(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
İslahat başlayır: “Qəbələ” “Gilan”a “sürgün edildi”

İslahat başlayır: “Qəbələ” “Gilan”a “sürgün edildi”

“Qəbələ” ciddi islahatlar ərəfəsindədi. Klub rəhbərliyi uğursuz çıxışın səbəblərini araşdırmağa balayıb. Tezliklə mühüm qərarlar veriləcək.
 
Baş məşqçi Sənan Qurbanov son turun “Zirə” iə oyunundan sonra istefa qərarına gəlib. O, mətbuat konfransına qatılmayıb və klub rəsmilərinə rəhbərliyə getmək istəməsi barədə qərarının çatdırılmasını istəyib. Lakin klub rəhbərliyi uğursuzluğun əsas səbəbini başqa amillərdə gördüyündən səbr etməyi lazım bilib. Onlar qışa kimi Qurbanova güvənməyi, əvəzində futbolçu heyətinə qulaqburma verməyi vacib sayır.
 
Bu səbəbdən komanda Qəbələyə köçürülüb. İndiyədək Bakıda məskunlaşan komanda bundan sonra doğma şəhərdə yaşayacaq. Bugündən “Qəbələ” vaxtilə akademiyanın məskunlaşdığı "Gilan"a “sürgün edilib”. Komanda hazırda oradadı və fasilə dönəmini burada keçirərək 2-ci dövrəyə hazırlaşacaq.
 
Sənan Qurbanova radikal addımlar atmaq üçün də icazə verilib. Tezliklə bir neçə futbolçunun heyətdən kənarlaşdırılması gözlənilir. Məşqçi ümidləri doğrultmayanları akademiyanın gəncləri ilə əvəz edə bilər. Rəhbərlik onsuz da nəticə qazanmayan yüksək ödənişli futbolçulardansa, klubun gələcəyi ola biləcək gənclərə güvənmək niyyətindədi.
 
İlk 7 tur ərzində 4 məğlubiyyətlə üzləşən "Qəbələ" 1 qələbə, 2 heç-heçə ilə kifayətlənib.  Komanda hazırda 6-cı pillədə qərarlaşıb və liderdən 14 xal geri qalır.

 
tarix: 08-10-2018 11:44


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az