(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Aldadıcı hesab

Aldadıcı hesab

“Qarabağ” oynadı, “Arsenal” qalib gəldi – şişirtmə deyil, faktdı. Oyuna baxan istənilən şəxs bu fikrə şərik ola bilər.
 
Hə, hesab böyükdü, komandamız 3 cavabsız qol buraxıb. Lakin bu da ağdamlların oyununa kölgə sala bilməz. Avropa Liqasının qrup mərhələsinin 2-ci turundakı oyun azarkeşləri məmnun etmək baxımından ideal idi. “Qarabağ” layiqli oynayıb, pis hesabla uduzdu.
 
Futbolu olmayan ölkənin 67 minlik stadionu tam dolursa, bu azarkeşlərə minnətdar olmaq lazımdı. Elə komandanı əla dəstəklədikləri üçün də... Anşlaqın bir səbəbi İngiltərə nəhəngi idisə, digəri də onu Bakıya gətirən, eyni zamanda gözəl futbol sərgiləyən “Qarabağ”dı. Azarkeşlərin gözü tərəzidi – onlar futbol oynamağı bacaran komandanı canlı izləməyi lazım bilmişdi.
 
“Qarabağ” təkcə dünənki oyunda bəlkə də ötən il qrup mərhələsində yaratdığı epizodlar qədər qol şansı qazandı. Futbolçuların bəxti gətirmədi, bacarığı, səviyyəsi yetmədi. Rəqib isə qol epizodu yaratmadan hesabı açdı və ağdamlıların oyuna diqtə etdiyi dəqiqələrdə heç nədən qollar vurdular. Səviyyə fərqi var idi, onsuz da “Aresenal” qalib gələcək gücdəidi. Lakin hesab oyunun ümumi axarını özündə əks etdirmir – londonlular çətin qələbəyə layiq idi.
 
Futbolçuları qınamağın yeri yoxdu, ortada ölkə, klub fərqi var. Və hər ölkəyə, kluba uyğun futbolçular orada cəmləşib. “Qarabağ” da dünənki matçı Bakı Olimpiya Stadionunda uduzmadı, bu məğlubiyyət daha öncədən, xüsusilə yerli oyunçular futbolda ilk addımlarını atarkən “qazanılmışdı”. Daha yaxşı məktəb görənlər, ustalığını daha yaxşı inkişaf etdirənlər qalib gəldi.
 
“Arsenal” matça əsas heyətlə çıxmamışdı. Amma əvəzedicilər də bizim ən üst səviyyəli legionerlərimizi cibində gəzdirərdi. Tez düşünmə, topla davranış, sürətli oyun, futbolçuların zonalara açılmasındakı mexanizm, ötürmə vermək və onu qəbul etmək bacarığı – “Arsenal” dünən məhz bunun dərsini keçirdi. Komanda istədiyi vaxt qol vururdu, əla müdafiə olunurdu. Futbolçuların seçimi, istedadların yetişdirilməsi baxımından hətta AFFA-nın nümunə götürməli olduğu oyun idi.
 
Doğrusu, Qurban Qurbanov da məşqçi kimi xeyli artırıb, karyerasının zirvəsindədi. “Sportinq”lə oyunda olduğu kimi, dünən də o, rəqib məşqçiyə ağılda uduzmadı. Rəqib əla təhlil olunmuş, taktika qurulmuşdu. Hətta Unay Emeri "Qarabağ"ın diqtəsi üzündən fasilədə taktikanı dəyişməli oldu. Problem yalnız futbolçu seçimində idi və buna görə Qurbanovu qınamaq olmur. “Qarabağ”ın büdcəsi yalnız bu səviyyəli futbolçuları almağa çatır, hətta daha yaxşı imkanlar olsa da, səviyyəli əcnəbiləri 8 komandası olan Azərbaycana gətirmək mümkün deyil. Qurban bəyin düzgün oyun qurduğu yaradılan qol epizodlarında, ən yaxşı heyəti oynatdığı sonradan meydana çıxan futbolçuların oyununda özünü göstərdi.
 
Nəticəyə görə üzülməyə dəyməz. Belə oyuna görə məmnun olmaq lazımdı. Dünən “Səbail”lə, sabah “Keşlə”ylə oynayan komanda “Arsenal”la üz-üzə gələndə belə mənzərə ortaya çıxmalı idi. Avropada qələbələr üçün futbolumuz kompleks şəkildə böyüməlidi.
 
FƏRİD

 
tarix: 05-10-2018 09:00


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az