(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

“Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

“Neftçi” Topaz Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Sabah”la oyuna hazırlığını başa vurub. 

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” bu gün öz bazasında oyunöncəsi son məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və üzrlü səbəbdən komandanın düşərgəsindən ayrılan Kvame Karikari iştirak etməyiblər.

Xatırladaq ki, oktyabrın 5-də 8-ci km stadionunda baş tutacaq "Neftçi” - "Sabah” matçı saat 20:15-də start götürəcək. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN olan oyun biletlərini 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü. Görüşdən əvvəl azarkeşlər üçün təşkil olunacaq fanzonanın bütün təkliflərindən yararlanmaq üçün oyuna iki saat qalmış stadionda olmaq lazımdı.


 
tarix: 04-10-2018 18:36


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az