(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Dibə vuran adamın vəzifə perspektivi

Dibə vuran adamın vəzifə perspektivi

Bəzi adamlar var ki, onlar üçün fəaliyyət sərbəstliyi var. Və onlara bacarıqlarından asılı olmayaraq, sərhəd qoyulmur. Hər işi batırırlar, amma yenə də başda oturdulurlar.
 
“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov da bu qəbil insanlardandı. Arxalı olmasına görədi ki, illərdi çalışdığı futbol təsərrüfatında kiçicik nailiyyəti yoxdu, lakin ildən-ilə səlahiyyətləri artırılır, daha böyük postlar tapşırılır.
 
O, indi yeni vəzifə gözləyir, arzulayır. Yəqin ki, istəyinə çatacaq. Çünki “day-day”ı güclüdü. Və onun indiyəqədərki bacarıqsızlığı bu təyinatın qarşısını almayacaq. Axı, bizdə görülən işin hesabatını heç kimdən istəmirlər.
 
Axundov rəhbəri olduğu futzal federasiyasında bir sıra uğurlara imza atmışdı. Daha doğrusu, belə görünürdü. Çünki bu gün baş verənlər həmin uğurların sabun köpüyü, gözdən asılan pərdə olduğunu isbatlayır. Bu məsələyə qayıdacağıq, lakin nəticə olaraq, onun pafosla danışmağa haqqı var idi. Yiyəsi olduğu “Araz” klubu Avropada qan edirdi, ölkədə rəqib tanımırdı. Analoqu olmayan hal o idi ki, Naxçıvanın Bakıda mövcud olan klubunun da, ümumilikdə federasiyanın da rəhbəri bir nəfərdi. Amma Axundova “gözünün üstündə qaşın var” deyən yoxdu.
 
Ölkə yarışlarındakı rəqiblərin zəifliyi, eyni zamanda hamının bir ələ baxması sakitçiliyə səbəb olmuşdu. Eyni zamanda braziliyalılardan qurulan “Araz”ın qitədə də yaxşı oynaması ağızlara qıfıl vururdu.
 
Ölkə futboluna milyonların xərcləndiyi vaxtlarda bu məqama diqqət yetirən yox idi. Elə ki, böhran başladı, böyük pullar ayrılmadı, o zaman futzal təsərrüfatının da əsl siması ortaya çıxdı. Bugünlərdə avrokuboklarda biabır edilən bir “Araz” var. Bu, həmin Naxçıvan klubudu ki, əcnəbiləri yola salıb və yerli oyunçularla heç nəyə yaramır.
 
UEFA Çempionlar Liqasının cari mövsümündə 3 oyuna 1 xal toplayan “Araz” qrupda qaldı. Slovakiya “Luçenec”inə 2:5, Litva “Vytis”inə 0:1 uduzan təmsilçimiz, yalnız Malta “Valletta”sı ilə xal böldü – 1:1. Və bütün bunlar braziliyalılar - Eduardo Borges, Everton Kardoso və Thiaqo Telez Bolinya, eləcə də iranlı Reza Toloue ilə vidalaşdıqdan sonra reallaşdı. Yerli oyunçulara güvəndikdə nəticə faciəvi oldu.
 
13 qat Azərbaycan çempionunun bu nəticəsindən sonra dəqiqləşdi ki, indiyədək Avropada meydan sulayan “Araz” yox, Braziliya yığması imiş. Və bütün nəticələr də SOCAR-ın ayırdığı milyonların hesabına qazanılırmış. Zaur bəy sadəcə, pulu büdcədən götürüb xərcləyir, dövlət vəsaiti ilə qazanılan nəticələri öz adına yazdırırmış. Və bu illər ərzində baş əcnəbilərə pul dağıtmağa o qədər qarışıb ki, yerli kadrlar da yetişdirilməyib. Halbuki bu legionerlərlə birlikdə gənc həmyerlilərimiz oynasaydı və onların inkişafına diqqət yetirilsəydi, indiki biabırçı mənzərə yaranmaz, braziliyalıları zamanla yetişdirilən özümüzkülər əvəzləyərdi.
 
Yəqin ki, yeni nəslin yetişdirilməsi, inkişafı üçün də böyük pullar xərclənib. Və indi o futzalçılar yoxdu, “Araz” miskin durumdadı. Axundov hesabat verəcəkmi?
 
Qətiyyən! O, hamilərinə güvənir və hər gün yeni bir vəzifəyə doğru addımlayır. Bir neçə ildi böyük futbola qədəm qoyub, birdən-dirə AFFA İcraiyyə Komitəsinə üzv seçilib. Hansı xidmətlərinə görə olduğunu bilmirik, amma komitədə yer tutur və ölkə futbolunun taleyini həll edən məsələləri müzakirə edir, qərar verir. İşlədiyi sahədə yanlış strategiya üzündən hər şeyi məhv edən birinə indi bu boyda səlahiyyətin niyə verildiyi özü də müəmmalıdı. Vəzifə almaq üçün mütləq bu qədər bacarıqsızmı olmalısan?
 
