(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Uduzmuşuq, amma nəticə önəmli deyil”

“Uduzmuşuq, amma nəticə önəmli deyil”

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq matç haqda fikirlərini bildirib.
 
- Düşünürəm ki, “Qarabağ” rəqibindən çəkinmirdi. Futbol oynamağa çalışırdıq. Özünüz də şahid oldunuz. “Arsenal” kimi rəqibə qarşı oynamaq hər komandanın işi deyil. Belə oyunda qol şansları yaratmaq bizim üçün müsbət məqamdır. “Arsenal”dan çəkinmədik, sadəcə, alınmadı. Dərk edirik ki, “Arsenal" bizimlə müqayisədə tam fərqli səviyyədədir. Uduzmuşuq, amma nəticə önəmli deyil. “Arsenal” kimi komanda Bakıya gəldi, onları bura biz gətirmişik. Azarkeşlər belə nəhəng komandanı gördülər, maraqlı oyun izlədilər.
 
- Erkən qol nəticəyə təsir etdi?
- Bir az da kuryoz qol oldu. Diqqətsizlik səbəbindən qapımızda qol gördük. Futbolda hər şey baş verə bilər.  Çalışdıq ki, oyuna nəzarət edib, epizodlar yaradıb qollar vuraq.
 
- İlk hissədə Aleks İvobini saxlamaqda çətinlik çəkirdin. Sonradan sanki ikinci hissədə bu çətinlik aradan qalxdı...
- Deməzdim ki çətinlik çəkirdim. Sadəcə, fərdi ustalığına görə güclü oyunçudur. Həm də çalışırdım ki, oyun ərzində hücumameylli olum, irəliyə gedib orada da güc sərf edim. Bu isə bir qədər çətin idi.
 
- Azarkeşlər Məsut Özil meydana daxil olanda onu alqışladılar, amma Mahir Mədətov oyunu tərk ediləndə fitə basıldı. Buna münasibətin necədir?
- Mahir gənc və potensiallı oyunçudur. Azarkeşlərin onu fitə basması yaxşı hal deyil. Mədətova indidən belə təzyiq etsələr, gələcəkdə potensialını ortaya qoya bilməyəcək. 21 yaşında "Arsenal" kimi böyük kluba qarşı oyunda iştirak edirsə, onda həyəcan ola bilər. Çünki bizim kimi təcrübəli oyunçularda belə, həyəcan olur. Məsut dünya səviyyəli oyunçudur, həm də bir tərəfi türkdür. Ona görə də azarkeşlərin onu alqışlaması normal haldır.
 
- Rəqiblə forma dəyişdin?
- Formamı azarkeşlərimizdən birinə verdim. Heç kimdən də forma götürmədim. Azarkeşlərimizə təşəkkür etmək üçün futbolçularla birgə tribunalara doğru getdik. Mən forma dəyişdirmirəm.

 
tarix: 05-10-2018 09:57


 
Xəbər lenti
25.04.2019

23:06   “Qalatasaray” darmadağınla finalda

21:33   Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33   Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00   “Bavariya” rekordunu yenilədi

18:24   “Mançester Siti” və Qvardioladan rekord

17:50   AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25   Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58   “Zirə”nin beş futbolçusu üçün ilk

16:21   40 il sonra gələn antirekord

15:43   “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26   İlk heç-heçə: 5-ci quru oyun

15:08   İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42   Şimşək çaxdı, oyun təxirə salındı

14:07   “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30   Premyer Liqada mövsümün rəmzi komandası

13:07   HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39   Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18   İki ildən sonra: Yenə yarımfinalda

12:01   “Sumqayıt” “20”-yə çatdı

11:54   Qvardiola tələsmir və… qadağa qoyur

11:45   Sulşer rəqibi tərifləyir

11:29   AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01   İtaliyada Bordinə şans vermədilər

10:30   Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03   Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az