(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
6 turdan sonra: uçurumla ifadə olunan lider – autsayder fərqi

6 turdan sonra: uçurumla ifadə olunan lider – autsayder fərqi

İlk dövrənin bitiminə bir tur qalıb. 8 komandalı çempionatımız olduğunu nəzərə alsaq, bu, böyük dövr sayılmamalıdı. Amma 6 oyun da Topaz Premyer Liqasının hansı səviyyəyə düşdüyünü görməyə imkan verir.
 
Liderlər mümkün 18 xaldan 16-nı toplayıbsa, autsayder 17-ni itirib. Və sonuncu pillələrdə olanlar normal büdcə sahibi, əvvəlki mövsümlərin favoritləri olan, ikisi bu yay avrokubokda mübarizə aparan komandalardı.
 
Son tur “Neftçi” üçün əla keçdi. Bakılılar çox rahat qələbə qazanıb zirvəyə yüksəldi. Ancaq 4:0 hesabının eyforiya yaratması da mümkündü. Əslində isə belə olmamalıdı, çünki bu darmadağının səbəbi meydan sahiblərinin çox üstün futbol sərgiləməsi deyildi. Müdafiəçilərin uşaq səhvlərindən sonra rəqibin qələbə qazanmaması möcüzə olardı. “Səbail” futbolçuları o qədər “ürəyiaçıq” idi ki, Dario Federiko özünü superulduz sayır, istədiyi formada qol vururdu.
 
“Neftçi”nin əziyyətinə kölgə salmayaq, amma Roberto Bordin hələ çox çalışmalı, xətlərarası əlaqəni düzəltməlidi. Qarşıda “möhkəm qozlar”la qarşılaşanda buna şahid olacağıq. Məncə, elə növbəti turda “Sabah”la oyun intriqalı keçəcək. Debütant rəqibinə asan can verməyəcək. Komandadakı “Neftçi”nin sabiqlərinin əhval-ruhiyyəsi bu matçın nəticəsinə ciddi təsir göstərəcək.
 
“Səbail”ə gəlincə, Aftandil Hacıyevin yetirmələri sabitliyə nail ola bilmir. Komanda bəzən çox yaxşı oynayır, bəzən də “Neftçi”ylə matçdakı kimi, faciəvi təsir bağışlayır. Belə bərbad oyun haqda danışarkən Hacıyevin gətirdiyi bəhanə isə rəhbərliyi düşündürməlidi. Büdcəsi Avropa Liqasına vəsiqə qazanmaq üçün artırılan, məşqçi və futbolçu heyəti bu hədəfə görə dəyişdirilən komandanın baş məşqçisi heç bir hədəfləri olmadığını deyir.
 
“Qarabağ” da turu qələbə ilə bitirib, zirvəni əldən verdi. Daha çox qol vuran “Neftçi”ni önə buraxan ağdamlılar ümumiyyətlə, büdrəyə bilərdi. Amma gərgin qrafikə, rotasiyalı heyətə baxmayaraq, Qurban Qurbanov qələbəni təmin etdi. Əla mübarizə aparan “Sabah”ı Saşa Stamenkoviç də ruhlandırdı. İkinci hissənin əvvəlində Filip Ozobiçin vurduğu penaltini dəf edən serb daha bir neçə epizodda əla oynadı. Amma çempionun təzyiqi ardıcıl 2 qolla yekunlaşdı.
 
“Qarabağ”a məğlubiyyətə görə “Sabah”ı qınamaq olmur. Amma o da var ki, debutant bir futbolçudan asılı kimi görünür. Marko Deviç qol vurmadısa, bakılıları dayandırmaq mümkündü. Elşad Əhmədov bu baxımdan fərqli nələrsə düşünməlidi.
 
Zaman göstərir ki, “Zirə”nin problem Ayxan Abbasov deyilmiş. Baş məşqçi dəyişib, lakin Samir Abasov da uğursuzluqdan yaxa qurtarmağın yolunu tapa bilmir. Ardıcıl məğlubiyyətlər “qartallar”ı ləqəblərinə uyğun olmayan yerə yuvarladıb. Maliyyə, heyət və s. baxımından problem yoxdu, lakin futbolçular sanki yuxuya gedib və ayılmaq istəmirlər.
 
Abasov dünənki məğlubiyyəti keçmiş komandasından aldı. Həmin komandadan ki, indi Nazim Süleymanovla ötənilkindən pis futbol oynamır. 3-cü pillədəki “Sumqayıt”ın ən böyük uğuru xalları doğma şəhərdən kənarda qazanmasıdı. Komandanın stadionu təmirdədi, amma bu, nəticələrə təsir göstərmir. Süleymanov şən, aqressiv komanda qura bilib. O da maraqlıdı ki, “Sumqayıt” bu mövsümdə ilk dəfə hesabı açan tərəf oldu və ilk dəfə top buraxmadı.
 
“Qəbələ” indiyədək yaxşı futbol oynaması, amma nəticə qazana bilməməsi ilə xatırlanırdı. “Keşlə” ilə matçda isə bunu da görmədik. Aşkar heyət sıxıntısı çəkən qonaqlar səfərdə vacib xal qazandılar. Rasim Ramaldanovun səhvi sayəsində hesabı açan Amil Yunanov azı 2 dəfə də qol vura bilərdi. Amma elə bunu bacarmaması onun ehtiyatda qalmasını şərtləndirir, daha məşqçidən şikayətlənməyin yeri yoxdu.
 
“Keşlə”nin durumu bəllidi, komanda yayda çox pis komplektləşib. Yəqin, qışa kimi autsayderlər qrupundan uzaqlaşmaq mümkün olmayacaq. “Qəbələ” isə silkələnməlidi. Rəhbərlik Sənan Qurbanovu saxlamaqda, bu məşqçi isə futbolçuları toparlaya bilməməkdə israrlıdı. Deyəsən, autsayderlik rəhbərliyin də vecinə deyil. Baqali Dabonu “Neftçi”yə, Filip Ozobiçi “Qarabağ”a buraxanda niyyətini göstərən klub iddiasını elə o vaxt itirmişdi. Yəqin indi də həmin futbolçuların zirvədə olması ilə təsəlli taparlar.
 
6 tur kiminsə üstündən xətt çəkmək üçün tezdi, lakin həm də kifayətdi. Rəqabətin zəif olduğu bir yarışda oynanılan futbolun səviyyəsi utanc verir. Bu gedişlə “Qarabağ”ı, “Neftçi”ni də itirəcəyik…
 
FƏRİD

 
tarix: 01-10-2018 09:00


 
Xəbər lenti
23.02.2019

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az