilk

16:21   40 il sonra gələn antirekord

15:43   “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26   İlk heç-heçə: 5-ci quru oyun

15:08   İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42   Şimşək çaxdı, oyun təxirə salındı

14:07   “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30   Premyer Liqada mövsümün rəmzi komandası

13:07   HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39   Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18   İki ildən sonra: Yenə yarımfinalda

12:01   “Sumqayıt” “20”-yə çatdı

11:54   Qvardiola tələsmir və… qadağa qoyur

11:45   Sulşer rəqibi tərifləyir

11:29   AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01   İtaliyada Bordinə şans vermədilər

10:30   Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03   Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az