(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Susqun turistlər, cəsarətli Qurban və qələbə günü

Susqun turistlər, cəsarətli Qurban və qələbə günü

Milli komandamız bu gün çox əhəmiyyətli matça çıxacaq. Bəlkə də əhali və ərazi baxımından cırtdan olan ölkə ilə futbol cırtdanının yığmalarının qarşılaşması bu qədər önəmli sayılmamalıdı. Amma durum elədi ki, hətta cırtdanların döyüşü də bəzən özləri üçün vacib olur.
 
AFFA rəhbərliyinin yarıtmaz siyasəti üzündən kiçilən futbol iddialarımız indi Farer adaları ilə bir tutulmağımıza səbəb olub. Ümumi əhalisi Bakı Olimpiya Stadionunun tutumundan az olan, baş katib Elxan Məmmədovun apardığı statistikaya görə futbol ailəmizin üzvlərinin sayının (140 min) 1/3-nə bərabər olan farerlilərlə görüşdə itiriləcək xal faciəyə bərabər tutulacaq.
 
Millətlər Liqasındakı bu matç ilk 2 oyunda 2 xal qazanan yığmamızın qrup perspektivi baxımından dönüş nöqtəsidi və yalnız qələbə ümidlərin davam etməsinə imkan verəcək. Yığmamızın potensialı yalnız qələbəni düşünməyə məcbur edir. Düzdü, futbol təsərrüfatımız AFFA-nın 10 illik fəaliyyətsizliyi nəticəsində tar-mar olub, lakin hətta bu vəziyyətdə də qələbədən başqa yol yoxdu. Milli oyunçularımızın bacarığı böyük tapşırıqları yerinə yetirmək üçün kifayət etməsə də, poçtalyondan, ofis işçisindən, həkimdən ibarət həvəskar yığını məğlub edilməlidi.
 
Baş məşqçi Qurban Qurbanov son mətbuat konfransında iddialı danışıb. Onun cəsarətlə yalnız qələbəən danışması normaldı. Əslində, bunu cəsarət yox, reallıq kimi qəbul etməliyik. Lakin durum elədi ki, matçdan öncə qələbədən danışmaq elə cəsarətli addım sayılır. İctimai qınaq, komanda ətrafındakı təzyiq, əvvəlki nəticələrin uğursuzluğu hamını ehtiyatlı davranmağa məcbur edib. Və belə bir vəziyyətdə Qurbanovun dedikləri adama cəsarət nümunəsi təsiri bağışlayır.
 
Vəziyyət o qədər kritikdi ki, millinin hər səfərində turist olan, ölkə futboluna fayda vermədən daim kreslo sahibi olanlar da danışmağa ehtiyat edir. Həmişə bülbül kimi ötən İsgəndər Cavadov, Vaqif Sadıqov kimi veteranlar indi qına çəkilib və mümkün uğursuzluqda hədəfə gəlmək istəmir. Onlar müsahibədən imtina edir, qələbə zamanı necə və kimə çəpik çalacaqlarını, xal itkisi reallaşsa, kimin ayağının altını qazacaqlarını müəyyənləşdirirlər. Bu səbəbdən danışıb millət önündə gözə girmək istəmirlər.
 
Səsi bir ay öncə baş tutan AFFA İcraiyyə Komitəsinin iclasından sonra batan Elxan Məmmədov da gizlənib. Məkrli planları üzündən mehriban düşmənə çevrildiyi Qurbanovun yanında görünməyən baş katib də futbol təsərrüfatındakı yeganə real rəqibinin, zəhməti ilə bu yerlərə gəlmiş baş məşqçinin uğursuzluğunu arzulayır. Bunu dilə gətirmir, fürsət gözləyir, hələlik Cavadovla Sadıqovun sayəsində sağ diş və sol dişlərinin sayəsində özünü quru bəy kimi aparır. O, nəticədən asılı olaraq hərəkətə keçəcək.
 
Cavadovun danışmağa haqqı yoxdu, ömrü boyu ancaq vəzifə haqda düşünüb, heç vaxt hansısa fəaliyyəti ilə gündəmə gəlməyib; Sadıqov millinin başında Lixtenşteynə tarixinin ilk qələbəsini yaşatdıran adamdı, indi başqa cırtdanı məğlub etməyin vacibliyindən danışa bilməz; Məmmədov isə 10 ildi ölkə futbolunun anasını ağladıb, sabahımızı məhv edib, bugünkü durumun əsas baiskarıdı. Bu səbəblərdən adlarını çəkdiklərimiz yox, məhz son illərə işi, nəticəsi ilə damğa vuran Qurban bəy danışmalıdı. Və o, danışır, ümid verir. Biz də ümidliyik, adadan yarımadaya qalib dönəcək millinin rəzilliyə son qoyacağına...
 
