(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Daha faciəli sabah üçün ilk siqnallar

Daha faciəli sabah üçün ilk siqnallar

Uşaq liqalarında mövsüm yeni başlayıb, amma artıq 7 texniki məğlubiyyət var. 2 tur üçün bu, biabırçı mənzərədi.
 
İlk turda 3 komanda texniki məğlubiyyət almışdı, bu gün isə bəlli oldu ki, daha 4 komanda 0:3-ə üzüləcək. Həm də onlardan üçü U-11 liqasının təmsilçiləridi.
 
U-12 Liqasının “Leon” – EFA matçında qonaqlar iştirak etməyib. Onlara texniki məğlubiyyət verilməsi təbiidi, ancaq görəsən, AFFA-dakı səriştəsizlər startda büdrəyən belə bir komandanı hansı ağılla yarışa buraxıb?
 
U-11 Liqasının “Şirvanovka” (Qusar) – “Quba” OK (Quba) matçında meydan sahibləri eyni aqibəti yaşayıb. Çox maraqlı səbəblə: sən demə, “Şirvanovka”nın heyətində yetərsay yox imiş. Meydan sahibi komanda meydana buraxmağa oyunçu tapa bilmirsə, yarışa hansı əsasla buraxılıb? 140 minlik futbolçu ailəsi olan AFFA-dan bu suala cavab verən tapılsa, pis olmaz.
 
U-11 Liqasının “Neftçi” İK İB – “Polad” FK matçında başqa olay yaşanıb. SOCAR-ın maliyyəsi ilə yaşayan “Neftçi”nin məşqçiləri Tural Kərimov və Orxan Məmmədov hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırılıblar. Onlar 30-cu dəqiqədə komandanı da meydandan çıxarıb və texniki məğlubiyyətə səbəb veriblər.
 
Ola bilər ki, hakimlərin həqiqətən səhvi olub və məşqçiləri hirsləndiriblər. Amma bu, onlara 11 yaşlı uşaqlara pis örnək olmağa əsas verirmi? Təhqirlərlə “nümunəvi” davranış sərgiləyən bu adamlar azyaşlıların təlim-tərbiyəsi ilə belə məşğul olur? Onlar hansı haqqla komandanı meydandan çıxarır, uşaqların oyununu korlayır?
 
Yəqin ki, klub rəhbərliyi bu məşqçilərdən nəticə istədiyi üçün belə mənzərə yaranıb. Əks halda, hansısa hakim səhvinə görə bu addım atılmazdı. Klubun da, AFFA-nın da yiyəsi SOCAR-dı – buyurub aydınlaşdırsınlar: onlara uşaq futbolunun inkişafı lazımdı, yoxsa yalançı qələbələr?
 
U-11 Liqasının “Azəri” TİM – “Qoşqar-UGİM-2” matçında da qonaqlar iştirak etməyib. Daha doğrusu, onlar oyuna çıxarmaq üçün kifayət edən sayda uşaq tapa bilməyib. Hələ 2-ci turdu və bu mənzərə biabırçı deyilmi?
 
Uşaq futbolu bu cür idarə olunan məmləkətdə biz yeni nəslin niyə üzə çıxmadığını, millilərimizin nəyə görə məğlubiyyətləri sıraladığını, əsas yığmamığın Maltanı, Kosovonu uda bilmədiyini düşünürük. Sizcə, bizi daha faciəli sabah gözləmirmi? Marketoloqların fırlatdığı futbol təsərrüfatı necə olmalıydı ki?
 
FƏRİD

 
tarix: 09-10-2018 16:17


 
Xəbər lenti
19.02.2019

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az