qaynar xətt
Ruslan Abışov: “Meydana qayıtmaq üçün günləri sayıram”
Bu gün “Neftçi”nin futbolçusu Ruslan Abışovun 31 yaşı tamam olur.
Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytı "Neftçi” ailəsi adından kapitanı təbrik edib:
- Ruslan, doğum gününüz mübarək!
- Çox sağ olun! Sizdən bu təbriki eşitmək çox xoşdur!
- Zədəli olduğunuz üçün məşq proseslərindən kənarda qalsanız da, komandanın heç bir oyununu buraxmırsınız. "Neftçi”ni kənardan izləmək nə qədər çətindir?
- Açığı, komandaya kənardan baxmaq çox çətindir. Düzdür, nəticələrimiz əladır, turnir cədvəlinin lideriyik, amma meydana qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bunun üçün günləri sayıram. Digər tərəfdən də qətiyyən tələsmək olmaz. Zədədən sonra tam bərpa olunmalıyam.
- Bərpa prosesi necə keçir?
- Bu proses hər ötən gün intensivləşir. Həkimlərin nəzarəti altında məşq edirəm. Ayın sonunda Almaniyaya gedib, bərpa prosesi keçməliyəm.
- Sizcə, bu mövsüm Topaz Premyer Liqasındakı uğurlu nəticələrimizin sirri nədədir?
- Vahid komanda olmağımızda, klubda çalışan hər kəsin öz işini düzgün şəkildə görməsində, azarkeşlərimizin bizi tək buraxmamalarında... Bu uğurda hər kəsin zəhməti var. Hələ qarşıda üç dövrə var, rahatlaşmaq olmaz. Bu tempi saxlayıb, sonra da artırmalıyıq. 7 oyuna 3 qol buraxmışıq. Bu isə müdafiə xəttinin güclü olmasından xəbər verir.
- Rəqabətdən çəkinmirsiniz ki?
- Rəqabət hamımız üçün faydalıdır. Mənim üçün ən vacib məsələ zədəmi sağaltmaq və əsas heyətə qayıtmaqdır. Amma təbii ki, oynamasam da, komandamızın nəticələrinə sevinirəm.
- Sizcə, birinci dövrədəki oyunu ilə "Neftçi” çempionluq iddiasını ortaya qoya bildimi?
- Təbii ki, "Neftçi” çempionluğa oynayır. Amma çempionatın dörddə bir hissəsi arxada qalıb. Yəni hələ əsas mübarizə qarşıdadır. Amma çalışsaq, komanda ruhunu saxlasaq, istədiyimizə nail ola bilərik.
- Son "fanzona”ların birində azarkeşlərlə görüşdünüz. Təəssüratlarınız necə oldu?
- Əla oldu. Ümumiyyətlə, azarkeşlərimizlə görüşlər mənə böyük zövq verir. Onlardan pozitiv enerji alıram. Mənim tez sağalmağımı və komandaya qoşulmağımı arzulayırlar. Hər birinə təşəkkür edirəm.
- Sabah milli komandamızın Millətlər Liqasında Farer adaları ilə səfər oyunu var...
- Millimizə uğurlar arzulayıram! Çox istərdim ki, bu turnirdə millimizə kömək edim, amma təəssüf ki, alınmadı. Fikrimcə, sabahkı oyun millimiz üçün çox vacib və həlledici olacaq.
09:41 “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO
09:20 “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO
09:00 Klublar Komitəsinin sədri kim olsun?
02:12 PSJ 3 xalı 5 qolla qazandı
01:57 MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu
23:03 Avroliqada ilk 1/8 finalçı bəlli oldu
19:56 “Qarabağ” “Sabah” üçün hazırlığa başladı
18:33 Emil Balayevdən inamlı oyun - VİDEO
18:16 “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu
18:08 Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib
17:53 “Sumqayıt”ın üzrxahlığı
17:01 Klublar Komitəsinin iclasının vaxtı açıqlandı
16:41 “İkinci hissədə bir qədər arxayınlaşdıq”
16:11 “Kəpəz”ə gedən yol” təqdim olundu
15:55 Maluda rəsmən İsveçrə klubunda
15:16 Kumanın yeni iş yeri məlum oldu
14:48 “Yuventus”da ciddi itki
13:46 Messi İnyestaya çatdı
13:24 Lisenziyalaşdırma qrupu UEFA seminarında
13:09 Millimizin rəqibi üçün Trinidad Tobaqo
12:42 Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”
12:21 Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”
12:01 “Hələ də şansımız qalır”
11:54 Kovaç heç-heçədən məmnundu
11:47 “Rubin” Balayevə qol vura bilmədi
11:37 Valverde azarkeşlərdən dəstək gözləyir
11:29 Klopp nəticədən razı deyil
11:15 “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi
11:00 Millimiz Avropa çempionatının sonuncu səbətində
10:48 Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”
10:43 Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı
10:32 Riberi 100-ə çatdı
10:26 Suares sonuncu dəfə 2015-də qol vurub
10:17 “Yuventus” hücumçusunu satdı
10:03 Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?