(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Məmmədov şəstlə qayıda bilmir

Məmmədov şəstlə qayıda bilmir

Həmişə belə edir. Qəfil gündəmə gəlib nəsə böyük bir olay yaradır. İctimaiyyət dəstəklədisə, təbliğatla məşğul olur, öz şəxsini göylərə qaldırmaq üçün hər şey edir. Elə ki, atdığı addımdan sonra burnunun üstündən vurulur, o zaman aradan çıxır, günlərcə gözə görünmür.
 
Hə, geri qayıtmaq üçün kiçik addımlar atır. Pis niyyətli insanlar qapını azacıq açıb gözünün ucuyla içəri baxır, vəziyyətə uyğun, ən münasib məqamda asta-asta otağa soxulur. AFFA-nın baş katibi Elxan Məmmədov da elədi. Bu otağa mütləq girməlidi, amma qapını şəstlə aça bilmir, əl dəstəkdədi və onu hələ ki, azca aralamaqla məşğuldu.
 
AFFA İcraiyyə Komitəsinin qəfil iclası, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin təyinatı yadınızdadımı? Birdən-birə gündəm dəyişdirildi, Məmmədovun kurasiyasında olan millinin uğursuzluğunu unutdurmaq üçün bu addım atıldı. Hər şey əla hesablanmışdı. Komitənin tərkibi də seçilmişdi, bir anda hər şey yekunlaşmalı idi.
 
Amma hər şeyi Tahir Süleymanov məhv etdi. “Neftçi”nin sabiq vitse-prezidenti ucuz oyuna alət olmadı, nüfuzunu, şəxsiyyətini qorudu, AFFA rəhbərliyi tərəfindən hakimlikdən qovulanlarla birgə komitə üzvü olmaqdan imtina etdi. Bu, baş katibin incə planı idi, alınsaydı, əla qələbə qazanacaqdı. Süleymanovsa məkrli plana alət olmadı, imtina etdi. Və bu, Elxan bəyə tərs sillə oldu. Elə zərbə ki, 2 həftə keçib, lakin komitənin tərkibi bəlli deyil.
 
İndi Məmmədov qapını aralayıb gündəmə gəlməyə çalşır. Qarşıda Çempionlar Liqası matçı, ardınca yığmanın oyunları var, gizlənə bilməz, üzə çıxmalıdı. Lakin şəstlə ortaya çıxa bilmir, ayağını sürüyə-sürüyə gəlir. Dünən 19 yaşadək xanım futbolçulardan ibarət milli üzvləri ilə görüş, tədbirdən fotosessiya da buna hesablanmışdı. Yəqin 2-3 günə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibi də açıqlanacaq. Ancaq Məmmədov ehtiyatlıdı, qalmaqallı məsələdə özünü zərbə altına qoymaz.
 
Stuxlik qabağa veriləcək, o, komitənin gülməli tərkibini elan edəcək, Məmmədov da seçimi avstriyalının etdiyini deyərək kölgədə qalacaq. Bu, onun taktikasıdı. Tərkibin elan ediləcəyini göstərən başqa bir addım da atıb. Bakı Olimpiya Stadionunda FIFA referiləri, FIFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb. Oradan xüsusi xəbər, fotosessiya da ölkə futboluna dürtülmüş işbacarmaz Stuxlikin təbliğatı üçündü. Axı, bu kişi tezliklə komitənin tərkibini elan etməlidi.
 
Yeri gəlmişkən, Məmmədov budəfəki psixoloji yenilgisindən o qədər sarsılıb ki, bəzi detallara diqqət edə bilməyib. UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın da iştirak etdiyi test mərasimində hakimlərin geyimi diqqətimizi çəkdi. Beynəlaxalq yarışlar üçün seçiləcək bu adamların hamısının eyni formada, daha səliqəli olması gərək idi, lakin hakimlərin hərəsi bir firmanın geyimində - “Puma”, “Diadora”, daha çox “Adidas” - göründü. Sanki kim əlinə nə keçmişdi, onu da geymişdi.
 
AFFA eyibi örtmək üçün onların hamısına eyni “jiletka” geyindirmişdi. “Adidas” – FIFA-nın tələbinə uyğun olaraq. Burada “Nike”a sevgini göstərmək mümkün deyil. Amma yenə də alabəzək geyimlər yaxşı görünmürdü.
 
Ola bilsin, xırda detaldı, əsas məqam odur ki, Məmmədov qayıdır. Oğrun-oğrun...
 
CAVAD

 
tarix: 29-09-2018 09:00


 
Xəbər lenti
18.02.2019

14:24   Messi bunu da bacardı

13:51   Birinci Divizion: 16-cı turun hakimləri

13:17   Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55   “Arsenal”dan “Napoli”yə

12:38   Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24   Azərbaycan çempionatının 99-cusu

12:02   Namiq Ələsgərov üçün əlamətdar tur

11:49   “Sumqayıt” 70-ə çatdı

11:25   Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19   İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15   Mbappe tarixə düşdü

11:11   Qadına görə qadağa

10:56   Zidanın tələbləri

10:49   Almeyda həsrəti bitirdi

10:41   Xal itirməyən qalmadı

10:27   Məğlublar hakimlərdən şikayətləndi

10:17   “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10   Lukaku satılır

10:01   “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az