(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Şeydayev klubundan danışmadı: “Millidə 6 xala köklənmişik”

Şeydayev klubundan danışmadı: “Millidə 6 xala köklənmişik”

“Krılya Sovetov”un hücumçusu Ramil Şeydayev hazırda millinin düşərgəsindədi. Rusiya klubunda heyətə düşə bilməsə də, o, yığma komandada uğur qazanacağına ümid edir.
 
Ramil futbolinfo.az saytına müsahibəsində klubdakı vəziyyətindən danışmaq istəmədi. Lakin millinin qarşıdakı oyunları barədə çox ümidlidi.
 
- Milli komandanın hazırlıqları necə gedir?
- Hər şey qaydasındadır. Hazırlıqlar yaxşı keçir. Səylə çalışıb məşq edirik, hazırlaşırıq. Hamı birmənalı şəkildə qarşıdakı oyunlara köklənib.
 
- İlk iki oyundakı  nəticələrin ürəkaçan olmaması ab-havanı korlamır?
- Yox. Futbolda hər cür nəticə ilə üz-üzə gələ bilərsən. Hazırda bizim komandada ab-hava möhtəşəmdir. Hamı özünü yaxşı hiss edir. Düşünürük ki, qarşıdakı matçlara elə belə də hazırlanmalıyıq.
 
- Farer adaları və Malta ilə görüşlərdə qələbə qazanmasanız, Millətlər Liqasındakı şanslarımız bitir...
- Matçlara ciddi şəkildə hazırlaşmışıq. Biz də bilirik ki, bu oyunlarda qələbə qazanmalıyıq. İnanın ki, komandada bunu hər kəs çox istəyir. Yalnız qalibiyyətə, 6 xala köklənmişik. Həm səfərdə, həm evdə qalib gəlib, yaxşı nəticə ilə azarkeşləri sevindirmək niyyətindəyik.
 
- Qazanmaq məcburiyyətində olmağınız sizdə gərginlik yaratmır?
- Yox, sadəcə, qazanmalıyıq. Başqa şansımız yoxdur. Farer adaları və Maltadan üstün oynamalıyıq. Bütün komanda motivasiya ilə hazırlaşıb.
 
- “Kırlya Sovetov”da işlərin necə gedir?
- Pis deyil.
 
- Səni yalnız əvəzedici komandada görürük...
- Bilirsiz, bu barədə danışmaq üçün tezdir. Cavab verə bilməyəcəm. Yeni baş məşqçi var. Hər şeyin necə olacağını birlikdə görəcəyik. Çünki çalışdırıcının hansı qərarlar verəcəyini demək çətindir.
 
AĞA

 
tarix: 08-10-2018 11:28


 
Xəbər lenti
23.02.2019

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az