(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Bəzən yaxşı oynasan da, nəticə qazanmırsan”

“Bəzən yaxşı oynasan da, nəticə qazanmırsan”

“Bu oyunun belə mühitdə keçməsi azarkeşlər və jurnalistlərin böyük marağı sayəsində oldu. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Heç də pis oynamadıq. Statistikaya nəzər yetirdim, “Arsenal”dan geri qalmadıq. Maksim Medvedevlə Filip Ozobiçin ilk hissədə, Mahir Mədətovun da fasilədən sonra şansları oldu. Amma təəssüf ki, fərqlənə bilmədik. Həmin  epizodları qola çevirsəydik, bəlkə də fərqli olacaqdı” – bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
O, "Qarabağ"ın qol şanslarından yararlana bilməməyindən danışıb: "Son nöqtəni qoymaqda çətinlik çəkdik. Bunun üzərində işləmək lazımdı. Öhdəmizə düşən yalnız çalışmaqdı. Nəticə də tezliklə alınar. Futbolçu kimi əlimizdən gələni etməliyik”.
 
Millimizin üzvü rəqibin uzun ötürmələrdən və cinahlardan istifadə etdiyini deyib: "Düşünmürəm ki, Miçelin oyunu alınmadı. Rəqib daha çox cinahlardan və uzun ötürmələrdən istifadə edirdi. İlk hissədə belə daha çox oynayırdılar. Məcbur 5 müdafiəçi ilə oynadıq. İkinci hissədə Miçel o qədər də pis oynamadı".
 
Qarayev baş məşqçi Qurban Qurbanovun futbolçulara təşəkkür etdiyini vurğulayıb: "Qurban Qurbanov oyundan əvvəl bizə dəstək vermişdi, rahat olmağımızı və azarkeşlər üçün yaxşı oynamağı bildirmişdi. Bizi yaxşı şəkildə motivasiya etmişdi. Matçdan sonra da bizə təşəkkür etdi. Vuruşduq, amma bəzən yaxşı oynasan da, nəticə qazana bilmirsən. Rəqib də ciddi və təhlükəli komandadı - "Arsenal"a qarşı oynayırdıq".

 
tarix: 05-10-2018 09:34


 
Xəbər lenti
22.02.2019

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az