(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”nin məşqçisi: “Futbolçular tapşırıqları maksimum yerinə yetirdilər”

“Neftçi”nin məşqçisi: “Futbolçular tapşırıqları maksimum yerinə yetirdilər”

“Neftçi”nin məşqçisi Füzuli Məmmədov Topaz Premyer Liqasının 6-cı turunda “Səbail”ə evdə 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, cəzalı italiyalı baş məşqçi Roberto Bordini əvəzləyən 41 yaşlı mütəxəssis öncə matç haqda danışıb:

- Hesab 4:0 olsa da, çətin matç oldu. Yaxşı hazırlaşmışdıq və meydana qələbə üçün çıxmışdıq. Futbolçular tapşırıqları maksimum yerinə yetirdilər. Hamıya dəstəyə görə minnətdarıq. Hər kəsə baş məşqçimiz Roberto Bordinin adından təşəkkür edirəm.

- Bordinlə diaqlolarımız çox vaxt yaxşı alınmır. Bəlkə siz məni başa düşəsiz. Rəhman Hacıyevlə Namiq Ələsgərovda nə çatmır ki, əsas heyətdə oynasınlar?
- Hər ikisi bizim üçün dəyərli futbolçudu. Namiq zədədən yeni qayıdıb. Ona tam hazır olması üçün vaxt lazımdı. Rəhmana gəlincə, bu gün qərar verildi ki, start heyətində Emin Mahmudov olsun. Hacıyev son 2 oyunda ilk dəqiqələrdən meydanda olmudu. Ancaq bu gün əvvəldən ehtiyatdan qatılması məqsəduyğun sayıldı. 

- "Neftçi"nin əsas heyəti həftəlik məşq nəticəsinə əsasən qərar verilir?
- Əlbəttə, Rəqibi, hər şey nəzər alaraq, start heyəti müəyyənləşdiririk. Kim hazır olsa, ona ilk dəqiqələrdən şans veririk. 

- Bu gün Mirabdulla Abbasovu start heyətində gördük. Onun ilk dəqiqələrdən meydanda olması "Neftçi"nin işini asanlaşdırır, yoxsa..?
- Mirabdulla indi yaxşı formadadı. Ona görə əsas heyətdə yer alır. Karikari də yaxşı futbolçudu. Lazım olanda onu buraxırıq, lazım olanda Mirabdullanı. Elə oyun olur ki, bütün nüansları nəzərə alırıq. Rəqibi analiz edərək planımızı qururuq. 

- Bordin oyunun gedişində hansı tapşırıqları vermişdi?
- Bordin bizə yaxın oturmuşdu və bütün oyunboyu tapşırıqlarını verirdi. Biz də onun komandaya çatdırırdıq. Baş məşqçimiz ortada daha etibarlı oynamağı, rəqibin səhvlərindən istifadə edərək qol vurmağı tapşırmışdı.

- Belə çıxır ki, bütün əvəzetmələri də o edirdi?
- Bəli. 

- "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev oyundan sonra gəlib komandanı təbrik etdi?
- O, bu gün yox idi. Ancaq klubun prezidenti, rəhbərlik gəlib təbriklərini çatdırdı ki, buna görə onlara minnətdarıq. (Sport24)


 
tarix: 29-09-2018 21:39


 
Xəbər lenti
18.02.2019

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az