(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ” “Arsenal”a qarşı: Statistika nə deyir?

“Qarabağ” “Arsenal”a qarşı: Statistika nə deyir?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubuna qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatlar açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytının bu oyunla bağlı hazırladığı maraqlı məqamları təqdim edir:

Əvvəlki görüşlər

* “Arsenal” heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. “Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 4 oyunun hamısında uduzub. “Köhlən atlar” 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının qrupunda isə “Çelsi”yə məğlub olub (0:6, 0:4).

“Qarabağ”

* 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda iştirak edən Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib - 0:1, 1:1. Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb.

* Qurban Qurbanovun rəhbərlik etdiyi komanda avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2 dəfə qalib gəlib. “Qarabağ” Ukraynanın “Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.

* “Qarabağ” bu mövsüm evdə keçirdiyi avrokubok oyunlarında cəmi bir qol buraxıb. Ötən mövsümün son matçında isə “Çelsi”yə 0:4 hesabıyla məğlub olub. Əvəzində İspaniya “Atletiko”su ilə həm evdə, həm də səfərdə heç-heçə edib (0:0, 1:1).

“Arsenal”

* “Arsenal” 2017/18 mövsümündə Premyer Liqada 6-cı yeri tutub. Buna baxmayaraq, “topçular” qrupa birbaşa vəsiqə əldə ediblər.

* Ardıcıl 19 il ÇL-də çıxış edən “Arsenal” ötən mövsüm Avropa Liqasında debüt edib və yarımfinala qədər irəliləyib. Burda isə turnirin qalibi olan “Atletiko”ya uduzub (1:1, 0:1). Londonlular ötən mövsüm avrokuboklarda 7 səfər matçında 4 dəfə qalib gəlib, 2 dəfə məğlub olublar.

* “Arsenal” ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə BATE-ni 4:2 hesabı ilə məğlub edib. 1999/2000 mövsümündə UEFA Kubokunun finalında Türkiyə təmsilçisi “Qalatasaray”a penalti seriyasında uduzan “topçular” indiyə qədər avrokuboklarda 2-ci tura təsadüf edən 6 səfər oyununa çıxıblar və heç birində uduzmayıblar - 4 qələbə, 2 heç-heçə.

Komandalar arasında əlaqə

* “Qarabağ”ın hücumçusu İnnosent Emeqara İsveçrə millisində “Arsenal”ın oyunçuları - Stefan Lixtştayner və Qranit Caka ilə komanda yoldaşı olub.

* “Arsenal”ın futbolçusu Mesut Özil 7 iyul 2011-ci ildə, AÇ-2012-nin seçmə mərhələsində Almaniya yığmasının Bakıda Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Baş məşqçilər

* Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində “Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının "sükanı arxasında" 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan kubokunu qazanıb. O, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.

* Ardıcıl iki mövsüm Fransa təmsilçisi PSJ-yə rəhbərlik edən və daxili yarışlarda 7 titul qazanan Unay Emeri bu ilin mayında “Arsenal”ın “sükanı arxasına” keçib. 46 yaşlı mütəxəssis 4 il “Valensiya”ya rəhbərlik edib, qısa müddətdə Rusiya “Spartak”ında işləyib. 2014-2016-cı illərdə isə İspaniyanın “Sevilya” komandası ilə 3 dəfə Avropa Liqasının qalibi olub. O, bu yarışda bam məşqçi kimi oyun sayında rekordçudur.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyunu saat 20:55-də start götürəcək.


 
tarix: 27-09-2018 20:30


 
Xəbər lenti
23.02.2019

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az