(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Milinkoviç: “Qırılma anı Amilin 2-ci qolu vurmaması oldu”

Milinkoviç: “Qırılma anı Amilin 2-ci qolu vurmaması oldu”

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 6-cı turunda “Qəbələ”ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb:

- Çox yaxşı, maraqlı oyun oldu. Meydanda hər iki komandanın ifasında yaxşı temp vardı. İlk hissədə istədiyimiz, strategiyamıza uyğun oynadıq. Təəssüf ki, bəzi epizodlarda qol vura bilmədik. Bu, təkcə bizim üçün yox, “Qəbələ” üçün də vacib matç idi. Planımız tez qol vurmaq və rəqibə geniş imkanlar verməmək idi. Buna uyğun erkən hesabı açdıq. Fikrim belədi ki, “Qəbələ” ilk hissədə elə də təhlükəli vəziyyətlər yaratmadı. İkinci hissədə qapıçımız Kamran Ağayev yaxşı oynadı. Qırılma anı Amil Yunanovun 2-ci qolu vura bilməməyi oldu. Onda hesab 2:0 olardı və Bakıya 3 xal aparardıq. Komandamı tərbik etmək istəyirəm. Futbolçular yaxşı oynadılar və qələbəyə cəhd etdilər. Yeni transferimiz vardı, o da yaxşı idi. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağıq.

- Amil Yunanovu uzun fasilədən sonra əsas heyətdə meydana buraxdınız. Bu seçim məcburiyyətlə bağlı idi, yoxsa hücumçu özünü məşqdə yaxşı göstərmişdi? Amili əvvəl start heyətində oynatmadığınıza görə peşman deyilsiz?
- Amil yaxşı futbolçudu. Bildiyinzi kimi, Andre Klennon cəzalı idi və Yunanovu buraxdım. Bizdə hücum xəttində seçim geniş deyil. Optimal komanda yaratmağa çalışırıq. Azər Salahlı, Slavik Alxasov çox yaxşı oynayır. Onların meydandakı mövqelərini dəyişsək də, komandanın mənzərəsinə mənfi təsir göstərmirlər.

- Avropadan gəlmiş bir mütəxəssisin ilk dəfə olduğu Qəbələdəki şərait haqda təəssüratları necədi?
- Təəssüratım əladı. Serbiyada milli komandanın bu qədər meydançası, oteli, infrastukturu var. Eləcə də “Partizan”ın. “Qəbələ”nin məşqçisi, həmyerlim Miloş Yevtiçlə zarafat edirəm ki, belə şəraitiniz var, niyə burda məşq etmirisiz? Bütün futbolçular bu meydançadan həzz aldılar və əsl futbol ab-havasını hiss etdilər. (Sport24)


 
tarix: 30-09-2018 20:29


 
Xəbər lenti
26.08.2019

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az