CAVAD

 
tarix: 11-10-2018 09:41


 
Xəbər lenti
22.10.2018

16:26   “İnter”də ağır itki: “Barselona” ilə matçda olmayacaq

15:41   Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

15:21   “Neftçi” - “Qarabağ” matçı “El-klasiko”ya görə tez başlayacaq

15:00   GÜNÜN XATIRLATMASI: Startda gözləyən var...

14:26   “Qarabağ”ın rəqibinin hələ də futbolçulara borcu var

14:10   “Qarabağ”ı sevindirən, “Qəbələ”ni üzən hakim

13:55   Paytaxt klubu baş məşqçini qovdu

13:08   Filip Ozobiç: “Vorskla” qrupda oynayırsa, necə zəif ola bilər?” 

12:51   “Keşlə” antirekord seriyasını qırdı

12:40   Premyer Liqanın 23-cü uğursuzu

12:21   Premyer Liqada 100-cü oyun

12:12   “Qarabağ” - “Vorskla” matçının hakimləri bəlli oldu

12:05   AFFA-nın bacarıqsızlığı üzündən hiss edilən təhlükə

11:48   Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

11:37   Əsgərovdan daha bir qol, komandasından darmadağın

11:19   “Sumqayıt”ın intizam, “Keşlə”nin heyət dərdi

11:01   “Topaz”: 45 illik “tilsim” və ya heç-heçə oynamayan 2 komandanın dueli

10:40   Turalla Kamran oynadı, “Yonava”…

10:22   Dadaşovun komandası kubokla erkən vidalaşdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Ozan Canın komandası səfərdə uduzdu

09:00   GÜNÜN SUALI: İlk olaraq kim gedəcək?

01:18   Marsel “Olimpik”inə 1 qol bəs etdi

00:59   “Espanyol”dan səfərdə inamlı qələbə

00:47   Milan derbisində “İnter” qalib gəldi

00:16   Paşayev üçün 90 dəqiqə və 3 xal

21.10.2018

23:36  “Beşiktaş” məğlub oldu

23:07  “Borussiya”dan darmadağın

22:50  “Everton” 3 xalı 2 qolla qazandı

22:43  Qaxda kütləvi dava: Futbolçu xəstəxanalıq oldu

22:17  “Keşlə”nin ilk qələbəsi - VİDEO

22:05  Samir Abasov: “Hər futbolçunu bura gətirmək olmur”

21:49  “Qalib gəlsək də, “Zirə” daha yaxşı oynadı”

21:00  GÜNÜN NİDASI: Belə halların yaşanması sistemdəki boşluqların nəticəsidir!

20:55  “Keşlə” və “Sabah” tək qolla qalib gəldi

20:11  “Sumqayıt” “Sabah”a belə uduzdu - VİDEO

19:58  Nazim Süleymanov: “O, mütləq cərimələnəcək”

19:48  Elşad Əhmədov: “Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq”

17:52  Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal

16:34  Region Liqasında qalmaqal

16:16  “Futbolinfo” yazdı, tədbir görüldü

15:00  GÜNÜN XATIRLATMASI: İlk dəfə deyil...

14:23  “Şerif” - “Qəbələ”: Hakimlər məlum oldu

13:35  Eratın komandası 4 cavabsız qola üzüldü

12:35  Təbriz klubları qələbəsiz qaldı

11:58  Azər Əliyevin klubundan “Rubin”lə heç-heçə

10:57  İsrafilovlu “Alkorkon”un növbəti qələbəsi

10:45  Bordinin “Neftçi”sini dayandırmağın resepti

10:30  Ufuk Budak oynadı, “Boluspor” qalib gəldi

10:15  Dənizin komandasından ilk xal itkisi

10:00  “eTopaz”da günün canlı oyunları

09:51  “Səbail” güldürmək istədi

09:33  “Qarabağ”ın rəqibindən kubok matçında qələbə

09:00  GÜNÜN SUALI: Bu qədər səhvin səbəbi nədir?

08:30  Karikari: “Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq”

08:01  Emin Mahmudov: “Təəssüf ki, bu gün oyunumuz alınmadı”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az