(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Tahir Gözəl: “Uduzsaq belə, “Qarabağ”ın adını bütün dünyaya eşitdirdik!” 

Tahir Gözəl: “Uduzsaq belə, “Qarabağ”ın adını bütün dünyaya eşitdirdik!” 

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubu ilə matçdan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, klub rəsmisi əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Qarabağ” Azərbaycan adına layiqli bir oyun nümayiş etdirdi. Hesab edirəm ki, nəticə oyunun gedişatını əks etdirmir. Yaxşı pressinq tətbiq etdik. Düşünürəm ki, bu axşam komandamız “Arsenal” fanatlarının da könlünü fəth etməyi bacardı. Uduzsaq belə, “Qarabağ”ın adını İngiltərəyə də, bütün dünyaya da eşitdirdik! Bu möhtəşəm stadionda dünya nəhənglərini qəbul edirik. Bu, özlüyündə böyük bir nailiyyətdi”.

İsveçrədə yaşayan vitse-prezident Azərbaycana bu oyuna görə gəlib-gəlməməsinə dair sualı belə cavablandırdı: “Azərbaycana tez-tez gəlirəm. Deyərdim ki, ayın 2 həftəsini Bakıda oluram. Ancaq əlbəttə ki, oyun da olduqca önəmli idi. Biz bu gün tarixi hadisəni yaşadıq və bu tarixin bir parçası olduq. Hesab edirəm ki, bu oyun heç vaxt unudulmayacaq. Özü də tək azərbaycanlılar tərəfindən yox, həm də “Arsenal” azarkeşləri tərəfindən. Xüsusilə, ilk 45 dəqiqə əla alındı”.

Sonda o, daha bahalı oyunçuların alınmamasına dair fikirlərini bölüşüb: “Gəlirlərimizin böyük hissəsi bir sponsor tərəfindən əldə edilir. Demək olar ki, komandanın media gəlirləri yoxdu. Azarkeşlərimizin əksəriyyəti məcburi köçkünlər olduğu üçün bilet gəlirlərimiz elə də çox deyil. Biz bu gün büdcələri bizdən qat-qat çox olan klublarla mübarizə aparırıq. Hədəfimiz bütün güclü komandalara qalib gəlmək deyil, eyni zamanda Azərbaycan ruhunu, Qarabağ adını bütün dünyaya çatdırmaqdı. İnandırım sizi, bizi alqışlayırlar. İtaliyanın “İnter” klubu ilə oyunda bizə qarşı olan haqsızlığa hətta İtaliya mediası belə biganə qalmamışdı. Onlar da bizə haqsızlıq edildiyini düşünürdülər”. (Sport24)


 
tarix: 05-10-2018 00:15


 
Xəbər lenti
25.03.2019
24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

09:00  Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az