(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Qurbanov iddialıdı: “Sabah ən yaxşı futbolumuzu oynamalıyıq”

Qurbanov iddialıdı: “Sabah ən yaxşı futbolumuzu oynamalıyıq”

UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Torshavnda Farer adaları yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssislə birgə “Aleksandriya”nın müdafiəçisi Pavel Paşayev (P.P.) də konfransda iştirak edib. İlk olaraq baş məşqçi oyun barədə fikirlərini bildirib: 

- Bu gün danışmaqdan çox, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.

- (P.P.) Rəqibi təhlil etmişik. Taktiki cəhətdən intizamlı komandadı. Düzdü, uzun yol qət etmişik. Bir qədər istirahət etmişik. Ümid edirəm ki, sabah yaxşı oyun göstərə biləcəyik.

- Süni örtüklü meydan və futbolçularımızın öyrəşmədiyi yağışlı iqlim yetirmələrinizə nə dərəcədə mane olacaq? Üstəlik, meydançanın ölçüləri də bir qədər standartlardan kiçikdi.
- Meydançayla tanış oldum. Düşünürəm ki, hava şəraitinin bizə problemi olmayacaq. Çünki bu şərait hər iki komanda üçün eynidi. Meydançanı gəzdim, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. Hərçənd, meydançanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problemlər yaşadacaq. Ancaq inanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.

- Həmkarınız Lars Olsen bir qədər öncə keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasına yol yorğunçuluğuna görə çətin olacağını bildirdi. Siz necə düşünürsünüz, futbolçularımız 14 saatlıq yorğunluğu qalan saatlar ərzində üzərlərindən ata biləcəklərmi?
- Nə mən, nə də futbolçular bu barədə düşünürük. Sabah ən yaxşı futbolumuzu oynamalıyıq.

- Millətlər Liqasının görüşlərində yığmamız “dişsizlik”lə yadda qalıb. Üstəlik, Ramil Şeydayev də “Krılya Sovetov”da oyun praktikasından məhrumdu. Bunun fonunda Rüfət Dadaşovun sabah start heyətində çıxmaq perspektivləri nə dərəcədə realdı və məşqdə gördüklərinizə əsasən “Prosen”in forvardı 90 dəqiqə mübarizə aparmağa hazırdımı?
- Rüfət bizimlə cəmi 2 məşq edib. Bu toplanışda ümumiyyətlə, az məşq etmişik. Sabah səhərki məşqdən sonra qəti qərar verəcəm. Hal hazırda heç bir problem və heç bir futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağını düşünürəm. (Sport24)


 
tarix: 10-10-2018 15:43


 
Xəbər lenti
17.10.2019

11:30   Uels Azərbaycandan imdad diləyir

11:15   UEFA “Latsio”nu cəzalandırdı

11:00   Kazemiroya verilən sarı vərəqə ləğv olundu

10:44   Medel azı 1 ay oynamayacaq

10:30   Rəhbərlik yüksək nəticə istəmir: “Səbail” sonuncu olmamaq üçün yarışacaq

10:16   Müller rəsmən Avstraliya klubunda

10:00   “İnter”də Aleksis Sançes şoku

09:45   Baş katibin fədai ordusu

09:30   Serxio Aquero avtomobil qəzasına düşdü - FOTO

09:15   Eratın komandasında yeni baş məşqçi

09:00   Elxan Məmmədovla “A”-dan “Z”-dək

16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az