(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Unai Emeri: “Bakıya ən hazırlıqlı futbolçularla gəlmişik”

Unai Emeri: “Bakıya ən hazırlıqlı futbolçularla gəlmişik”

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun konfrans zalında Aleks İvobi ilə media mənsublarının qarşısına çıxan ispaniyalı mütəxəssis öncə sabahkı qarşılaşma haqda danışıb. 

U.E: Hər bir turnir bizim üçün önəmli olduğundan, hər birinə eyni şəkildə hazırlaşırıq. Sabahkı matçda da belə olacaq. Nəzər alsaq ki, ölkə daxilində də səfərlər edirik, belə sıx qrafikə hazırıq.
A.İ: Sabah burda çıxış edəcəyik, bizim üçün yeni meydandı. Bu mənada oynayacağımız stadionda məşq etmək bizim üçün önəmlidi. 

- Bəzi futbolçularınız Bakıya gəlməyib ki, onlar arasında Henrix Mxitaryan da var. Bu, 60 minlik azərbaycanlı azarkeşlərinin qarşısında olacaq təzyiqə görədi?
U.E
: Xeyr. O, bura gələ bilməzdi. Bu oyuna mental olaraq ən hazırlıqlı futbolçularla gəlmişik. 

- Ötən mövsüm qrupda əsasən gənc futbolçular oynayırdı. Bu dəfə isə əsasən təcrübəlilərdi. Belə çıxır ki, bu dəfə Avroliqa sizin üçün daha önəmlidi?
A.İ
: Xeyr. Btün yarışlar bizim üçün eynidi, eyni əhəmiyyət kəsb edir. Hətta indiki heyətimizdə də gənc futbolçular var.

- Mxtiyaranın bura gəlməməsi öz qərarıdı, yoxsa baş məqşçinin? Bəs Aaron Remsi niyə Bakıya gətirilməyib? Onun klubla başa çatan müqavilə məsələsi həll olunmayıb, yoxsa o da hazır deyil?
U.E
: Mxitaryan həftənin ilk 2 günündə xəstə idi. Remsi özü məndən xahiş etdi ki, Londonda qalsın. Çünki həyat yoldaşı hamilədi, qız övladı dünyaya gələcək.

- Petr Çex zədələndiyindən Bernd Leno Premyer Liqada daha çox oynamalı olur. Belə olan halaa, 3-cü qapıçınız Martinesə Bakıda şans verməyiniz mümkündü?
U.E
: Qrupda 1-ci yeri tutmağımız lazımdı. Bunun üçün sabah qələbə qazanmaq istəyirk. Əsas heyətlə bağlı hələ qərar verməmişəm. Ancaq çox güman, Bakıda əsas heyətdə Leno meydana çıxacaq.

- Ötən mövsümlə müqayisədə sizə meydanda daha çox sərbəsltik verilir. Necə müqayisə aparırdız?
A.İ
: Elədi. Daha çox bitiricilik üzərində çalışıram ki, bununla da komandama faydalı olum. Baş məşqçinin mənə sərbəstlik verməsi işimi asanlaşdırır.

- "Qarabağ" "Arsenal"dan xal al alsa, bunu necə qarşılayacaqsınız? Təəcüblü, yoxsa sakit?
- "Qarabağ" "Sportinq"ə qarşı çox yaxşı başladı. Çox yaxşı futbolçuları, taktikası var. Ötən mövsüm "Atletiko" “Qarabağ"ı yenə bilmədi ki, nəticədə Çempionlar Liqasında qrupda qaldı. Biz öz oyunumuza köklənməliyik.

- Mxtiyaranın bura gələ bilməməsinin səbəbi məlumdu. Bəs ispan mütəxəssis əsl səbəbdən, Dağlıq Qarabağ münaqişəsindən xəbərdardırmı?
- Mənim işim futboldu. Siyasi məsələlərə qraışmıram. Bütün ölkələrə və insanlara hörmətim var

- Mxitaryan Dağlıq Qarabağa qanunsuz səfər etdiyindən Azərbaycana gələ bilməz, buna qadağa var. Hətta "Arsenal" Avropa Liqaısnda finala çıxsa, bura gətirə bilıməzsiz. Bu haqda məlumatınız var?
-
Finala hələ çox vaxt var. İndi sabahkı matçı düşünürük və buna yaxşı hazır olmaq istəyirik. Avropada oynadığımızı nəzərə alsaq, hər oyun önəmlidi. Hər matçda müsbət nəticə əldə etməyə çalışırıq.

- Uzun səfər olduğunu nəzərə alsaq, həftəsonu keçiriləcək "Fulhem"lə matçınızın təxirə salınmasını istərdiniz? 
- Məndə belə təcrübə var. Məşqçilik karyeramda belə oyunlar olub. Fərqli nəticələr qeydə alınıb. Futbolçularımızın də belə təcrübəsi var. İstərdim ki, bərpa üçün 1 gün artıq verilsin. Ancaq bu məsələlərə o qədər də müdaxilə etmirəm. (Sport24)


 
tarix: 03-10-2018 18:52


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az