Zaur bəyin “Keşlə” kimi klubu hansı vəziyyətə gətirdiyi də göz önündədi. “İnter”in adını dəyişməklə komandanın taleyi də fərqli olub. Bu komanda avrokubokda sabit çıxış edən klublarımızdan idi və mütəmadi olaraq, 1-2 mərhələ keçilirdi. Amma Axundovun “Keşlə”si hətta cırtdan ölkə təmsilçisinə böyük hesabla uduzacaq səviyyəyə enib.
 
Avropa macərasını təsadüf saya bilərdik, lakin Premyer Liqadakı duruma baxın. “Keşlə” rəqabətsiz yarışda, bərabər səviyyəli komandaların mübarizə apardığı çempionatda sonuncudu. Paytaxt klubunun büdcəsi də əksər komandalardan daha yaxşıdı. Nə olsun? İşin başında səriştəsiz adamlar dayanırsa, belə də olmalıdı.
 
Hazırda “Keşlə”nin düşərgəsində 10 legioner var, daha biri tezliklə gələcək, ikisi də ötən ay yola salınıb. Əcnəbilər orta hesabla 7 min dollar maaş alır, bu, aya 70, ilə 700 min dollar deməkdi. Yəni, 1 milyon manatdan da çox. Bəs, nəticə? Tanışlıqla seçilib sırınan 10 əcnəbi ilə sonuncu pillə tutulacaqsa, daha onlara nə ehtiyac var? Bu azmış kimi, komandanın baş məşqçisi də, ən azı bir köməkçi də daim əcnəbi olur.
 
Hər şey idarəçiliyə, səriştəsizliyə bağlıdı. Axundov işini düzgün qursaydı, sentyabrda 2 ən yüksək ödənişli oyunçusunu (Adrian Skarlatake və Miloş Bosançiçin hərəsinin 12 min dollar maaş aldığı deyilir – red.) heyətdən uzaqlaşdırmazdı. Heyətdəkilərə baxsaq, məhz göndərilənlər komandanın ən yaxşıları idi, qalanlar heç divizion səviyyəli oyunçular deyil. Zaur bəy yayda papağını günə verib, indi – hamıya aşağıdan yuxarı baxarkən ayılıb və tələsik transferlər etdirir. Boşda olan, arada qalan, səviyyəsi şübhə doğuran əcnəbilər yenə heyətə doldurulur, böyük pullar havaya sovrulur.
 
Mövsümün sonunda nə olacağı bəlli deyil, amma fürsətdi və Axundov xərcləyir, dağıdır. Pul özünün olsaydı, belə etməzdi. AFFA-nın, SOCAR-ın ayırdığı vəsaitdi. Klubun idarəçisi də özüdü, müşahidə, nəzarət etməli olan şuranın rəhbəri də. Və komanda bərbad durumdadı, xərclər isə gündən-günə artır, maliyyə xərclənir, heç kim hesabat istmir.
 
Heç istəməyəcəklər də. Arxalı adamdı, elə buna görə bu qədər səlahiyyəti var. Maliyyəni yaxşı dağıtdığı üçün yeni vəzifə də vəd ediblər. Yayda təyinat olacağına ümid edərək dayanmır. Lazım olanda əzələ nümayiş etdirir, futbolçunu söyür, təhqir edir – bir sözlə, futbol təsərrüfatında öz muxtar respublikası, oranın da öz qanunları var. İstədiyi kimi işləyir, yüksəlir.
 
Elə bu cür adamların vəzifə başında olmasının nəticəsidir ki, Azərbaycan futbolu 25 ildə 25 sm irəliləməyib, əksinə, 90-cı illərə doğru “irəliləyir”.
 
FƏRİD

 
tarix: 10-10-2018 09:00


 
Xəbər lenti
23.04.2019

21:25   “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55   “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50   “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22   “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50   Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03   Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55   Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42   Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38   “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26   “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19   Ramin Musayev möcüzə gözləyir

18:09   “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53   “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54   Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18   Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59   “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34   Bundesliqa klubunda yeni baş məşqçi

15:00   “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26   Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52   AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31   Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17   25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08   “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53   AFFA Divizion klublarını cəzalandırdı

12:37   Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33   Tərlan Əhmədovun cəzası açıqlandı

12:27   Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16   Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58   “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24   Birinci Divizion: 24-cü turun bütün təyinatları

11:06   Premyer Liqada 26-cı turun hakim təyinatları

10:30   Vaqif Cavadovun sabiq klubu yenidən elitaya qayıtdı

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az