(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Yolun uzunluğu böyük problem olacaq”

Qurban Qurbanov: “Yolun uzunluğu böyük problem olacaq”

UEFA Millətlər Liqasında oktyabrın 11-də Farer adaları ilə qarşılaşacaq milli komandamız bu gün sözügedən ölkəyə yola düşüb. 

Futbolinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov səfər öncəsi jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq komandanın durumu haqda danışıb:

- Hazırlıq üçün çox vaxt olmadı. Bəzi legionerlərimiz komandaya gec qoşuldular. Məsələn, Riçard Almeyda. Buna baxmayaraq, belə hal ilk dəfə yaşanmır. Düşünürəm ki, futbolçuların durumu pis deyil. Qarşıdakı oyunda hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışacaq.

- Qələbənin şərt olmasını təzyiq olaraq görürsünüz, yoxsa əlavə bir motivasiya?
- Əlbəttə, təzyiq var. Görünən odur ki, heç kim qələbədən başqa bir nəticə gözləmir. Bu da futbolçulara təzyiq yaradır. Amma bunu mən hər zaman normal qarşılamışam. Belə olduğu halda, istər bizim, istərsə də futbolçuların məsuliyyəti daha da artır. Belə tələblər çox olur. Bu da futbolun yazılmayan qanunlarından biridir. İnanıram, bunu biz təyziq kimi yox, motivasiya kimi qəbul edərik ki, oyunumuza mənfi təsir etməsin.

- Heyətə yeni cəlb etdiyiniz Rüfət Dadaşov haqda nə deyə bilərsiniz?
- Dediyim kimi, hamı özünü yaxşı tərəfdən göstərir. Sadəcə, problemimiz ondadır ki, vaxtımız çox az oldu. Dadaşov da bizə gec qoşulanlardan biridir. Cəmi bir məşq artıq edib. İstədiyimiz məşqləri tam olaraq yerinə yetirə bilmirik ki, onların güclərini bilək. Amma görünən odur ki, Rüfət yenidən milliyə qayıtdığı üçün çox şaddır. İstəyirəm ki, şans verdiyimiz halda, özünü yaxşı tərəfdən göstərməyə çalışsın. Eləcə də digərləri.

- “Qəbələ”dən Cavid Hüseynovu heyətdən çıxarmısınız...
- Cavidin olmaması normaldır. Mən dəfələrlə qeyd etmişəm ki, hər toplanışda yeni futbolçular görə də bilərsiniz, daim olanları görməyə də bilərsiniz. Çünki onların hazırlığını, bütün oyunlarını izləyirik və sonda qərarımızı veririk.

- Oktyabrın 11-də Farer adaları ilə səfərdə, 3 gün sonra isə Malta ilə doğma meydanda qarşılaşacaqsınız. Bu iki oyun arasındakı vaxtın azlığı və yolun uzunluğu nə qədər təhlükə yarada bilər?
- Buna təhlükə deməzdim. Amma həddindən artıq böyük problem olacaq. Bu gün elə 14 saata yaxın yolda olacağıq. Bu, elə də az vaxt deyil. İstər-istəməz futbolçularda yorğunluq yarana bilər. Adaptasiya üçün böyük problem olacaq. Səfərə getmək üçün bir o qədər narahat deyiləm, əksinə, oyundan sonra geri qayıtmağa görə narahatam. Çünki futbolçular oyunda maksimum güclərini ortaya qoyacaqlar. Daha sonra isə bütün gecəni yolda olacağıq. Futbolçuların Malta ilə oyuna tam hazır olmasında böyük problem yaşanacaq. Amma başqa yolumuz yoxdur. Hər bir halda, ən düzünü etməyə çalışacağıq.


 
tarix: 09-10-2018 20:39


 
Xəbər lenti
22.10.2018

15:41   Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

15:21   “Neftçi” - “Qarabağ” matçı “El-klasiko”ya görə tez başlayacaq

15:00   GÜNÜN XATIRLATMASI: Startda gözləyən var...

14:26   “Qarabağ”ın rəqibinin hələ də futbolçulara borcu var

14:10   “Qarabağ”ı sevindirən, “Qəbələ”ni üzən hakim

13:55   Paytaxt klubu baş məşqçini qovdu

13:08   Filip Ozobiç: “Vorskla” qrupda oynayırsa, necə zəif ola bilər?” 

12:51   “Keşlə” antirekord seriyasını qırdı

12:40   Premyer Liqanın 23-cü uğursuzu

12:21   Premyer Liqada 100-cü oyun

12:12   “Qarabağ” - “Vorskla” matçının hakimləri bəlli oldu

12:05   AFFA-nın bacarıqsızlığı üzündən hiss edilən təhlükə

11:48   Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

11:37   Əsgərovdan daha bir qol, komandasından darmadağın

11:19   “Sumqayıt”ın intizam, “Keşlə”nin heyət dərdi

11:01   “Topaz”: 45 illik “tilsim” və ya heç-heçə oynamayan 2 komandanın dueli

10:40   Turalla Kamran oynadı, “Yonava”…

10:22   Dadaşovun komandası kubokla erkən vidalaşdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Ozan Canın komandası səfərdə uduzdu

09:00   GÜNÜN SUALI: İlk olaraq kim gedəcək?

01:18   Marsel “Olimpik”inə 1 qol bəs etdi

00:59   “Espanyol”dan səfərdə inamlı qələbə

00:47   Milan derbisində “İnter” qalib gəldi

00:16   Paşayev üçün 90 dəqiqə və 3 xal

21.10.2018

23:36  “Beşiktaş” məğlub oldu

23:07  “Borussiya”dan darmadağın

22:50  “Everton” 3 xalı 2 qolla qazandı

22:43  Qaxda kütləvi dava: Futbolçu xəstəxanalıq oldu

22:17  “Keşlə”nin ilk qələbəsi - VİDEO

22:05  Samir Abasov: “Hər futbolçunu bura gətirmək olmur”

21:49  “Qalib gəlsək də, “Zirə” daha yaxşı oynadı”

21:00  GÜNÜN NİDASI: Belə halların yaşanması sistemdəki boşluqların nəticəsidir!

20:55  “Keşlə” və “Sabah” tək qolla qalib gəldi

20:11  “Sumqayıt” “Sabah”a belə uduzdu - VİDEO

19:58  Nazim Süleymanov: “O, mütləq cərimələnəcək”

19:48  Elşad Əhmədov: “Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq”

17:52  Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal

16:34  Region Liqasında qalmaqal

16:16  “Futbolinfo” yazdı, tədbir görüldü

15:00  GÜNÜN XATIRLATMASI: İlk dəfə deyil...

14:23  “Şerif” - “Qəbələ”: Hakimlər məlum oldu

13:35  Eratın komandası 4 cavabsız qola üzüldü

12:35  Təbriz klubları qələbəsiz qaldı

11:58  Azər Əliyevin klubundan “Rubin”lə heç-heçə

10:57  İsrafilovlu “Alkorkon”un növbəti qələbəsi

10:45  Bordinin “Neftçi”sini dayandırmağın resepti

10:30  Ufuk Budak oynadı, “Boluspor” qalib gəldi

10:15  Dənizin komandasından ilk xal itkisi

10:00  “eTopaz”da günün canlı oyunları

09:51  “Səbail” güldürmək istədi

09:33  “Qarabağ”ın rəqibindən kubok matçında qələbə

09:00  GÜNÜN SUALI: Bu qədər səhvin səbəbi nədir?

08:30  Karikari: “Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq”

08:01  Emin Mahmudov: “Təəssüf ki, bu gün oyunumuz alınmadı”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az