(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qalatasaray” uduzdu, “Barsa” “Tottenhem”i, “Napoli” “Liverpul”u üstələdi

“Qalatasaray” uduzdu, “Barsa” “Tottenhem”i, “Napoli” “Liverpul”u üstələdi

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə də 8 qarşılaşma keçirilib.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Portu” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu görüşdə minimal hesabla məğlub olub.

Günün ən maraqlı görüşlərindən biri İngiltərədə yerli “Tottenhem”lə İspaniya çempionu “Barselona” arasında baş tutub. Altı qolun qeydə alındığı matç Kataloniya klubunun qələbəsiylə başa çatıb.

“Napoli” - “Liverpul” matçına da maraq böyük idi. Bu qarşılaşmada meydan sahibləri son dəqiqə qolu ilə qalib gəliblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur

3 oktyabr

A qrupu

Borussiya (Dortmund, Almaniya) - Monako (Fransa) 3:0
Qol: Larsen, 51. Alkaser, 72. Roys, 90.

Atletiko (İspaniya) - Brügge (Belçika) 3:1
Qol: Qrizmann, 28; 67. Koke, 90 - Qroneveld, 39. 

B qrupu

PSV (Hollandiya) - İnter (İtaliya) 1:2
Qol: Rosario, 27 - Naynqqolan, 44. İkardi, 66.

Tottenhem (İngiltərə) - Barselona (İspaniya) 2:4
Qol: Keyn, 52. Lamela, 66 - Koutinyo, 2. Rakitiç, 28. Messi, 56; 90.

C qrupu

PSJ (Fransa) - Srvena Zvezda (Serbiya) 6:1
Qol: Neymar, 20; 22; 81. Kavani, 37. Di Mariya, 42. Mbappe, 70 - Marin, 74.

Napoli (İtaliya) - Liverpul (İngiltərə) 1:0
Qol: İnsinye, 90.

D qrupu

Lokomotiv (Moskva, Rusiya) - Şalke (Almaniya) 0:1
Qol: Makkenni, 88.

Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə) 1:0
Qol: Mareqa, 49.


 
tarix: 04-10-2018 00:55


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az