(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Aftandil Hacıyev: “Meydanda yalnız “Neftçi” var idi”

Aftandil Hacıyev: “Meydanda yalnız “Neftçi” var idi”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 6-cı turunda “Neftçi”yə səfərdə 0:4 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə matçı dəyərləndirib:

- İlk növbədə rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız "Neftçi" var idi. Bilirdik ki, "Neftçi" rəqibin səhvlərindən istifadə edəcək. Eyni səhvləri bizimkilər də təkrarladılar. Xüsusilə də müdafiəçilərdən narazı qaldım. Bu gün arxa xətt oyunçularını tanımadım. Heyətdə itkilərimiz vardı. Ancaq bu, rəqibin layiqli qələbəsinə səbəb deyil. Oyunun taleyini “Neftçi"nin fərdi ustalığı ilə seçilən futbolçuları həll etdi.

- Oyuna baxaraq fikriləşirdiniz ki, bu komandanın Premyer Liqada nə işi var?
- Əlbəttə, 0:4 hesablı məğlubiyyət yaxşı hal deyil. Ancaq futbolçularıma bir oyunla qiymət vermirəm. Bu çempionatda 4 qol vurmaq mümkündü. Məsələn, “Sabah" gözlənilmədən "Sumqayıt"a evdə 1:4 hesabıyal uduzdu. Fərdi səhvlərimiz öz sözünü dedi və sonrakı dəqiqələrdə planlarımız pozuldu. 70-ci dəqiqədə 3 əvəzləmə etdim. İmkanım olsaydı, yenə edərdim. Ancaq deyə bilmərəm ki, komandama görə utanıram. "Səbail"i "Neftçi"ylə müqayisə etmək düzgün olmazdı. 

- Bundan sonra istədiyiniz “Səbail"i görə biləcəyik?
- Oyunların yarısında yaxşı oynamışıq. Ancaq komandamızda stabillik çatışmır. Süni meydançada məşq edərək birdən-birə təbii ota kemək çox çətindi. Bunu hiss etdik. Küləkli hava olduğuna görə, süni otda məşq etməli olduq. Ancaq bunlar məğlubiyyətə bəraət qazandırmır. BOS-da məşq edərkən, topu saxlamaq olmurdu. Oyuna istədiyim kimi hazırlaşa bilmədik. 

- Son məşqi burda etməmisiniz?
- "Neftçi” tərəfi dedi ki, özləri də burda məşq etməyiblər. Ardıcıl 2 gün yükləmələr oldu. Komandada az olmağım öz təsirni göstərdi. Bu oyundan sonra rəhbərliklə görüşüm olmayıb. Ancaq bundan qabaq pozitiv söhbətlərim olub. Mehriban kollektiv yaratmaq tapşırılıb. Gələcəyi zaman göstərəcək. (Sport24)


 
tarix: 29-09-2018 21:22


 
Xəbər lenti
26.04.2019

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az