qaynar xətt
“Zirə” ilə “Qəbələ”nin 13-cü dueli
Bu həftə Topaz Premyer Liqasında 1-ci dövrəyə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, “Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində son matçında “Qəbələ” ilə görüşəcək. 7-ci tur çərçivəsində baş tutacaq matç rəqiblər arasında 13-cü duel olacaq.
İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar son üç çempionatın hərəsində 4 dəfə qarşılaşıb. “Zirə” əvvəlki görüşlərdə 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 11 top keçirən “Zirə” 15 qol buraxıb.
“Qartallar”ın “Qəbələ” ilə matçlardakı 11 qoluna 8 futbolçu imza atıb. Dubl müəllifi olan Nelson Bonilya, həmçinin Viktor İqbekoyi ilə Milan Duriç hərəyə 2 dəfə fərqlənib. Digər 5 oyunçunun hesabında 1 top var.
Son 6 matçda komandalar meydanı qolsuz tərk etməyib. Belə ki, 2017-ci ildən başlayaraq rəqiblərin görüşlərində hər iki tərəf fərqlənməyə nail olur.
“Qəbələ”ni öz meydanında qonaq edəcək “Zirə” 7-ci dəfə duelə ev sahibi kimi çıxacaq. Bakılılar bu qarşılaşmalarda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 2 məğlubiyyət alıb. Bu matçlarda top fərqi “Qəbələ”nin xeyrinədi - 9:6.
22:55 Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”
22:19 Ramil Şeydayev üçün 77 dəqiqə
20:50 Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu
18:10 AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə
17:21 “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır
17:04 “Sportinq”də daha bir erkən vida
16:24 “Espanyol”dan La Liqada yeni rekord
15:57 Premyer Liqa klubunun forvardı sıraya döndü
15:19 İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”
14:55 Braziliya millisinin kapitanı “Barselona”da
14:34 Şeydayevsiz qələbə
13:51 AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi
13:32 Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar
13:03 Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”
12:57 İngiltərə klubuna casusluğa görə cəza verildi
12:36 Kapitan 220 gün sonra qayıdır
11:51 Stuxlikin tələbi VAR
11:45 Rauf 10 gündən sonra qayıdacaq
11:40 Dadaşovun oynamamasının səbəbi
11:30 “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR
11:02 Paşayev ermənilərə qarşı oynadı
10:51 Şeydayev yenidən Türkiyədə
10:39 1/4 final cütlükləri bilindi
10:31 Erat oynadı, komandası məğlub oldu
10:23 Vengerin favoriti
10:12 De Xeaya yeni təklif
10:01 AFFA-nın faydalı limiti: daha nələr etmək olar?
09:47 Milli komandada yeni baş məşqçi
09:30 Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü
09:21 Nani rəsmən ABŞ klubunda