(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Cavid Hüseynov: “Onların potensialı bu deyil”

Cavid Hüseynov: “Onların potensialı bu deyil”

“Qəbələ”nin kapitanı Cavid Hüseynovun futbolinfo.az saytına müsahibəsi:

- “Qarabağ”la oyunda komanda gözlənilməz məğlubiyyət aldı. Ümumiyyətlə, bu cür pis çıxışın səbəbi nədi?
- Bu nəticəni özümüz də gözləmirdik. Ən azından səfərdə “Qarabağ”la heç-heçə etmək niyyətimiz var idi. Təəssüf ki, fərdi səhvin hesabına ilk qolu buraxdıq və bundan sonra komandada özünəinam itdi. Komanda toparlana bilmədi və biz ard-arda səhvlər buraxdıq. Nəticədə qapımızda qollar gördük, böyük hesabla uduzduq. 

- Komanda sanki “qara zolaq”dadı...
- Elədi. Bu “qara zolaq”dan çıxmaq lazımdı. Düşünürəm ki, bunun üçün bizə bircə qələbə kifayət edər. Ondan sonra özümüzə gələrik. 

- Mövsümün sonundakı dəyişikliklərdən, yeni futbolçuların gəlişindən sonra sanki özünüzə gələ bilmirsiz?
- Ümumiyyətlə, transfer, heyət seçimi baş məşqçinindi. Bu məsələyə biz qarışa bilmərik. Oyun üslubunda dəyişikliklər var və inkişaf var. Bəlkə də bunu azarkeşlər görmür. Oyunu analiz edəndə inkişafı görürük. Sadəcə, bir qələbə lazımdı. Ondan sonra ardı gələcək. 

- Bu nəticələrdən sonra belə qənaətə gəlmək olur ki, “Qəbələ” birincilik mübarizəsində olmayacaq. Razısan?
- Çempionatın əvvəlində bu barədə danışmaq üçün tezdi. Əlbəttə ki, biz istəyirik ən azı mükafatçılar sırasına düşək. Avrokuboklara vəsiqə əldə edək. Ümid edirəm ki, qazanacağıq. 

- Komandadakı legionerlər sizə uyğunlaşa bilmir, yoxsa potensialları budu? 
- Onların potensialı bu deyil. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı oynayacaqlar. Yerlilərin də oyunu təkcə bu deyil. Ümumi komandanın potensialı bundan çox yüksəkdi. Hər bir oyunçu fərdi olaraq daha yüksək çıxış etməlidi. Gələcəkdə bunu görəcəksiniz. Bir qələbədən sonra hər şey başqa cür olacaq. 

- “Keşlə” də mövsümə çox pis başlayıb. Bu həftə onlara qarşı oynayacaqsız...
- Bu oyunda qalib gəlmək istəyirik. Qələbə qazanaraq uğurlu çıxışa start vermək niyyətindəyik.

FƏRİD


 
tarix: 28-09-2018 14:39


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az