(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” hər zaman çempion olmalıdı”

“Neftçi” hər zaman çempion olmalıdı”

Ardıcıl 2 tur Saşa Stamenkoviç üçün çox önəmlidi. "Sabah"ın qolkiperi ötən həftə "Qarabağ"a qarşı uğurlu oyun keçirdi. Düzdü, qaytardığı penalti yekun nəticəni dəyişmədi, amma çempionla oyunda o, yenidən cavanlığını xatırlatdı.

Bu həftə Stamenkoviçi daha maraqlı oyun gözləyir. Elə həmin "Qarabağ"la oyunlarda "Neftçi"nin vazkeçilməzi olmuş serb indi doğma klubuna qarşı ilk dəfə forma geyəcək.

Saşa futbolinfo.az sytına müsahibəsində nostalji dolu matçdan danışdı.

- “Qarabağ”la oyun haqqında fikirlərin necədir? Son anda uduzdunuz...
- Bu oyun göstərdi ki, “Sabah” çempiona qarşı oynaya bilər. Yaxşı oyun göstərdik. Sadəcə, bir az nəsə çatmadı. Oyundan razı, nəticədən narazıyıq. “Qarabağ”a da “Arsenal”la matçda uğurlar arzu edirəm.

- “Sabah”ın çempionatda hədəfi nədi?
- Düşünsəydim ki, bu komanda yaxşı yerlər üçün oynamır, mən burda olmazdım. Hədəfimiz olduğu üçün buradayam. Hər matça final kimi hazırlaşırıq. Bizim yaxşı kollektivimiz var. Gənc futbolçularla yanaşı, təcrübəlilər də var. Hansı ki, təcrübəlilər gənclərə nümunə olmağa çalışır.

- Növbəti oyun sizin üçün daha maraqlı və vacib olacaq. Xüsusən, sən və Erik Ramos üçün...
- Çox şadam ki, növbəti oyunumuz “Neftçi”yə qarşı olacaq. Bizim üçün vacib qarşılaşmadı. Komandamızda “Neftçi”də çıxış etmiş bir neçə futbolçu var. Bunların sayı çoxdu. Düşünürəm ki, mənim iki komanda üz-üzə gələcək. “Neftçi” və “Sabah” mənim üçün eynidi. Azarkeşləri stadiona dəvət edirəm ki, gəlib ən yaxşı olduqlarını bu matçda sübut etsinlər.

- Erik Ramosla bu oyunla bağlı hansısa söhbətiniz olub?
- Əlbəttə ki, söhbətimiz olub. O da bu matçda meydana çıxmağı istəyir.  Ramos oyunu ilə özünü sübut etmiş futbolçudu.

- “Neftçi” azarkeşləri ilə danışırsız?
- Çox şadam ki, “Neftçi” azarkeşləri “Sabah”ın oyunlarına gəlib mənə dəstək olurlar. Onlarla bir şeyi danışırıq ki, “Neftçi” nə vaxt çempion olacaq.

- Bu il mümkündü?
- “Neftçi” hər zaman çempion ola bilər və bunu bacarmalıdı. Bu il birinci olacaqlarını düşünürəm.

AĞA


 
tarix: 03-10-2018 11:18


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az