(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Farer adaları - Azərbaycan matçının hakimi dəyişdirildi

Farer adaları - Azərbaycan matçının hakimi dəyişdirildi

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Farer adalarına qarşı keçirəcəyi səfər oyununun hakim təyinatlarında dəyişiklik edilib.

Futbolinfo.az xəbər verir ki, əlavə köməkçi hakimlərdən biri - Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Maraqlıdı ki, AFFA-nın rəsmi saytında bu oyunun hakim təyinatları ilə bağlı xəbərdə də Bezborodovun adı göstərilib.

Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki “Torsvollur” stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Baş hakim: Aleksey Yeskov
Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, Anton Averianov
Dördüncü hakim: Valeri Dançenko
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Mixail Vilkov (Hamısı Rusiya).


 
tarix: 08-10-2018 18:11


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az