(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA 3 komandaya texniki məğlubiyyət verdi

AFFA 3 komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasında “Neftçi” FK – “Səbail” FK matçının 20-ci dəqiqəsində “Səbail”in futbolçusu Firuz Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 88-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kənan Qasımov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər Liqasında “Qarabağ” FK – “Qəbələ” İK matçının 68-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nicat Oruclu aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-17 Liqasında “Sabah” – “Qəbələ” matçının 57-ci dəqiqəsində “Sabah”ın futbolçusu Elmar Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 83-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Nemət Şıxəmirov və “Sabah”ın futbolçusu Xəyyam Hüseynov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb.

U-15 Liqasında “Keşlə” – “Xilə” matçının 65-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Hüseyn Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Qarabağ” – “İsgəndər Cavadov BFA” matçının 52-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun futbolçusu Məhəmməd İbrahim kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-15 Liqasında “Mil-Muğan” – “Zirə” matçının 49-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Saleh Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Səbail” – “Zaqatala” matçının 49-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Muxtar Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Gəncə TİM” – “Kəpəz” matçının 57-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Araz Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Qəbələ” – “Qarabağ” matçının 45-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Bəhruz Qurbalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Sumqayıt” – “Sabah” matçının 58-ci dəqiqəsində “Sabah”ın futbolçusu Əli Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Keşlə” – “Binə” matçının 15-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Hüseyin Muradlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Əlincə” – “Zirə” matçı başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Ağabəkir Həşimli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Neftçi” İK İB – “EFA” matçının 52-ci dəqiqəsində “EFA” klubunun futbolçusu Yusif Nəzirovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 60-cı dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Saleh Süleymanovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Yasamal” Gİİ – “Avey” matçının 52-ci dəqiqəsində “Yasamal”ın futbolçusu Ələkbər Hüseynlinin aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Qazax Gəncləri” – “Şəmkir Gİİ UGİM” matçında “Şəmkir Gİİ UGİM” klubunun heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında “UGİM Göy Göl”  – “Arzu UGİM 1” matçında “Arzu UGİM 1” klubunun heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında “Real Madrid” (Bakı) – “Sahil” FA (Bakı) matçının 15-ci dəqiqəsində “Real Madrid” klubunun rəsmisi Elman Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-12 Liqasında “Neftçi” İK İB – “EFA” matçının 49-cu dəqiqəsində “EFA” klubunun futbolçusu Nihat Quliyev və “Neftçi” İK İB-in futbolçusu İlqar Məmmədov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-11 Liqasında “Qoşqar UGİM 2” (Gəncə) – “Təhsil TİM” (Gəncə) matçında “Qoşqar UGİM 2” komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


 
tarix: 02-10-2018 13:55


 
Xəbər lenti
26.04.2019

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az