(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İtaliyalı jurnalistin “Qarabağ” haqda kitabının təqdimatı oldu

İtaliyalı jurnalistin “Qarabağ” haqda kitabının təqdimatı oldu

Bakıda italiyalı yazar Emmanuele Culianellinin “Qarabağ” - şəhəri olmadan Avropanı fəth edən komanda” kitabının təqdimatı olub.

Futbolinfo.az “Report”a istinadən xəbər verir ki, “Qarabağ” futbol klubu haqda yazılan kitabın təqdimatında müəllif ideyanın tarixəçsindən söz açıb. O, bildirib ki, Ağdam təmsilçisinin avrokuboklardakı nəticələri bu kitabı yazmağa səbəb olub: 

“Komandanın torpağı, doğma şəhər olmadığı halda bu yerlərə gəlib çıxması diqqətimi cəlb etdi. “Qarabağ”ın 2009-cu ildə Norveçin “Rusenborq”la oyunlarına baxdıqdan və Ermənistana səfərimdən sonra bu kitabı yazmağa qərar verdim. Ötən il “Çelsi” ilə Çempionlar Liqasındakı oyunu izlədikdən sonra Qurban Qurbanovla görüşdüm. O, mənə ətraflı məlumatlar verdi. Avropa və İtaliyada bir çox insan “Qarabağ”ı tanımırdı. Lakin Çempionlar Liqasının oyunlarında “Roma” klubuna müqaviməti komandanın tanınmasına səbəb olub və kitab İtaliyada müsbət qarşılanıb. Bəzi insanlar mənimlə ünsiyyət quraraq, kitabı yazmaqla yaxşı iş gördüyümü söyləyiblər. Bu kitabın satışında, mənə gələn qazancda o qədər də maraqlı deyiləm. Məni maraqlandıran məsələ, kobud desək, bu vəhşiliyi tanıtmaqdır ki, "Qarabağ"ın çətin vəziyyətdən çıxaraq, bu cür nailiyyətləri əldə etməsini göstərim. Onlar bu vəhşilik barədə ətraflı məlumat topladıqlarını bildiriblər”.

İtaliyalı yazıçı bildirib ki, kitabın hazırlanması 9 ay çəkib: “Hollandiyalı yazıçı dostum mənə kitabını təqdim edib və həmin resurslardan yararlanaraq, bu kitabı ərsəyə gətirmişik. Ötən ilin oktyabrında kitabı yazmağa başlamışam və 9 aya bitirmişəm. “Qarabağ” haqda başqa kitablar da yaza bilərəm. Eləcə də, Azərbaycanın Millətlər Liqasındakı çıxışı barədə”.

E.Culianelli kitabın qiymətinin 15-16 avro olduğunu söyləyib. O, kitabı sponsorsuz ərsəyə gətirdiyini vurğulayıb: “Kitabı öz vəsaitim hesabına ərsəyə gətirmişəm. AFFA bu kitabın ərsəyə gəlməsinə çox sevindi. Rus və Azərbaycan dilinə tərcüməsi üçün hazırda ünsiyyətdəyik. Hələlik 2-3 min tirajla çıxıb”.

Qeyd edək ki, Emanuele Culianellinin daha əvvəl “Qarabağ” klubu ilə bağlı “Eurasianet”, FİFA-nın rəsmi jurnalında, “Corriere della Sera”da məqalələri dərc olunub.


 
tarix: 04-10-2018 16:40


 
Xəbər lenti
26.04.2019

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az